“Uşaqlar dializə qoşulub, hamısında kütləvi əsməcə başlayıb” Video
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Böyrək xəstəliyindən əziyyət çəkən 17 yaşlı şəxs xəstəxanada virusa yoluxduğunu iddia edir.
“Qafqazinfo” xəbər verir ki, paytaxtın Suraxanı rayon sakini Təranə Məmmədova oğlu İsmayıl Ağamaliyevin Sabunçu Tibb Mərkəzinin Dializ şöbəsində virusa yoluxduğunu iddia edir.
Onun sözlərinə görə, oğluna 2022-ci ildə böyrək köçürülsə də, əməliyyat uğursuz olub. Hazırda oğlu iki ildir dializ müalicəsi alır.
Valideynin iddiasına görə, dializ aparatına qoşulduqdan sonra oğlunun temperaturu yüksəlib, ürəkbulanma və titrəmə başlayıb. Həmçinin digər dializ xəstələrində də eyni hal müşahidə olunub. Xəstəxanada İsmayıl Ağamaliyevə tibbi müdaxilə edilib.
Valideyn bildirib ki, oğlunun səhhəti onsuz da risk altındadır və xəstəxanada bütün lazımi analizləri veriblər.
“Deyiblər ki, burada virus yayılıb, ehtiyatlı olun. Yoldaşım başa düşməyib nə virusundan söhbət gedir. Uşaqlar dializə qoşulub, hamısında kütləvi əsməcə başlayıb. İndi narahatıq və qorxuruq ki, bu hal yenidən təkrarlanar”, - deyə o bildirib.
Sabunçu Tibb Mərkəzindən isə bildirilib ki, məsələ ciddi şəkildə araşdırılacaq və ailənin iddialarına cavab veriləcək.
Ətraflı “Xəzər Xəbər”in videomaterialında:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 22 Avqust 2026 23:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















