Icma.az
close
up
RU
Uşaqlar niyə aqressivləşir, səbəb telefondadır! Pediatr

Uşaqlar niyə aqressivləşir, səbəb telefondadır! Pediatr

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Uşaqlara sosial şəbəkə qadağası bəzi ölkələrədə tətbiq olunur. Yaş kateqoriyaları isə müxtəlifdir. Bəzi ölkələrdə 16 yaş, bəzilərində 14-15 yaşdan aşağı uşaqlara qadağalar tətbiq edilir. Pediatr Vaqif Qarayev hesab edir ki, hazırda uşaqların əsəbi, emosional, hətta aqressiv davranışlarının əsasında internetdən böyük ölçüdə istifadə dayanır.

“Sherg.az”a açıqlamasında həkim bildirdi ki, müraciət edən valideynlər uşaqların çox əsəbi olduğunda şikayət edirlər: 

- Deyirlər, uşağım çox əsəbidir. Bunu az qala hər valideyndən eşidirik. Hər uşaqda buna fərdi səbəblər ola bilər, amma ümumi bir səbəb də var - sosial şəbəkədəki oyunlar! Uşaq oyunu izləyərkən valideyn fikir versin ona, diqqətlə izləsin, görəcək ki uşaq ekranda nə görür, onu təkrar edir. Həmin jestlər, həmin mimikalar, hərəkətlər, səs-küy, qışqırıq, ord eşitdiyi sözləri, kəlmələri, hamısını təkrarlayır, hamısı da aqressiv hərəkətlərdir. Ya da uşaq oyuna baxarkən sizi eşitmir, nə etsəniz belə reaksiya vermir, çünki bütün diqqəti ordadır. Sonra da hansısa həkim bu praktik sağlam uşağa autistik spektr diaqnozu qoyub sizi çöllərə - həkimlərə, klinikalara salır. Çıxılmazlıqdırmı? Xeyr! Başqa çıxış yolu varmı, əlbəttə, var. Uşağın əyləncəsi üçün alternativlər kifayət qədərdir. Valideyndə istək olsa, tapacaq. Uşaqla məşğul olmaq, ona vaxt ayırmaq lazımdır. İndiki validyenlər, inciməsinlər, uşağı başlarından eləmək üçün əlinə smartfon verir, planşet verir ki bax, mənə mane olma. Sonra da şikayət edirlər ki uşaq danışmır, nadincdir, “öz bildiyini edir”, sözə qulaq asmır. Asmayacaq, çünki siz validyenlər ona qulaq asmamısınız, onu dinləməmisiniz, onunla maraqlanmamısınız. 

V.Qarayev yetkinlik yaşına çatmamış uşaqların sosial şəbəkələrdən, rəqəmsal resurslardan istifadəsinə məhdudiyyət qoyulmalı olduğunu dedi: 

- Demirik, uşaqlar bütünlüklə internetdən istifadə etməsin. Bu, ən azından məktəb yaşlı uşaqlara görə mümkün olmaz. Çünki müəllimlər indi 99 faiz internet üzərindən işləyir. Tapşırığı da internetdən verirlər. İstifadə etsinlər, dərslərini öyrənmək üçün, amma zərərli məzmunlara giriş qadağan olunmalıdır. Bu sistem nıhyət ki bizdə də işə salınmalıdır. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Fevral 2026 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri