Icma.az
close
up
RU
Kompot əvəzinə su, ət əvəzinə piy? Abşeron 21 saylı uşaq bağçasında QALMAQAL

Kompot əvəzinə su, ət əvəzinə piy? Abşeron 21 saylı uşaq bağçasında QALMAQAL

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Abşeron rayonunun Çaylı kəndində yerləşən 21 saylı uşaq bağçasının 5 yaşlı sakini Duyğu Xanlarzadənin atası Şəfi Xanlarzadə bağçanın müdiri Xədicə Vəliyevanı ciddi şəkildə ittiham edir.

Onun sözlərinə görə, bağça müdiri qızını səhər yeməyi vaxtı bağçadan qovub. Ata iddia edir ki, hadisəyə səbəb həyat yoldaşının bağçanın şəraitindən narazılığını dilə gətirməsi olub:

“Yoldaşım əvvəllər bağçanın vəziyyətindən şikayət edib. Bu da Xədicə xanımın xoşuna gəlməyib. Nəticədə hirsini balamın üstünə töküb. Qızımın qolundan tutub pilləkənlərdən çölə itələyib. Uşaq qorxudan ağlayırdı. Mən hadisə ilə bağlı Baş Prokurorluğa və Elm və Təhsil Nazirliyinə müraciət etdim. Bildirdim ki, 66 yaşı var, amma hələ də müdir işləyir.

Davranışları uşaqlara uyğun deyil. Dövlətin verdiyi ərzaqları evinə aparır. Videolarım var, sübut edə bilərəm. Uşaqlar səhər yeməyi adı ilə sadəcə çörək və çay içirlər. 15 gündən bir 10 kiloqram ət gətirilir, amma ondan uşaqlara bir kilo belə çatmır. Toyuğun piylərini, dərisini çəkib kotlet adı ilə uşaqlara yedizdirirlər. Kompot uşaqlara verilmir, onun evinə daşınır. Mən özüm hər gün uşağa bulka alıb çantasına qoyurdum ki, ac qalmasın. Bağçada istilik yoxdur, odun peçi yandırılır. Uşaqlar evdən təmiz gedir, qayıdanda isə his iyi gəlir. Qışda metlağın üstündə gəzirlər. Bütün bunlara dözürdük, amma uşağımı ayaqyalın yemək vaxtı çölə atmasını heç cür bağışlamıram”.

Musavat.com məsələni araşdırmaq üçün bağçanın müdiri Xədicə Vəliyeva ilə əlaqə saxlayıb.

O, ittihamları rədd edərək deyib:

“Onların müraciəti əsasında Baş Prokurorluq və Elm və Təhsil Nazirliyi yoxlama apardı, izahat aldı. Hər şey aydınlaşdırıldı. Deyilənlərin heç biri təsdiqini tapmadı. Həmin şəxsin uşağı artıq bağçaya gəlmir, məktəbə hazırlığa gedir. Mənim onun uşağı ilə nə əlaqəm ola bilər? Qaydada yazılıb ki, uşaqlar saat 9-a qədər gətirilməlidir. Onlar isə uşağı 10-a işləmiş gətiriblər, müəllimlər də qəbul etməyib. Anası uşağın ayaqqabısını geyindirirdi, mən isə səs-küyə çıxanda müəllimlər dedilər ki, vaxt keçib. Mən uşaq döyənəm?

Bundan əvvəl də həmin uşağı su çiçəyi ilə gətirmişdilər, müəllimlər isə yoluxma təhlükəsinə görə qəbul etməmişdilər.

Anasıgil 1 iyun – Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə konfet paylamaq istədilər, amma biz icazə vermədik. Çünki qaydaya görə, kənar məhsulu uşaqlara yedizdirmək olmaz. Nazirlik əməkdaşları da bağçaya gəldi, vəziyyətlə tanış oldu. Deyildiyi kimi, menyuda problem yoxdur, uşaqlara normal yemək verilir. Mənim 66 yaşım var, amma qanuna görə, 70 yaşa qədər işləmək hüququm var. Əgər yeyinti etsəydim, 30 ildir burada işləməzdim. Mən hər gün 3 saat yol qət edirəm, avtobusla gedib-gəlirəm. Bağçada 30 ildir ki, odun peçi işləyir, bunu hamı bilir. Dövlət də bunun üçün odun ayırır. Bir sözlə, həmin valideynlər bizə şər atır, reallıqdan uzaq danışırlar”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 02 Sentyabr 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri