Icma.az
close
up
RU
Uşaqlar niyə aqressivləşir, zombiləşir?

Uşaqlar niyə aqressivləşir, zombiləşir?

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Elçin Bayramlı

Son vaxtlar məktəbdə şagirdlərin aqressiv davranışı və törətdikləri neqativ hadisələrin sayı sürətlə artır və kütləviləşir. Bu vəziyyət ciddi bir xəbərdarlıq siqnalı olsa da, görünür heç kimə maraqlı deyil. Biz məsələnin öncə səbəblərini araşdırmalı və problemin həlli yollarını tapmalıyıq.

Konkret şəkildə desək, əsas səbəb mənəvi-psixoloji aspektdir- son dövrlərdə aparılan təbliğatlarla, həmçinin həyat tərzinin və mənəvi dəyərlərin dəyişməsi ilə bağlıdır. Digər əsas səbəb isə sosial problemlərlə bağlıdır. Ayrı ayrı yanaşaq.

Son zamanlar bəzi “psixoloqlar” və saxta “ziyalılar” təbliğat aparırlar ki, uşaqlara tərbiyə vermək lazım deyil, uşaqlar sərbəst böyüməli və nə istəyirlərsə, onu etməlidirlər. Bunun da acı nəticəsi ortadadır. Bu gün cəmiyyətdə və bir çox ailələrdə uşaq tərbiyəsinə kifayət qədər diqqət yoxdur. Uşaqların tərbiyəsi heç kimi maraqlandırmır, hamı yalnız təhsili ilə maraqlanır.

Bu gün mənəvi dəyərlər demək olar ki, tamamilə məhv olub. Sərbəstlik və azadlıq adı altında biabırçı bir nəsil yetişir, sanki zombi nəsil yaranır. Bugünkü uşaqların bizim milli mədəniyyətimizlə heç bir əlaqəsi yoxdur. Onlar Azərbaycan xalqının kinolarını, tamaşalarını, mahnılarını tanımırlar, bizim mənəvi irsimizdən xəbərsizdirlər. Böyük-kiçik hörməti yox olub, bütün dəyərlər məhv edilib. Dövrün uşaqları artıq başqa bir psixologiya ilə böyüyürlər. İnternetdə yayılan təsirlər, nəzarət olunmadan verilən smartfonlarla, onların dünyagörüşünü formalaşdırır. Bütün bunlar uşaqların psixologiyasına ciddi, mənfi təsir göstərərək onların tərbiyəsini pozur. Bu, çox təhlükəli bir vəziyyətdir.

2-ci səbəb- sosial və iqtisadi çətinliklər isə vəziyyəti daha da çətinləşdirir. Valideynlər maddi problemlərə görə gündəlik ehtiyaclarını qarşılamaq üçün çox vaxtlarını işdə keçirirlər, bu da onların uşaqlarına tərbiyə vermək və onlarla vaxt keçirmək imkanlarını azaldır.

Bundan əlavə, uşaqların vaxtlarını düzgün təşkil etmək və tərbiyəvi məsələlərə cəlb etmək üçün heç bir lazımi şərait yaradılmır, resurslar mövcud deyil. Sovet dövründə uşaqların asudə vaxtlarını səmərəli keçirməsi üçün çoxlu təşkilatlar fəaliyyət göstərirdi. Həmin dövrdə uşaqlar müxtəlif təşkilatlara, kampaniyalara cəlb olunaraq faydalı işlərlə məşğul olurdular.

O dövrdə uşaqlar idman mərkəzlərinə pulsuz cəlb olunurdular. Bir çox yaradıcılıq və ixtiracılıq mərkəzləri fəaliyyət göstərirdi, müxtəlif yarışlar və konkurslar təşkil olunurdu. Bu da uşaqların asudə vaxtlarını düzgün keçirməsinə, doğru tərbiyə almalarına, ictimai və sosial məsuliyyət hissi qazanmalarına kömək edirdi. Eyni zamanda, böyük-kiçik hörməti və mənəvi dəyərlərə uyğun şəkildə böyümələri təmin olunurdu. Lakin son dövrlərdə bu sistemlərin heç biri mövcud deyil. Az sayda olan idman və yaradıcılıq mərkəzləri isə pulludur və mövcud qiymətlər nəinki aşağı təbəqənin, orta təbəqənin belə imkanlarına adekvat deyil.

Sovet dövründə məktəblər həm təhsil, həm də tərbiyə ocağı idi. Son dövrlərdə məktəblərdən tərbiyə funksiyası alınıb. Nəticədə, uşaqlar evdə valideynləri ilə vaxt keçirə bilmir və ya normal tərbiyə ala bilmir. Məktəbdə isə bu funksiya müəllimlərdən alındığı üçün, bu tərəfdən də boşluq yaranır.

Sözügedən problemlərin həlli üçün dövlətin xüsusi uşaq proqramı olmalıdır. Uşaqların sağlam böyüdülməsi, həmçinin asudə vaxtlarının təşkili üçün bütün mümkün şəraitlər yaradılmalıdır.

İndi valideynlərin bu imkanı yoxdur. Aylıq 50-100 manatlıq idman, yaradıcılıq kursları və digər fəaliyyətlərə uşaqları göndərmək çətindir. Əksər valideynlər maddi cəhətdən bunu təmin edə bilmir. Belə bir vəziyyətdə dövlət tərəfindən sistematik şəkildə bu sahədə siyasət aparılmalıdır.

Bundan başqa, mənəvi dəyərlərin təbliği gücləndirilməlidir. Müasirlik, azadlıq, sərbəstlik adı altında, mənəvi dəyərlərimizə qarşı aparılan hücumlar dayandırılmalıdır– xüsusən televiziyalar və internet vasitəsilə.

Məktəblərin tərbiyə funksiyası geri qaytarılmalı, müəllimlərin rolu gücləndirilməlidir. Uşaqlara nəzarət həm valideynlər, həm cəmiyyət, həm də dövlət tərəfindən artırılmalıdır. Uşaqlara sosial və psixoloji dəstək verən bir çox proqramlar olmalıdır.

Kompleks şəkildə dövlətin həyata keçirəcəyi, cəmiyyətin və valideynlərin də iştirak edəcəyi bir sistem şəklində həyata keçirilməlidir. Yalnız bu yolla bu bəladan qurtula bilərik. Əks halda, vəziyyət getdikcə pisləşəcək. Necə ki, gözümüzün qabağında tərbiyəsizlik və əxlaqsızlıq halları artır, uşaq cinayətləri isə getdikcə çoxalır. Bütün bunlar bizim milli genofondumuzu məhv edir və sağlam gələcəyimizi indidən sarsıdır. Bu məsələyə artıq ciddi tədbirlər görülməlidir.

Çox təəssüf ki, minilliklər boyu formalaşmış mənəvi dəyərlər sistemimizi gənc nəsilə ötürə bilmədik. Biz onları öz dəyərlərimizlə böyütməli, tərbiyə və təhsilinə diqqət yetirməliyik. İnsanların da sosial maddi vəziyyəti yaxşı olmalıdır ki, uşaqları sağlam və düzgün böyüdə bilsinlər.

Kompleks şəkildə bu problem belə həll olunmalıdır. Əks halda, bizi yaxın gələcəkdə ciddi faciələr gözləyir və gələcəyimiz üçün çox acınacaqlı bir vəziyyət yaranacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Yanvar 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri