Rus diplomatlar Tehranı tərk edə bilmir
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
İsrailin hücumundan sonra vəziyyət pisləşdiyi üçün diplomat və alimlərdən ibarət Rusiya nümayəndə heyəti Tehranı tərk edə bilmir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Federasiyası Prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları üzrə Şuranın üzvü, Rusiya Xarici İşlər Nazirliyinin MDBMİ-nin professoru Elina Sidorenko məlumat verib.
Nümayəndə heyətinin yarısının qadın olduğunu qeyd edən Sidorenko deyib: "Tehrandayıq. Rusiya səfirliyi bizi bu gün qəbul etdi. Buna görə hörmətli həmkarlarımıza təşəkkür edirik. Dünən Tehrana gəldik və hücum axşam saatlarında başladı. Səfirlik hoteli tərk etməməyi tövsiyə etdi. Hotelin düz yanında partlayış səsləri eşitdik".
Rusiya nümayəndələri dərhal səfirliklə əlaqə saxlayıb və rəsmi nümayəndə heyətinin üzvlərinin siyahısını təqdim ediblər.
Baxış sayı:134
Bu xəbər 14 İyun 2025 22:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















