İsrail Müdafiə Nazirliyi ilk lazer sistemini ordunun istifadəsinə verib
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
İsrailin Müdafiə Nazirliyi ilk “Iron Beam” lazer texnologiyalı Hava Hücumundan Müdafiə (HHM) sistemini orduya təhvil verib.
APA xəbər verir ki, bu barədə İsrail ordusunun Mətbuat Xidməti məlumat yayıb.
"İsrail Müdafiə Nazirliyi orduya “Iron Beam” yüksək güclü döyüş lazer sistemini təhvil verdi. Geniş bir sıra sınaqlarda müxtəlif təhdidlərə qarşı effektivliyini sübut edən, raketləri, minaatan mərmilərini və pilotsuz uçuş aparatlarını uğurla ələ keçirən sistem, İsrail Hərbi Hava Qüvvələrinə inteqrasiya ediləcək və İsrailin çoxqatlı hava hücumundan müdafiə sisteminə daxil ediləcək", - açıqlamada deyilir.
Qeyd edək ki, sistem əvvəlcə lazer şüası istifadə edərək çox qısa mənzilli raketləri, eləcə də minaatan və artilleriya mərmilərini ələ keçirmək üçün hazırlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 28 Dekabr 2025 21:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















