Uşaq bağçasında QALMAQAL: Körpələrə quru çörək və su verilir?
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ağcabədinin Pərioğullar kənd körpələr evi-uşaq bağçasında uşaqlara yalnız quru çörək və su verildiyi iddia edilir. Bu barədə kənd sakini Afiqə Şirinova videomateriallar təqdim edib.
Oxu.Az Xəzər TV-yə istinadla xəbər verir ki, bağçada xadimə işləyən Afiqə Şirinovanın iddiasına görə, 5 il əvvəl bağça rəhbərliyi dəyişdikdən sonra orada qanunsuzluqlar baş qaldırıb. Onun sözlərinə görə, ən ciddi pozuntu uşaqların ərzaq normalarının kəsilməsidir.
Səsləndirilən iddialara valideynlərin də münasibəti öyrənilib. Şikayətçi tərəfin çağırdığı valideynlər məsələ ilə bağlı öz fikirlərini bildiriblər.
Bağçanın aşpazı Solmaz Bədəlova qeyd edib ki, verilən qida normaları hər gün gələn uşaqların sayına uyğun tənzimlənir.
Uşaq bağçasının müdiri Gülnarə Axundova səhhətinə görə müsahibə verməsə də, səsləndirilən iddia və ittihamlar tamamilə əsassız olduğunu bildirib.
Mövzu ilə bağlı daha ətraflı videomaterial təqdim edirik:
Uşaq bağçasında QALMAQAL: Körpələrə quru çörək və su verilir?
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 27 Sentyabr 2025 00:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















