Uşaq bağçalarına işə qəbul adı ilə insanları aldatdı HƏBS EDİLDİ + VİDEO
Sfera.az saytına istinadən Icma.az xəbər verir.
Sosial şəbəkələrdə uşaq bağçalarına işə qəbulla bağlı saxta elanlarla insanları aldadan və onların pul vəsaitlərini ələ keçirən şəxs müəyyən olunub.
Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, vətəndaşlara qarşı kütləvi dələduzluq əməllərində şübhəli bilinən daha bir nəfər - 1995-ci il təvəllüdlü Mirnicat Əmirov saxlanılıb.
“Müəyyən edilib ki, M.Əmirov onunla əlaqə saxlayan hər bir vətəndaşdan işə qəbulla bağlı müraciətin qeydə alınması üçün müxtəlif məbləğlərdə pulun onun kartına köçürülməsini tələb edib. O, həmin pulları nağdlaşdırdıqdan sonra zərərçəkənlərin əlaqə nömrələrini bloklayıb. Şübhəli şəxsdən çoxsaylı bank kartları, elan saytlarında yerləşdirdiyi mobil telefon nömrələri və digər elektron sübutlar aşkar olunaraq götürülüb”.
Qurumdan bildirilib ki, faktla bağlı araşdırmalar davam etdirilir: “Bir daha vətəndaşlara tövsiyə edilir ki, elan saytlarında yerləşdirilən məlumatlara münasibətdə diqqətli olsunlar, onlayn ödənişlər etməsinlər”.
Günay
Baxış sayı:98
Bu xəbər 23 Dekabr 2024 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















