Icma.az
close
up
RU
Uşaq sahibi olmağı çətinləşdirən 5 əsas faktor

Uşaq sahibi olmağı çətinləşdirən 5 əsas faktor

Pravda.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Uşaq sahibi olmaq bir çox cütlük üçün həyatın ən böyük arzularındandır. Lakin bəzən qadın, bəzən isə kişi ilə bağlı problemlər bu arzunun reallaşmasını çətinləşdirə bilər.

Pravda.az bildirir ki, belə hallarda zamanında mütəxəssisə müraciət etməklə və doğru müalicə üsullarından istifadə etməklə valideyn olmaq mümkündür. Bu üsullardan biri də süni mayalanma texnologiyasıdır. Təcrübəli həkimlərin apardığı fərdi müalicə planları ilə müvəffəqiyyət əldə etmək mümkündür.

Özünüzə vaxt verin

Əgər 1 il ərzində qorunmasız cinsi əlaqəyə baxmayaraq hamiləlik baş vermirsə, bu zaman bir mütəxəssisə müraciət edilməlidir. Qadının yaşı 35 və üzəridirsə, bu müddət 6 aya qədər endirilir. Ətrafdan gələn təzyiqlər, başqalarının təcrübələri bəzən motivasiya itkisinə səbəb ola bilər. Ancaq ən vacib addım vaxtında hərəkətə keçməkdir.

Hamiləliyə mane ola biləcək 5 vacib faktor:

Düzənsiz və ya ağrılı aybaşı dövrləri

Əgər menstruasiya dövrləri çox sıx (21 gündən az) və ya çox seyrəkdirsə (35 gündən çox), yumurtlama problemi ola bilər. Şiddətli menstrual ağrılar isə endometrioz, miyom və ya şokalad kisti kimi xəstəliklərin əlaməti ola bilər.

Tıxanmış uşaqlıq boruları

Uşaqlıq boruları yumurtalıqla uşaqlıq arasında körpü rolunu oynayır. Hər iki borunun tıxalı olması və ya birində maye yığılması sperma və yumurtanın qarşılaşmasına mane ola bilər.

Polikistik Over Sindromu (PCOS)

Bu sindrom yumurtlamanı pozur və hamilə qalmaq şansını azalda bilər. Bu diaqnozu olan qadınlar hamiləlik planlarını həkimləri ilə mütləq müzakirə etməlidirlər.

Kişilərdə sonsuzluq

Sonsuzluğun təqribən 30%-i kişi faktorları ilə əlaqəlidir. Az sayda sperma, sperma hərəkətsizliyi və şəkil pozuntuları hamiləliyin qarşısını ala bilər. Bu problemlər çox vaxt əlamətsiz keçir və yalnız sperma analizi ilə aşkarlanır.

Hər iki tərəfin müayinə edilməsi vacibdir

Sonsuzluq təkcə qadına bağlı məsələ deyil. Hər iki tərəfin tibbi olaraq müayinə edilməsi vacibdir. Kişilər bəzən problemi ciddiyə almır və həkimə gec müraciət edir. Lakin kişi faktorları hamiləlik şansını ciddi şəkildə təsir edə bilər.

Süni mayalanma fərdi şəkildə planlaşdırılır

Süni mayalanma mütəxəssisinə müraciət etdikdə dərhal müalicəyə başlanılmır. Əvvəlcə tibbi keçmiş, müayinə, ultrasəs nəticələri və laborator analizlər aparılır. Bu nəticələr əsasında şəxsə uyğun müalicə planı hazırlanır. Bu plan həyat tərzi dəyişiklikləri, vitamin və dərman dəstəyi, sadə üsullar və ya süni mayalanma (aşılama, IVF) üsullarını əhatə edə bilər.

Doğru zamanda müdaxilə etmək önəmlidir

Əgər hamiləlik gecikirsə və ya yuxarıda sadalanan əlamətləri müşahidə edirsinizsə, vaxtında mütəxəssisə müraciət etməniz çox önəmlidir. Gecikmək hamilə qalmaq ehtimalını azalda bilər.

Peşəkar dəstək həm fiziki, həm də psixoloji cəhətdən rahatlamağınıza kömək edəcək. Doğru zamanda, doğru həkimlə yola çıxmaq, xəyal etdiyiniz körpəyə qovuşma şansınızı artıracaqdır.

Əminə Bayramova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:34
embedMənbə:https://pravda.az
archiveBu xəbər 30 Aprel 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail İran a saldırdı üst düzey komutanlar ve bilim insanları öldürüldü tesisler vuruldu

13 İyun 2025 08:45see272

İran İsrail və ABŞ a rəsmən müharibə elan etməyə hazırlaşır

13 İyun 2025 10:26see272

İran hücumun olacağını bilirdi? Hədəf Xameneidir, yaxın günlərdə...

13 İyun 2025 08:15see189

Tehran bu gecə... Video

13 İyun 2025 05:51see161

İsrail İran münaqişəsi Azərbaycana necə təsir edəcək? ŞƏRH

13 İyun 2025 11:24see160

Tehranın şimal qərbində partlayış baş verdi

13 İyun 2025 20:53see156

İsrail Təbrizi vurdu VİDEO

13 İyun 2025 08:33see143

İsrail İrana zərbələr endirib: generallar həlak olub Tehran qisas vəd etdi

13 İyun 2025 08:31see140

İrana “önləyici zərbə” endirilib

13 İyun 2025 07:52see134

Mümkün müharibədə kim qələbə qazanar? İran və İsrailin hərbi gücü FOTOlar

13 İyun 2025 22:57see131

İsrail İranda bir sıra təxribat əməliyyatları həyata keçirdi Axios

13 İyun 2025 06:55see131

Tramp: İran rəsmiləri nüvə sazişi bağlamaq üçün zəng edir

13 İyun 2025 20:09see129

SON DƏQİQƏ: İranın vurulan əsas nüvə obyektinin peyk görüntüləri yayıldı FOTO KONKRET

13 İyun 2025 16:29see129

G7 liderləri fikir ayrılığı səbəbindən sammitdən sonra ayrı ayrı bəyanatlar verəcəklər

13 İyun 2025 01:28see126

Bu kadrlar Bakıdakı uşaq bağçasında çəkilib Video

13 İyun 2025 02:40see126

ABŞ də nazirə sual vermək istəyən senatora güc tətbiq edildi

13 İyun 2025 02:49see125

Çindən olan 92 yaşlı nənə hər gün 200 təkan edir...

12 İyun 2025 23:07see124

Hava şəraiti pisləşəcək ƏHALİYƏ XƏBƏRDARLIQ

12 İyun 2025 22:47see119

Meşələrin İnkişafı Xidmətinin sabiq əməkdaşlarına hökm oxunub

13 İyun 2025 19:56see119

İranın Baş Qərargah rəisinin iki müavini İsrail hava zərbələri zamanı həlak olub

14 İyun 2025 11:31see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri