Icma.az
close
up
RU
Ədəbiyyatda uşaq hüquqları: öyrətmək və qorumaq naminə

Ədəbiyyatda uşaq hüquqları: öyrətmək və qorumaq naminə

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rəhilə SADIQOVA
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin "Doktorantura və təhsil" şöbəsinin elmi işçisi

"Uşaq hüquqları" anlayışının terminoloji və normativ çərçivəsi BMT-nin 1989-cu ildə qəbul etdiyi "Uşaq hüquqları haqqında Konvensiya" ilə rəsmən müəyyənləşdirilib. Ədəbiyyatda bu hüquqlar bədii dillə, simvolik və ya birbaşa formada təbliğ olunur. Yazıçılar uşaqların dünyasını, onların qarşılaşdığı ədalətsizlikləri, zorakılığı və ya xoşbəxtliyi təsvir etməklə cəmiyyətin vicdanına toxunur. Bununla yanaşı, uşaqları öz yaşıdlarının simasında maarifləndirməyə, doğru yol göstərməyə, daha diqqətli olmağa səsləyirlər ki, elə bu da bədii ədəbiyyatın ən əsas vəzifələrindən biri hesab olunur ? oxucusuna təsir etməklə ona doğru yol göstərmək.

"Ədəbiyyatda uşaq hüququ" anlayışı uşağın bədii ədəbiyyatda subyekt kimi qəbul edilməsini, onun azadlıq, şəxsiyyət və mənəvi dəyərlər baxımından tanınmasını nəzərdə tutur. Ədəbiyyat bu hüquqları həm öyrədir, həm də qoruyur.

Doğrudur, ədəbi əsər hüquqi və ya rəsmi sənəd deyil. Ancaq zənnimizcə, ən az elə bu sənədlər qədər vacibdir. Çünki ədəbiyyat hüquq və hüquqların qorunması barədə şüurun mədəni yolla formalaşmasında mühüm rol oynayır. Belə ki, bu qəbil əsərlər vasitəsilə cəmiyyətdə uşaqlara göstərilən münasibət yaxşılığa doğru dəyişir, zorakılıq və ayrı-seçkiliyə qarşı empatiya yaranır, uşağın şəxsiyyət kimi tanınması tərənnüm edilir. Bununla da ədəbiyyat uşaq hüquqlarının təkcə qanunlarda deyil, həm də mədəni yaddaşda qorunmasını təmin etmiş olur.

Uşaqlar malik olduqları hüquqları anlamaq, onlardan düzgün istifadə etməyi bacarmaq üçün maarifləndirilməli, sözügedən hüquqlar onlara yaşlarına uyğun forma və dildə həm təqdim, həm də izah edilməlidir. Bu yolda uzun-uzadı, cansıxıcı söhbətlər əvəzinə, maraqlı əhvalat, nağıl, hekayə və rəvayətlər vasitəsilə onlara həm tərbiyəvi, həm də öyrədici təsir göstərmək, nəzərdə tutulanı daha sadə yolla təlqin etmək faydalı və məqsədəuyğundur.

Ədəbiyyatın özündə təcəssüm etdirdiyi uşaq hüquqları anlayışını şərti olaraq iki yerə ayırmaq mümkündür: uşaq hüquqları uşaqlar üçün olan ədəbiyyatda və uşaq hüquqları böyüklər üçün ədəbiyyatda. Haqqında danışdığımız hüquqlar və onların müdafiəsi uşaq ədəbiyyatında daha anlaşıqlı və sadə dildə öz əksini tapır. Burada azyaşlı oxucular malik olduqları ailə, təhsil, istirahət, oyun, müalicə almaq və digər hüquqları haqqında məlumatı müxtəlif həyat hadisələrinin təsvir olunduğu əsərlər vasitəsilə əldə edirlər.

Lakin uşaq hüquqları anlayışı böyüklər üçün nəzərdə tutulmuş ədəbiyyatda bir qədər ayrı mahiyyət daşıyır. Belə ki, burada uşaq əməyinin istismar edilməsi, zorakılıq, uşaqların hüquqlarının pozulması, onların məruz qaldığı qaçqın həyatı və sair mühüm məsələlərə toxunulur, bu səpkidə olan mövzular ictimai, mənəvi və hüquqi aspektdən araşdırılır.

Qısacası, haqqında danışdığımız uşaq hüquqları məfhumu azyaşlılar üçün nəzərdə tutulmuş ədəbiyyatda məlumatlanma və özünümüdafiə xarakteri daşıyırsa, böyüklər üçün olan ədəbiyyatda oxucuları başqalarının hüquqlarına hörmətlə yanaşmağa təşviq edir.

Uşaq qəhrəmanlarının hüquqlarının pozulması və uşaqların qarşılaşdığı haqsızlıqlardan bəhs edən əsərlər sırasında Süleyman Sani Axundovun "Qaraca qız" povesti, Tağı Şahbazi Simurğun "Qayçı" hekayəsi, dünya ədəbiyyatı nümunələrindən Viktor Hüqonun "Səfillər" roman-epopeyası, Mark Tvenin "Tom Soyerin macəraları" romanı xüsusilə qeyd edilməyə layiqdir.

Çarlz Dikkensin "Oliver Tvist" romanında da uşaq əməyinin istismarı, zorakılıq və hüquqsuzluq kimi mövzular aydın şəkildə işlənmişdir. Antuan de Sent-Ekzüperi "Balaca Şahzadə" alleqorik hekayəsində uşağın dünyanı saf, təmiz baxışlarla dərk etməsi və böyüklərin bu baxışı "öldürməsi" məsələsini rəmzi mənada uşaqlıq hüquqlarının itirilməsi kimi göstərmişdir.

Çağdaş dövr uşaq ədəbiyyatının görkəmli nümayəndələrindən olan Qəşəm İsabəyli öz yaradıcılığında tez-tez sözügedən mövzuya toxunaraq, uşaqların sevilmək, təhlükəsizlik, ünsiyyət, ailə qayğısı kimi mühüm hüquqları olduğunu xatırladır. Müəllif, xüsusən, "Tənha uşaq", "Məktub", "Qorxan uşaq", "Dünyanın ən xoşbəxt uşağı" adlı şeirlərində bu motivi böyük ustalıq və dərin həssaslıqla işləyib.

Sevimli uşaq yazıçısı Sevinc Nuruqızı "Melisa" nağıl-povestində də ailə münaqişələrinin, valideyn məsuliyyətsizliyinin və cəmiyyətin laqeyd münasibətinin qurbanı olan uşağın sevgi, diqqət və qayğıdan məhrum olduğu üçün həm mənəvi, həm də fiziki zorakılığa məruz qaldığını göstərir. S.Nuruqızı Gəncə terrorunun azyaşlı qurbanlarına həsr etdiyi "Pıçıltı" əsərində isə bu qanlı hadisəyə etiraz edir, uşaq hüquqlarının pozulması haqqında heyvanların dili ilə balaca oxuculara şüuraltı mesajlar ötürür.

Böyüklər üçün yazılmış bu və ya digər ədəbi nümunədə uşaq hüquqlarının pozulması müxtəlif tərəflərdən işıqlandırılır.

Mirzə İbrahimovun "Gələcək gün" romanında savaş dövründə uşaqların aclıq, səfalət, valideynlərdən ayrı düşmək kimi faciələrlə üzləşməsi öz əksini tapıb.  Elçin Əfəndiyevin "Ağ dəvə" romanında da müharibə və yoxsulluq şəraitində uşaqların aldığı psixoloji travmalara toxunulub, uşaq hüquqlarının pozulması motivi dolayısı ilə, ancaq təsirli bir şəkildə ifadə olunub. Əbdürrəhim bəy Haqverdiyev "Dağılan Tifaq" faciəsində uşaqların ailə münaqişələrinin qurbanına çevrilməsini, valideynlər arasındakı münasibətin onda qorxu, tənhalıq, psixoloji travma yaratdığını aydın şəkildə göstərib.

Dünya ədəbiyyatının bir çox qiymətli nümunələrində də bu mövzuya rast gəlmək mümkündür. Fyodor Dostoyevskinin "Cinayət və cəza" romanında Katerina İvanovnanın uşaqlarının acınacaqlı vəziyyəti sosial ədalətsizliyin və uşaq hüquqlarının pozulmasının simvoluna çevrilib. Çingiz Aytmatovun "Əlvida, Gülsarı"  povestində uşaqların mənəvi aləminin pozulması, ata-anadan uzaq düşməsi kimi mövzular uşaq hüquqları kontekstində təqdim olunur.

Yuxarıda adları çəkilən əsərlərin də daxil olduğu bu siyahını istənilən qədər uzatmaq mümkündür. Göründüyü kimi, uşaq hüquqlarının bədii ədəbiyyatda təsvir və tərənnümü daim aktual mövzulardan olmuş, həm yerli, həm də əcnəbi yazarları, mütəfəkkirləri narahat edən, düşündürən məsələlər sırasında yer alıb.

Arzu edirik ki, bu dünya uşaqların sağlam və sabitlik içində yaşadığı, hüquqlarının pozulmadığı bir yer olsun! Və gələcək zaman içərisində yaranacaq əsərlərdə uşaq hüquqlarına yalnız maarifləndirmə məqsədilə toxunulsun!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Noyabr 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri