Icma.az
close
up
RU
Uşaq hüquqları ədəbiyyatda və incəsənətdə elmi sessiya

Uşaq hüquqları ədəbiyyatda və incəsənətdə elmi sessiya

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 7 noyabr, AZƏRTAC

Noyabrın 7-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Uşaq hüquqları ədəbiyyatda və incəsənətdə” mövzusunda elmi sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri muzeyin direktoru akademik Rafael Hüseynov açaraq Azərbaycanda dövlət siyasətinin prioritetlərindən birinin uşaqların təhlükəsiz və etibarlı gələcəyinin təmin edilməsi olduğunu söyləyib.

Ölkəmizdə uşaq hüquqlarının tam şəkildə qorunduğunu deyən akademik Rafael Hüseynov bildirib ki, 1992-ci il iyunun 21-də Azərbaycan Respublikası BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulub. Uşaq Hüquqları Konvensiyası BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq, dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir. Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir.

Daha sonra muzeyin digər əməkdaşları müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.

Ekspozisiya şöbəsinin müdiri Tomiris Babanlı “Azərbaycan uşaq ədəbiyyatının ingilis dilinə tərcümələri” mövzusunda çıxış edərək bildirib ki, bu tərcümələr təkcə ədəbi irsimizin tanıdılması baxımından deyil, həm də mədəni dialoqun qurulması üçün vacibdir. Məruzəçi qeyd edib ki, tərcümə əsərləri xalqlar arasında bir körpü rolunu oynayır və uşaqları müxtəlif xalqların tarixi, mədəniyyəti, həyat tərzi, ənənələri, folkloru ilə yaxından tanış olmağa şövq edir.

Muzeyin Sərgilərin təşkili, bədii tərtibat və bərpa şöbəsinin müdiri Elçin Axundov “Sovet dövründə və müasir dövrdə uşaqlara münasibət” adlı məruzəsində müqayisə apararaq, Azərbaycanın 1992-ci ildə BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulması ilə yaranan uşaq hüquqlarının fərqli cəhətlərini diqqətə çatdırıb.

“Uşaq muzeylərinin təhsildə və sosial-emosional inkişafda rolu” adlı məruzəsini təqdim edən muzeyin Ədəbi salnamə və bədii-sənədli kinoxronikalar şöbəsinin müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülsəba Həsənova dünya miqyasında üç yüzdən artıq uşaq muzeyinin fəaliyyət göstərməsi və uşaq muzeylərinin özünəməxsus xüsusiyyətləri haqqında məlumat verib.

Elmi sessiyada, həmçinin muzeyin Doktorantura və təhsil şöbəsinin elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Rəhilə Sadıqova “Bədii ədəbiyyatda uşaq hüquqları” məruzəsi ilə çıxış edib. O bildirib ki, uşaqlara malik olduqları hüquqları anlatmaq üçün maraqlı əhvalat, nağıl, hekayə və rəvayətlərin mühüm tərbiyəvi, öyrədici əhəmiyyəti var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Noyabr 2025 18:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri