Icma.az
close
up
RU
Uşaqlar evdən buna görə qaçır… Açıqlama

Uşaqlar evdən buna görə qaçır… Açıqlama

Icma.az, Tribuna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Uşaqların evdən qaçması ilə bağlı təhsil eksperti Kamran Əsədovun dərs yükünün ağır olması, imtahanların çətinliyini səbəb göstərməsi inandırıcı deyil.

Çünki bu gün evdən qaçan, itkin düşən uşaqların əksəriyyəti təhsildən kənar qalan, təhsildən yayınmış uşaqlardır. Burada birinci əsas səbəb valideyn məsuliyyətsizliyidir. Ana-atanın uşaqla davranışı, uşaqla rəftar, tərbiyələndirmə metodu o qədər bərbaddır ki, buna tərbiyə demək də olmaz, bunun nəticəsində uşaqlar evdən qaçır.

Bu sözləri Tribunainfo.az-a “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə son günlər uşaqların evdən qaçma hallarının artmasına münasibət bildirərkən deyib. O bildirib ki, bu gün bir çox evdə uşaqlar sosial şəbəkələrdə formalaşır, valideynləri ilə ünsiyyətdə yox:

“Valideyn uşağa telefon verib evdə oturdursa, bu uşağa nəzarət etmək deyil. Uşaq evdə yox, sosial şəbəkədə formalaşırsa, əlbəttə o imkan tapan kimi qaçacaq.

Bir həftə ərzində iki uşaq biri Tovuzdan, digəri də Xaçmazdan Gəncəyə qaçmışdı. Deməli sosial şəbəkə üzərindən Gəncədə kimlərsə var ki, uşaqları cəlb edirlər. Bu araşdırılmalıdır. Valideynlər diqqətli olmalıdır. Xüsusilə yeniyetmə uşağı olanlar diqqəti, nəzarəti artırmalıdır. Uşaq əlində telefonla saatlar vaxt keçirir. Evdə maraqlanan yoxdur ki, uşaq telefonda nə edir, kimlərlə nə danışır. Uşaqlarla iş aparmaq lazımdır.

Evdən qaçıb, intihara cəhd etmiş uşaqlar sığınacağa yerləşdiriləndən sonra biz onları qucaqladıqca, söhbət etdikcə, onların da bizim üstümüzə qaçıb qucaqlaması, danışıb gülməsi göstərir ki, bu uşaqların normal ünsiyyətə ehtiyacı olub. Valideynlə normal ünsiyyəti olmayan uşaq əlbəttə daha isti ünsiyyət gördüyü yerə gedəcək”.

Nigar İxtiyarqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 14 Aprel 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see514

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see466

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see363

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see309

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see290

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see272

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see249

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see245

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see225

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see224

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see220

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see217

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see214

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see201

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see183

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see177

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see174

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri