USAİD in fəaliyyətinin tam olaraq dayandırılmasının vaxtı yetişib Nazir
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
De-yure olaraq 1 iyun 2024-cü il tarixdən etibarən USAİD-in Azərbaycanda fəaliyyət göstərməsinin hüquqi əsası yoxdur.
Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.
Nazir söyləyib ki, USAİD-in Azərbaycanda təmsilçiliyinin də heç bir əsası yoxdur:
"Onların (USAİD) fəaliyyətinin tam olaraq dayandırılmasının vaxtı yetişib".
C. Bayramov bildirib ki, USAID-in ölkəmizə yardımları ABŞ-ın mənafeyi üçün edilirdi.
"Buna görə də biz ABŞ-la sazişlərə xitam verilməsini, USAID-in layihələrinin dayandırılmasını tələb etdik. Onlar isə bunun dayandırılmasını istəmirdi. Ona görə də biz bundan sonra yazılı təkliflərimizi ABŞ tərəfinə göndərdik və müzakirələr aparıldı.
Biz bir daha şahid olduq ki, USAID-in yardımları xoşniyyətli deyil. Ona görə də ölkəmizə qarşı qərəzli və zərərli siyasi xətt tutan USAID-in fəaliyyəti 2024-cü il iyunun 1-dən etibarən de-yure dayandırıldı".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 16 Yanvar 2025 18:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















