Icma.az
close
up
RU
Uşaqlar tiklərdən bu yolla qurtula bilər Psixoloq

Uşaqlar tiklərdən bu yolla qurtula bilər Psixoloq

Icma.az, Tribuna portalına istinadən məlumat yayır.

Uşaqlarda görülən; tətikləyici, istək xarici, məqsədə istiqamətli olmayan, ancaq göz qırpma, burun çəkmə, boğazını təmizləmə kimi qəribə hərəkət və səs çıxarmaları, tik olaraq adlandırılır.
Uşaqlarda yaranan tiklərin alt qatında nə yatır, hansı səbəbdən yaranır, qurtulmaq üçün nə edə bilərlər? Əgər ailədaxili sorunların təsirindən qaynaqlanırsa müalicənin bir xeyri olacaqmı? Çünki həmin uşaq ailədə yenə travma ilə qarşılaşacaq.

Məsələ ilə bağlı Tribunainfo.az-a Açıqlama verən psixoloq Aytən Ələkbərova bildirib ki, uşaqda yaranan tiklərin alt qatında bir neçə növ klinik səbəblər dayanır. Bəzən düşünürük ki, ailədaxili problemlərdir, amma belə problemlər zamanı uşaqlarda qorxu, həyəcan siqnalı çalınırsa, daha sonra onlar bunu idarə etməyə başlayırlar.

Psixoloqun sözlərinə görə, əsasən 4,5,6,7 yaş arası uşaqlarda bu özünü daha çox göstərir. Çünki bəzən valideynlər övladlarının psixoloji xüsusiyyətlərini bilmədiyi halda, onlar övladlarına qarşı qorxulardan istifadə edirlər. Bəzən uşağın yanından keçərkən belə uşaqda səksənmə baş verir. Bu zaman göz qırpmaları, dırnaq dişləmələri, dırnağın ətini qoparmaq halları olur.

“Fərqli-fərqli vəziyyətlər onların müxtəlif səbəblərdən tiklərin yaranmasına gətirib çıxarır. Digər tərəfdən də uşaqlarımıza baş verəcək digər səbəblər ailə daxilində, ən çox da ana ilə böyüklər arasında hər hansı münaqişəyə gətirib çıxarırsa, o uşaqlar həmin anda qorxu keçirməyə başlayırlar. Yaranacaq qorxunun içində bəzən ana deyir ki, “sizi qoyub gedəcəm”. Amma müalicəyə başlanan dövrdə uşağı bu situasiyaya hazırladığımızdan, nevroloji olaraq nevroloqla da əlaqə saxlayaraq kompleks şəkildə biz müalicəni davam etdiririk. Artıq ailədə nə baş verərsə, uşaq hadisələri olduğu kimi qəbul edir. Vaxtında üstünə düşmədikdə, böyüyəndə panika ataklara yol aça bilir. Dünya səhiyyə sistemi deyir ki, panika atakın səbəbi bilinmir. Amma 27 illik təcrübəmə əsaslanaraq deyirəm ki, panika atakın səbəbi bilinir. Bax, bu cür tiklərlə böyüyən uşaqlar zamanla xroniki təşviş yaranır ki, anaların yaratdığı təşvişə qaynaqlanır. Nəticədə, ilkin panika atak durumuna gəlib çıxır”.

Dəniz Pənahova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 11 Aprel 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see402

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see372

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see359

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see300

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see282

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see254

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see253

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see240

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see230

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see224

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see218

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see217

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see203

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see195

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see173

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see172

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see172

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri