Icma.az
close
up
RU
“Uşaq evləri”nin rəssam oğlu

“Uşaq evləri”nin rəssam oğlu

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Kamal Əhməd – 85

Səməd Vurğun bu uşağın böyük gələcəyinə inanmışdı

Gözəl rəngkar, Əməkdar incəsənət xadimi Kamal Əhmədin taleyinə 2 dəfə ailəsindən, bacı-qardaşlarından ayrı yaşamaq düşüb: əvvəl atalı-analı ikən Ağdamdakı, sonra isə valideynlərini itirərək Şüvəlandakı uşaq evlərində qalıb. Amma ömrünün təlatümləri onun rəssamlıq istedadını boğa bilməyib.

Şüvəlan uşaq evinin direktoru Kamalın rəssamlıq bacarığını görərək ondan qayğısını əsirgəmir, şəkillər çəkməsi üçün rəngli karandaşlar, fırça və sulu boya alıb gətirir, onu yanına salıb sərgilərə də aparır. Bir dəfə isə uşaq evi kollektivinin Səməd Vurğunla görüşündə Kamal şairin şeirlərini şövqlə söyləyir və alqışlanır. 8 yaşlı uşağın “cızmaqara” rəsmlərinə də baxan Səməd Vurğun onu qucağına alıb böyük gələcəyinin olacağını söyləyir.

Təsviri sənətə həvəsi Kamalı Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə gətirib. Böyük şairdən sonra onun 2-ci xeyir-dua verəni ilk azərbaycanlı qadın rəngkar Vəcihə Səmədova olub. Realizm ənənələrinin, akademik normaların prinsipial tərəfdarı olmasına baxmayaraq, o, Kamalın işlərini çox bəyənib və gənc istedada kömək edib. Başqalarına bənzəməmək, tamamilə fərqli olmaq istəyən gənc rəssam sovet rəhbərlərinin portretlərini çəkmək istəmədiyi üçün təhsil prosesində böyük çətinliklərlə üzləşsə də, məktəbi birtəhər başa vurub.

Dahi fırça ustası Səttar Bəhlulzadə, Azərbaycan avanqardının banisi Cavad Mircavadov kimi sənətkarlarla tanışlığı, onların rəssamlıq barədə özəl fikirləri Kamala güclü təsir edib, qarşısında bənzərsiz üfüqlər açıb. O, Nizami və Füzulinin fəlsəfəsi ilə maraqlanıb, sənətinin Məcnunu kimi tərki-dünya olub. Poeziya, muğam, abstrakt və ideal aləm rəssamın varlığına hakim kəsilib.

Xaraktercə guşənişin olmağı sevən Kamal uzun müddət Abşeronun Görədil kəndində yaşayıb-yaradıb. Yerli sakinlər ona yarıuçuq bir evdə yaşamağa imkan yaradıblar. Evin qapısını, köhnə də olsa, parlaq boyalarını saxlamış kilim əvəz edib, işıq olmadığına görə rəssam gecələr balaca otağında ağ neft lampası yandırmalı olub. Onun ətrafını daha çox ürəyindəki sənət işığı nurlandırıb.

Abşeron mühiti, xüsusilə də Qobustan mənzərələri rəssama daim ilham verib. Bu ecazkar məkanın şor dadan yelləri, Ramiz Rövşən demişkən,“yağış yuyub, gün qurudan” qayalıqların üzərindəki təsvirlər – ibtidai insanların təbiətlə ünsiyyət kompozisiyaları onu ahənrüba kimi çəkib.

Dostları, həmfikirləri də vardı, amma Kamal Əhməd həyat yolunda tənha səyyah kimi dolanır və öz sirli aləminə heç kəsi yaxın buraxmırdı. Əsərləri haqqında danışmağı sevmir, rəngkarlığı ilə bağlı heç bir müzakirəyə yol vermir, bir növ, daxili aləmini hamıdan gizlədirdi. Qəlbindəkiləri yalnız fırçası ilə həsbi-halda, kətan üzərində yaratdığı obrazlar vasitəsi ilə ifadə edirdi.

Mütəxəssislərin dediyinə görə, Kamal Əhməd doğma rənglər dünyasında fikirlərini təsvirlərdə şifrələyib, illər ərzində müxtəlif assosiasiyalar yaradan metafora, simvol və “kod”lardan ibarət xüsusi dil yaradıb. Dərvişyana, yovuşmaz davranışları ucbatından ilk fərdi sərgisi də xeyli gec – 47 yaşında ikən baş tutub və uğurlu keçib.

Həmin sərgidən sonra şöhrət qapıları rəssamın üzünə taybatay açılır. 1988-ci ildə Moskvada Ümumittifaq sərgisinin diplomuna, 1989-cu ildə Xəzəryanı respublikaların (Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan) I Biennalesində “Qran-pri” mükafatına layiq görülür. 1993-cü ildə Bakıda Novruz bayramına həsr olunmuş sərgidə Birinci mükafatın laureatı olur.

Amma, sən demə, cəmi bir neçə il ömrü qalıbmış və bu qısa müddətdə Kamal Əhmədin əsərləri ABŞ, İtaliya, Türkiyə, Polşa, Əlcəzair, Yaponiya və Rusiyada nümayiş etdirilib, rəssamın bir-birindən gözəl işləri muzeyləri və şəxsi kolleksiyaları bəzəməyə başlayıb. O, 1994-cü ildə, 54 yaşında dünyasını dəyişib. “Avtoportret. Çarmıxa çəkilmə” tamamlaya bilmədiyi sonuncu əsəridir, sanki ölməz ruhu ilə cismini seyr edir. Portretin yaratdığı ilk assosiasiya isə budur ki, həyatını bütünlüklə incəsənətə həsr edən sənətkara ölüm yoxdur...

2017-ci ildə Xalq Bank tərəfindən Kamal Əhmədin həyat və yaradıcılığına həsr olunmuş bədii albomun təqdimatı və əsərlərindən ibarət sərginin açılışı keçirilib. Qeyri-adi istedad sahibinin çətin taleyindən, yaradıcılıq manerasından danışılıb. Sərgi ilə tanışlıq bir daha onun böyük sənətkar olduğunu təsdiqləyib.

...Dairəvi sürət qatarında Sumqayıtdan Bakıya, işə gedirəm. Görədil dayanacağına çatanda qeyri-iradi olaraq pəncərədən ətrafdakı evlərə sarı boylanır, Kamal Əhmədin yaşayıb-yaratdığı yarıuçuq evi, qapı əvəzi parlaq boyalı kilimi görmək istəyirəm. Bu, mümkün olmasa da, bir anlıq elə bilirəm ki, qapı-kilimi aralayıb içəri keçdim. Rəssamın solmaz rənglər dünyasına varid oldum və gördüklərimə yenidən heyran qaldım.

Əli NƏCƏFXANLI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:210
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Fevral 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1393

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see677

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see533

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see522

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see469

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see446

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see441

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see434

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see422

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see401

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see360

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see347

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see343

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see342

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see313

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see312

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see287

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see281

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see278

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see262
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri