Icma.az
close
up
RU
Uşaq kitablarına maraq niyə azdır? ŞƏRH EDİLDİ

Uşaq kitablarına maraq niyə azdır? ŞƏRH EDİLDİ

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Azərbaycan uşaq ədəbiyyatı sahəsində və uşaqların oxuma, mütaliə vərdişləri sahəsində təəssüf ki, bir çox ölkələrdən geridə qalır. Təbii ki, elm və texnikanın inkişafı, internetin mövcudluğu, uşaqların ekran bağlılığı bu problemi biraz daha da dərinləşdirir. Bunun həlli yolu həm müəllimlərdən, həm də valideynlərdən, eyni zamanda nəşriyyatlardan asılıdır. Təbii ki, biz müasir dövrün uşağına ekrana, telefona yaxud internetə baxmağı qadağa qoya bilmərik. Çünki bu fəaliyyətləri kitab oxumaq üçün qadağa etmiş olsaq, bu uşaqlarda kitaba qarşı yenədə neqativ duyğu yaradacaq. Əksinə uşaqların kitaba yönəlməsi və mütaliə vərdişinin yaranması, həmçinin kitablarla maraqlanması üçün onların tələbatlarına uyğun kitabları təklif etməyi öyrənməliyik". Bu sözləri SİA-ya açıqlamasında "Ağıllı bala" uşaq nəşriyyatının direktoru, uşaq yazıçısı Fatimə Alxaz deyib.

Əslində biz bəzən deyirik ki, uşaqların kitaba marağı yetəri qədər deyil: "Amma bu əslində demək olar ki, belə deyil. Çünki keçirdiyimiz uşaq kitab sərgilərində görürük ki, uşaqlar çox sayda festivallara, həmçinin kitabları sərgilərinə gəlirlər. Məhz bu yerlərdə onları maraqlandıran kitabları əldə edəndə oxumaq üçün həvəsli olurlar. Mən düşünürəm ki, uşaqların ümumiyyətlə kitaba marağı az deyil. Onları maraqlandıran kitablar azdır. Uşaq ədəbiyyatı sahəsində müasir dövrün uşaqlarını maraqlandıran kitab çeşidi azdır. Biz uşaq yazıçıları və naşirlər olaraq hər sahədə maraqlı kitablar yazmalıyıq ki, hər bir uşaq öz maraq dairəsinə uyğun,onu maraqlandıran, həyəcanlandıra bilən kitabları əldə edə bilsin. Eyni zamanda məktəb kitabxanalarının zənginləşməsidə çox önəmlidir. Çünki uşaqlar daha çox saatda məktəbdə olurlar. Bu saatlarda kitabxanaya gedib, kitab əldə etmək daha asan olur".

Uşaq yazıçısı qeyd edir ki, sevindirici haldır ki, müəllimlər, xüsusilə ibtidai sinif müəllimləri uşaqlarla kitab klubları yaratmağa başlayırlar və bu da uşaqları mütaliə üçün həvəsləndirir: "Bu çox önəmli bir məsələdir. Çox yaxşı olar ki, kütləvi şəkildə məktəblərdə oxu klubları yaradılsın və uşaqlar sinif kitabxanalarından alınmış kitablarla mütaliə etsinlər. Zaman keçdikcə öz kitablarını alıb, fərdi kitabxanalarını zənginləşdirsinlər. Burada valideynlərə də çox iş düşür. Uşaqlar hər dəfə kitablı tədbirlərdə olsunlar. Artıq getdikcə bu hərəkət uşaqlarda vərdiş, ənənə halına keçsin".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://sia.az
archiveBu xəbər 01 Aprel 2025 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see286

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see271

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see237

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see214

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see211

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see206

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see203

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see193

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see186

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see178

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see176

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri