Icma.az
close
up
RU
Uşaq əmizdirən anaların NƏZƏRİNƏ: Bu 10 qidadan imtina edin

Uşaq əmizdirən anaların NƏZƏRİNƏ: Bu 10 qidadan imtina edin

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Ana südü yalnız körpənin qidalanması deyil, həm də ananın sağlamlığı və özünü yaxşı hiss etməsi deməkdir. Qadının gündəlik qəbul etdiyi qidalar südün tərkibinə, dadına, qida dəyərinə və hətta körpənin onu asanlıqla həzm etməsinə birbaşa təsir göstərir. Bəzi məhsullar südün dadını dəyişə, uşaqda qarın sancısı və ya allergiya yarada bilər, digərlərində isə körpə üçün təhlükəli maddələr ola bilər.

Lent.az 10 qidanın siyahısını təqdim edir.

1. Alkoqol

Alkoqol qana keçdiyi kimi 30–60 dəqiqə ərzində ana südünə də keçir. Hətta az miqdarda qəbul olunması körpənin sinir sisteminə təsir edir: yuxululuq, əsəbilik və inkişaf ləngiməsi yarada bilər. Əgər ana içki qəbul edibsə, ya əvvəlcədən südünü sağmalı, ya da əmizdirmədən əvvəl ən azı 2-3 saat gözləməlidir.

2. Kofein

Qəhvə, qara və yaşıl çay, enerji içkiləri, kola hamısı kofein mənbəyidir. Körpənin orqanizmi kofeini tez xaric edə bilmir, bu isə yuxusuzluq, narahatlıq və qanazlığına səbəb ola bilər. Təhlükəsiz doza: gündə 200 milliqrama qədər (təxminən 1-2 fincan qəhvə). Alternativ kofeinsiz qəhvə.

3. Şokolad

Şokoladda kofeinə oxşar təsir göstərən teobromin var. Çox qəbul edildikdə uşaqda narahatlıq və yuxu problemləri yarada bilər. Optimal miqdar: 30 qramadək (bir neçə kiçik parça qara şokolad).

4. Kəskin dadlı qidalar

Sarımsaq, soğan, quspar, acı ədviyyatlar südün dad və qoxusunu dəyişə bilər. Zərərli olmasa da, bəzi körpələr bu səbəbdən əmizməkdən imtina edə bilər.

5. Şirniyyat bolluğu

Tort, pirojna, qazlı içkilər və peçenye faydasız kaloridir. Onlar südün qida dəyərini azaldır, həmçinin ananın qan şəkərinə təsir göstərir.

Şirniyyatı meyvə, quru meyvə və ya az miqdarda balla əvəz etmək olar.

6. Yağlı və qızardılmış yeməklər

Fastfud, yarımfabrikatlar, kolbasa və trans yağlı qidalar südün yağ tərkibini pisləşdirir, bu da körpənin sinir sisteminin inkişafına mənfi təsir edə bilər.

Daha faydalı yağlar seçin: avokado, qoz-fındıq, tumlar, zeytun yağı.

7. Çiy məhsullar

Çiy balıqla suşi, dəniz məhsulları, pasterizə olunmamış süd və ya pendir bakteriya və parazit daşıya bilər.

Bu, anada zəhərlənmə və süd istehsalının azalmasına səbəb ola bilər. Yalnız yaxşı bişirilmiş qidalar qəbul edin.

8. Bəzi bitki çayları

Hər bitki çayı laktasiya dövründə təhlükəsiz deyil. Məsələn, nanə, cəfəri, jenşen, zveroboy və ya yovşan südün miqdarını azalda və ya körpəyə təsir edə bilər.

Təhlükəsiz seçimlər: az miqdarda çobanyastığı, şüyüd, zəncəfil.

9. Potensial allergenlər

Süd məhsulları, yumurta, qoz-fındıq, soya, qarğıdalı bəzən bunlar uşaqda səpki, qarın sancısı və ya ishal yarada bilər. Əgər əmizdirmədən sonra belə simptomlar müşahidə olunarsa, ananın rasionu izlənilməli və pediatrla məsləhətləşilməlidir.

10. Süni şirinləşdiricilər

Məsələn, aspartam parçalanaraq fenilalaninə çevrilir. Bu, fenilketonuriya (genetik xəstəlik) olan uşaqlar üçün təhlükəlidir. Daha yaxşı alternativ: steviya və ya az miqdarda bal.

Ana nə yeməlidir?

Körpəni əmizdirən qadının rasionu balanslı və müxtəlif olmalıdır:

Zülallar: az yağlı ət, toyuq, balıq, paxlalılar.

Karbohidratlar: tam taxıl sıyıqları, qarışıq undan çörək, tərəvəz, meyvə.

Yağlar: qoz-fındıq, tumlar, avokado, zeytun yağı.

Su: gündə ən azı 2 litr təmiz maye.

Yalnız spirtli içki və fastfud kimi açıq-aşkar zərərli məhsullardan deyil, həm də allergiya, köp və ya südün dadının dəyişməsinə səbəb ola biləcək qidalardan uzaq durmaq lazımdır. Düzgün qidalanma ananın gücünü qoruyacaq, körpənin isə sağlam inkişafını təmin edəcək.
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://lent.az
archiveBu xəbər 08 Sentyabr 2025 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see251

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see211

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see194

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see173

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see141

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see139

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see136

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see135

Astana Sammiti və regional nizamın yeni düzəni

23 Oktyabr 2025 09:36see134

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see132

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see131

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see129

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see127

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see126

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see125

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see124

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see124

Türkan evliliklə bağlı sualları CAVABLANDIRDI VİDEO

23 Oktyabr 2025 00:30see123

“Heç heçə edə bilərdik” Qurban Qurbanov

23 Oktyabr 2025 12:19see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri