Icma.az
close
up
RU
Uşaq nəşrlərinin biblioqrafiyası hazırlanıb FOTO

Uşaq nəşrlərinin biblioqrafiyası hazırlanıb FOTO

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan milli mətbu irsində əhəmiyyətli yer tutan və 1906-1925-ci illərdə nəşr olunmuş  “Dəbistan”, “Rəhbər”, “Məktəb” və “Məktəb məcmuəsi” uşaq  jurnallarının biblioqrafiyası hazırlanaraq nəşr edilib. Nəşrin müəllifi Bakı Slavyan Universitetinin müəllimi, mətbuat tədqiqatçısı Fərqanə Məlikovadır. 

Jurnallardakı materialların məzmun və müəllifləri haqqında bilgi verilməsi baxımından bu biblioqrafiya  ilk təşəbbüsdür. Nəşrlər haqqında ümumi təsəvvür yaradan biblioqrafiyada yazıların müəllifləri, dərc olunduğu tarix, nömrə sayı və səhifələr qeyd olunmuşdur. 

Qeyd edək ki, “Dəbistan” jurnalının 1906-1908-ci illərdə 27 nömrəsi, “Rəhbər” jurnalının 1906-1907-ci illərdə 5 nömrəsi, “Məktəb” jurnalının isə 1911-1920-ci illərdə 97 nömrəsi, “Məktəb məcmuəsi” jurnalının 1925-ci ildə 1 nömrəsi nəşr edilmişdir. Biblioqrafiyada bütün bu illər, günlər üzrə nəşr olunmuş materiallar sistemli və ardıcıl şəkildə öz əksini tapmışdır. 

Biblioqrafiyanın məsləhətçisi filologiya üzrə fəlsəfə doktoru Aygün Əzimova, rəyçilər siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə və filologiya elmlər doktoru, professor Qulu Məhərrəmlidir.

“Zərdabi nəşr”də kütləvi tirajla çap olunmuş uşaq nəşrlərinin biblioqrafiyasının  redaktoru  BDU-nun Mətbuat tarixi kafedrasının müəllimi Samir Xalidoğludur. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://moderator.az
archiveBu xəbər 26 Sentyabr 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see196

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see164

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see151

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see151

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see147

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see137

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see136

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see135

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see130

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see129

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see129

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see129

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see126

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri