Icma.az
close
up
RU
Uşaq əmizdirən analar, bu 10 qidadan imtina edin

Uşaq əmizdirən analar, bu 10 qidadan imtina edin

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ana südü yalnız körpənin qidalanması deyil, həm də ananın sağlamlığı və özünü yaxşı hiss etməsi deməkdir. Qadının gündəlik qəbul etdiyi qidalar südün tərkibinə, dadına, qida dəyərinə və hətta körpənin onu asanlıqla həzm etməsinə birbaşa təsir göstərir. Bəzi məhsullar südün dadını dəyişə, uşaqda qarın sancısı və ya allergiya yarada bilər, digərlərində isə körpə üçün təhlükəli maddələr ola bilər.

Milli.Az 10 qidanın siyahısını təqdim edir.

1. Alkoqol

Alkoqol qana keçdiyi kimi 30-60 dəqiqə ərzində ana südünə də keçir. Hətta az miqdarda qəbul olunması körpənin sinir sisteminə təsir edir: yuxululuq, əsəbilik və inkişaf ləngiməsi yarada bilər. Əgər ana içki qəbul edibsə, ya əvvəlcədən südünü sağmalı, ya da əmizdirmədən əvvəl ən azı 2-3 saat gözləməlidir.

2. Kofein

Qəhvə, qara və yaşıl çay, enerji içkiləri, kola hamısı kofein mənbəyidir. Körpənin orqanizmi kofeini tez xaric edə bilmir, bu isə yuxusuzluq, narahatlıq və qanazlığına səbəb ola bilər. Təhlükəsiz doza: gündə 200 milliqrama qədər (təxminən 1-2 fincan qəhvə). Alternativ kofeinsiz qəhvə.

3. Şokolad

Şokoladda kofeinə oxşar təsir göstərən teobromin var. Çox qəbul edildikdə uşaqda narahatlıq və yuxu problemləri yarada bilər. Optimal miqdar: 30 qramadək (bir neçə kiçik parça qara şokolad).

4. Kəskin dadlı qidalar

Sarımsaq, soğan, quspar, acı ədviyyatlar südün dad və qoxusunu dəyişə bilər. Zərərli olmasa da, bəzi körpələr bu səbəbdən əmizməkdən imtina edə bilər.

5. Şirniyyat bolluğu

Tort, pirojna, qazlı içkilər və peçenye faydasız kaloridir. Onlar südün qida dəyərini azaldır, həmçinin ananın qan şəkərinə təsir göstərir.

Şirniyyatı meyvə, quru meyvə və ya az miqdarda balla əvəz etmək olar.

6. Yağlı və qızardılmış yeməklər

Fastfud, yarımfabrikatlar, kolbasa və trans yağlı qidalar südün yağ tərkibini pisləşdirir, bu da körpənin sinir sisteminin inkişafına mənfi təsir edə bilər.

Daha faydalı yağlar seçin: avokado, qoz-fındıq, tumlar, zeytun yağı.

7. Çiy məhsullar

Çiy balıqla suşi, dəniz məhsulları, pasterizə olunmamış süd və ya pendir bakteriya və parazit daşıya bilər.

Bu, anada zəhərlənmə və süd istehsalının azalmasına səbəb ola bilər. Yalnız yaxşı bişirilmiş qidalar qəbul edin.

8. Bəzi bitki çayları

Hər bitki çayı laktasiya dövründə təhlükəsiz deyil. Məsələn, nanə, cəfəri, jenşen, zveroboy və ya yovşan südün miqdarını azalda və ya körpəyə təsir edə bilər.

Təhlükəsiz seçimlər: az miqdarda çobanyastığı, şüyüd, zəncəfil.

9. Potensial allergenlər

Süd məhsulları, yumurta, qoz-fındıq, soya, qarğıdalı bəzən bunlar uşaqda səpki, qarın sancısı və ya ishal yarada bilər. Əgər əmizdirmədən sonra belə simptomlar müşahidə olunarsa, ananın rasionu izlənilməli və pediatrla məsləhətləşilməlidir.

10. Süni şirinləşdiricilər

Məsələn, aspartam parçalanaraq fenilalaninə çevrilir. Bu, fenilketonuriya (genetik xəstəlik) olan uşaqlar üçün təhlükəlidir. Daha yaxşı alternativ: steviya və ya az miqdarda bal.

Ana nə yeməlidir?

Körpəni əmizdirən qadının rasionu balanslı və müxtəlif olmalıdır:

Zülallar: az yağlı ət, toyuq, balıq, paxlalılar.

Karbohidratlar: tam taxıl sıyıqları, qarışıq undan çörək, tərəvəz, meyvə.

Yağlar: qoz-fındıq, tumlar, avokado, zeytun yağı.

Su: gündə ən azı 2 litr təmiz maye.

Yalnız spirtli içki və fastfud kimi açıq-aşkar zərərli məhsullardan deyil, həm də allergiya, köp və ya südün dadının dəyişməsinə səbəb ola biləcək qidalardan uzaq durmaq lazımdır. Düzgün qidalanma ananın gücünü qoruyacaq, körpənin isə sağlam inkişafını təmin edəcək. /lent.az

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 17 Oktyabr 2025 04:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəticələr Türkiyənin Suriyada möhkəmlənməsinə xidmət edəcək

16 Oktyabr 2025 10:26see369

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see283

Bakıda yol kənarında fahişələrin axşam bazarı (VİDEO)

16 Oktyabr 2025 04:40see154

Erkən ölüm riskini artıran əsas amillər BƏLLİ OLDU TERAPEVT AÇIQLADI

16 Oktyabr 2025 16:17see146

10 minədək taksinin icazəsi ləğv ediləcək? Video

16 Oktyabr 2025 07:03see142

Bu bürcün qadınları asan ram olmur

16 Oktyabr 2025 03:21see141

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see137

Xəstəxanada əməkdar artistə infeksiya keçib Durumu ağırdır

16 Oktyabr 2025 15:58see135

Tramp Putinə təzyiqləri artırmağa hazırdır Britaniyalı ekspert

16 Oktyabr 2025 18:31see132

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see132

Finlandiyalıların bir çoxu erkən pensiyaya çıxmaq arzusundadır

16 Oktyabr 2025 04:03see130

Ağsuda yollar təmir ediləcək

16 Oktyabr 2025 14:54see130

Yanacaqdoldurma məntəqələri benzini qatqılarla kəsməyə başlayıb...

16 Oktyabr 2025 18:26see128

“Qqlobal savaş baçlaya bilər” ŞƏRH

16 Oktyabr 2025 14:56see126

Ən kinli insanlar bu qan qrupundan olurlar ARAŞDIRMA

16 Oktyabr 2025 04:05see125

Avropa ölkələrini də geridə qoymaq üzrəyik Sosioloq

16 Oktyabr 2025 06:24see124

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see124

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see122

Vətən müharibəsinin xronikası: 16 oktyabr VİDEO

16 Oktyabr 2025 08:01see120

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri