Icma.az
close
up
RU
Uşaqlar arasında yayılan virus bu imiş Onlar üçün risk çoxdur

Uşaqlar arasında yayılan virus bu imiş Onlar üçün risk çoxdur

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Uşaqlar arasında virus yayılıb. O, iştahsızlıq, halsızlıq, yüksək hərarət, boğaz ətinin şişməsi və bir sıra əlamətlərlə müşahidə olunur.

Bəs görəsən bu əlamətlər hansı virusa aiddir? Ondan necə qorunmaq olar?

ATU-nun I uşaq xəstəlikləri kafedrasının dosenti, həkim pediatr Nigar Bayramova Lent.az-a açıqlamasında bildirib ki, uşaqlar arasında müşahidə etdiyimiz hallar əsasən mövsümi Influenza A virusu ilə əlaqəlidir:

“Klinik olaraq yüksək hərarət, halsızlıq, iştahasızlıq, öskürək, boğaz ağrısı, bəzi uşaqlarda qusma və ishal kimi əlamətlərlə özünü göstərir. Sürətli PCR respirator panel testləri ilə bu virus təsdiqlənir. Bu yeni virus deyil. Influenza A hər il payız–qış mövsümündə aktivləşən, yaxşı tanıdığımız respirator virusdur. Sadəcə bu il uşaqlarda həm tənəffüs, həm də mədə-bağırsaq əlamətlərinin birlikdə görünməsi valideynləri daha çox narahat edir. Əksər uşaqlarda xəstəlik yüngül və orta ağır gedişlidir. Lakin bəzi hallarda pnevmoniya, orta qulaq iltihabı, bronxiolit, susuzlaşma, xroniki xəstəliyi olan uşaqlarda ağırlaşmalar müşahidə oluna bilər. Xüsusilə 5 yaşdan kiçik, immun sistemi zəif və xroniki xəstəliyi olan uşaqlar risk qrupundadır.

Bəli. Qrip peyvəndi Influenza A və B-yə qarşı ən effektiv qoruyucu vasitədir. Peyvənd olunmuş uşaqlarda xəstəlik daha yüngül keçir və ağırlaşma riski azalır.

Bəli. Qrip peyvəndi Influenza A və B-yə qarşı ən effektiv qoruyucu vasitədir. Peyvənd olunmuş uşaqlarda xəstəlik daha yüngül keçir və ağırlaşma riski azalır.

Virusdan qorunmaq üçün peyvənd vurdurun

Qrip peyvəndi Influenza A və B-yə qarşı ən effektiv qoruyucu vasitədir. Peyvənd olunmuş uşaqlarda xəstəlik daha yüngül keçir və ağırlaşma riski azalır.

Boğazdan qan gəlməsi həmişə təhlükəli vəziyyət olduğunu demir

Yüksək hərarət və güclü iltihab zamanı boğaz selikli qişası çox həssas olur. Güclü öskürək və qıcıqlanma fonunda yüngül qanama müşahidə oluna bilər. Bu hər zaman təhlükəli vəziyyət demək deyil, amma mütləq həkim müayinəsi tələb edir.

Uşağın sağalması üçün bunları edin

Uşağı evdə saxlayın, kollektivə aparmayın, maye qəbulunu artırın, hərarət üçün yalnız həkim məsləhəti ilə dərman verin. Antibiotikləri özbaşına istifadə etməyin, hərarət 3 gündən çox davam edərsə, nəfəs darlığı, davamlı qusma, halsızlıq artarsa dərhal həkimə müraciət edin”, - deyə həkim fikrini yekunlaşdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://lent.az
archiveBu xəbər 19 Dekabr 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri