“Uşaqlar özlərinə inandılar ki…” Berdiyev
futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Misli Premyer Liqasının XI turunda səfərdə “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edən “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis ilk növbədə oyun haqqında fikirlərini bölüşdü:
– Qələbəyə görə çox şadıq. Amma bu nəticəyə çatmaq üçün çətinliklərdən keçməli olduq. Xüsusilə müdafiədə etibarlı və diqqətli oynamağımız çox önəmli idi. “Qarabağ” həqiqətən də güclü komandadır.
– “Turan Tovuz” liderlərə qarşı – istər “Neftçi”, istər “Sabah”, istərsə də bu gün “Qarabağ”la matçlarda heç də pis təsir bağışlamır. Bu, komandanın artıq çempionatın güclüləri sırasına daxil olduğunun göstəricisidirmi?
– Bunu birbaşa demək çətindir, çünki hər bir oyun xüsusi taktiki hazırlıq tələb edir. Mən daha çox uşaqlara görə sevinirəm ki, onlar nəhayət özlərinə inandılar. Başa düşdülər ki, liderlərə qarşı da uğurla oynamaq olar. Əslində, bütün bu matçlar tamamilə fərqli ssenari üzrə də cərəyan edə bilərdi.
– Keçən mövsüm komandanın əsas simalarından olan Faiq Hacıyev son vaxtlar az oynayır. Mediaya onun vəziyyətinin dəyişməyəcəyi təqdirdə komandadan ayrıla biləcəyi ilə bağlı məlumatlar sızıb. Faiq Hacıyevin gələcəyini necə dəyərləndirirsiniz? Onu komandada saxlamağı düşünürsünüzmü?
– Ümumiyyətlə, suallar matçla bağlı olmalıdır, amma yenə də cavablandıracağam. Faiq digər futbolçular kimi bizim komandamızın üzvüdür. Hər kəs öz şansını səbrlə gözləyir. Faiq məşqlərdə çox yaxşı çalışır. Sadəcə, onun çıxış etdiyi mövqedə hazırda Silva oynayır və o da kifayət qədər yaxşı təsir bağışlayır.
– Komandanın çempionluq mübarizəsində iddialı olması üçün qış transfer pəncərəsində heyəti gücləndirmək planınız varmı? Transfer siyahısı artıq müəyyənləşdirilibmi?
– Bu sual mənə ünvanlanmamalıdır, bunu klubun prezidentinə versəniz daha yaxşı olar. Maliyyə məsələlərinə və transfer siyasətinə mən baxmıram.
Ayxan Zayıdzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 06 Noyabr 2026 20:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















