11 uşaq Qəzzadan təxliyə edildi
Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.
İsrailin intensiv hücumu və mühasirəsi altında olan Qəzzada xərçəng müalicəsinə ehtiyacı olan 11 uşaq İordaniyaya tibbi təxliyə edildi.
SİA-nın məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus, Qəzzadakı tibbi təxliyələrlə bağlı "X" platformasında paylaşım edib. "ÜST Qəzzadan İordaniyaya xərçəng müalicəsinə ehtiyacı olan 11 uşağı 20 müşayiətçi ilə birlikdə təxliyə etdi" ifadəsini işlədən T.A.Qebreyesus Qəzzadakı minlərlə xəstənin həyati əhəmiyyət daşıyan tibbi yardım üçün hələ də təxliyəyə ehtiyac duyduğunu vurğulayıb.
O, xəstələrin Qəzza Zolağından təhlükəsiz şəkildə çıxarılması üçün bütün dəhlizlərin açılmasını tələb etdiklərini bildirərək "Nəticə olaraq sülh ən yaxşı müalicədir" deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 05 Dekabr 2024 20:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















