Icma.az
close
up
RU
Uşaq yaşda gəlin olan türkiyəli məşhurlar

Uşaq yaşda gəlin olan türkiyəli məşhurlar

Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Uşaq gəlin" erkən yaşda, adətən 18 yaşından kiçik ərə verilən qızlar üçün istifadə olunan termindir. Bu vəziyyət dünyanın bəzi ölkələrində hələ də davam edir və uşağın fizioloji, psixoloji və sosial inkişafına ciddi mənfi təsir göstərə bilir. Türkiyədə, xüsusən də kənd yerlərində hələ də uşaq yaşda qızların nikahları qeydə alınır.

Türkiyə şou-biznesində bu gün də məşhur olan qadın səntçilərin bir çoxunun "Uşaq gəlin" olduğunu bilirdinizmi?

AZXEBER.COM mahnıları dillər əzbəri olan həmin türkiyəli sənətçilərin araşdırmasını təqdim edir:

Ötən il vəfat edən Yeşilçamın parlaq ulduzu Ahu Tuğba ilk evliliyini 13 yaşında Mehmet Ulusoyla edib. Bir il sonra boşanan aktrisa daha sonra iki dəfə ailə həyatı qurub.

Bəyaz pərdənin daha bir uğurlu aktrisası Müjde Ar 21 yaşındaykən rejissor Samim Değerlə ilk evliliyini edib. Lakin bu evlilik uzun sürməyib.

Tanınmış aktrisa və müğənni Yeliz Yeşilmen də 21 yaşında gəlin olan məşhurlardandır. Bu hadisənin onun hafizəsində dərin travmalar yaratdığını etiraf edən Yeşilmen erkən evliliyin atasının qərarı olduğunu bildirib. O, yaşadıqlarını bu sözlərlə dilə gətirib:

"Gözəl və cazibədar olduğum üçün evə məktublar və səssiz telefon zəngləri gəlirdi. Atam da qorxurdu. Ona görə məni 3 gün içində tanımadığım bir ailəyə gəlin verdi. Həyatımın ən ağır travmasın idi. Yaxşı oxumağıma baxmayaraq təhsil həyatım bitdi".

Safiye Soyman 1974-cü ildə 13 yaşında ikən Ziya Akarözlə nikah masasına oturub. 1985-ci ildə boşanan cütlüyün Harun adlı oğlu var idi. Müğənninin 52 yaşlı oğlu ötən ilin yazında ağır xəstəlikdən dünyasını dəyişib.

İlk evliliyini 19 yaşında Mustafa İmre ilə edən Yeşim Salkımın bu evlilikdən Gizem adlı qızı var. Müğənni bu günə qədər 5 dəfə rəsmi şəkildə ailə qurub.

"Mavi boncuk" Hülya Avşar da 16 yaşında ailə qurub. Onun ilk evliliyi Mehmet Tecirli ilə olub. Bu nikahdan övlad sahibi olmayan Avşar 34 yaşında Kaya Çilingiroğlu ilə ailə həyatı qurub və Zehra adında bir qızı var.

Əsl adı Hatice Yıldız Levent olan arabesk musiqisinin güclü səslərindən Muazzez Ersoy ilk evliliyini 16 yaşında edib. İki il evli qalan sənətçinin Ender adlı oğlu var.

Ozan Orhonla 19 yaşında ikən ailə quran aparıcı, model Ebru Şallının ailə həyatı isə 2 il davam edib.

Yeddi dəfə rəsmi şəkildə ailə quran Seda Sayan ilk dəfə 23 yaşında ailə həyatı qurub. O, ilk dəfə 1987-ci ildə Rıdvan Kılıç ilə rəsmi şəkildə ailə qurub. Elə həmin ildə də ərindən boşanan sənətçi 1990-cı ildə Sinan Enginlə ikinci dəfə evlənib. 1995-ci ildə boşanan cütlüyün Oğulcan adlı oğlu var.



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 07 Fevral 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see292

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see259

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see238

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see238

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see236

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see224

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see217

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see208

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see205

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see205

Xalq artisti: Burun əməliyyatı zamanı masada ölmüşəm (Video)

16 Sentyabr 2026 14:28see205

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see204

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see204

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see204

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see193

2027 ci ildə ABŞ dolları neçə manat olacaq? RƏSMİ AÇIQLAMA

16 Sentyabr 2026 20:49see191

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see190

Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək

16 Sentyabr 2026 19:51see187

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see186

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri