Icma.az
close
up
RU
Uşaqlar valideynlərin hərəkətlərini təkrarlayırlar Psixoloqla MÜSAHİBƏ

Uşaqlar valideynlərin hərəkətlərini təkrarlayırlar Psixoloqla MÜSAHİBƏ

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yeniyetməlik - uşaqlıq və yetkinlik arasında baş verən əhəmiyyətli fiziki, psixoloji və sosial inkişaf, eyni zamanda özünü kəşfetmə dövrüdür. Valideyn və yeniyetmə münasibətlərində hansı tələblərə riayət edilməlidir? Yeniyetmələrin sosial şəbəkədən istifadə qaydaları necə olmalıdır? Hər bir valideynin öz övladına verəcəyi ən vacib tərbiyə bacarıqları hansılardır? Bu və digər suallara Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin klinik uşaq psixoloqu Elnarə Baxışlı aydınlıq gətirir.

Lent.az Səhiyyə Nazirliyinə istinadən psixoloqla müsahibəni təqdim edir.

- Elnarə xanım, əvvəla bilmək istərdik ki, yeniyetmələr kimlərə deyilir və onların psixoloji özəllikləri nədən ibarətdir?

- Yeniyetməlik dövrü uşaqlıqdan yetkinliyə keçid yolunda olan, adətən, 10-19 yaşları əhatə edən, fiziki, psixoloji, sosial və intellektual inkişafın sürətləndiyi, şəxsiyyətin formalaşdığı vacib bir mərhələdir. Yeniyetmələr müstəqillik qazanmaq və dünyanı anlamaq üçün yeni məsuliyyətlərlə üzləşməli olurlar. Çünki onlar azyaşlı uşaq olarkən böyüklərin həyat fəaliyyətlərinin ancaq görünən tərəflərini müşahidə edirdilər. Arxa planda baş verənləri onlardan uzaq tutmağa çalışırdıq. Amma zaman gəldikdə pərdə açılmağa başlayır və həyatın həqiqi tərəflərini tam və ya qismən uşaqlarımız görür. Bu dövrdə valideynin dəstəyi, müstəqilliyə can atarkən, yanlarında olmaq və sosial şəbəkələrin təsirini diqqətdə saxlamaq çox vacibdir. Fiziki olaraq onların bədəni dəyişir, böyüyür, cinsi yetkinlik əlamətləri üzə çıxmağa başlayır, səs tonu dəyişir, tərləmə artır, adətlər başlayır, hormonal dəyişiklik duyğu və davranışlarda özünü göstərir.

Eyni zamanda, psixoloji olaraq uşaqlarda özünüdərk və tənqidi düşüncələr yaranır. Bu dövrdə emosional mühit dəyişkən olur, tez təsirlənir və ya əksinə laqeydlik görünür. Sosial maraqlar, gözləntilər dəyişə bilər. Uşaqlar bizdən uzaqlaşaraq, özlərinin axtarışında olurlar. Onlarda “Mən kiməm, kimə lazımam?”, “Nə üçün yaşayıram?”, “Məni kim sevir, məni kim dinləyir?” kimi suallar ortaya çıxır. Bu dövrdə bir şəxsiyyət kimi təsdiq olunmaq, “sən də varsan”, “ağıllısan”, “bizdən birisən” kimi qarşı tərəfdən eşidilməsi istənilən sözlər çox vacib sayılır. Bunu hiss etmədikdə, etiraz, üsyankar davranışları isə, təəssüf ki, böyüklər tərəfindən sərt qəbul edilir.

- Valideyn və yeniyetmə münasibətlərində hansı tələblərə riayət olunmalıdır?

- Hər bir valideyn bilməlidir ki, uşağının böyüməsi ilə o özü də dəyişməlidir. Cəmiyyət içində uşaqlarımız bir çox xoşagəlməzliklərə şahid ola bilərlər. Çətinliklərdən, akademik fəaliyyətlərində, sevgidə və dostluqda yaşana biləcək uğursuzluqlardan heç kim sığortalanmayıb, çünki səhv etmək həyatın tələbidir. Valideyn olmaq güclü psixoloji, mənəvi və pedaqoji işdir, hətta vəzifədir. Uşaqlar üçün valideynin evdəki emosional halı, əhval-ruhiyyəsi çox önəmlidir. Uşaq bundan qidalanır və güc alır. Çünki bu əhval-ruhiyyə onun üçün bir günəş şüası kimidir.

Valideynlər öz aralarında olan nifaqı uşaqlara hiss etdirməməlidirlər, lakin yanlış, doğrunu onlara dərk etdirmək lazımdır. Valideynlər nə desə də, nə qədər nəsihətlər etsələr də, uşaqları çox zaman valideynlərin hərəkətlərini təkrarlayırlar.

- Yeniyetmələrin sosial şəbəkədən istifadə qaydaları necə olmalıdır?

- Sözsüz ki, yeniyetmələr üçün vacib olan ehtiyaclar var. Müstəqilliyə hazır olmaq, qidalanmaq, təhsil almaq, istirahət etmək, tibbi yardım almaq, mənəvi inkişaf yollarını və vasitələri seçmək və s. Hər bir yeniyetmə öz hüquqlarını bilməsini, daha yaxşı yaşamağını istəyəcək, akademik maraqları üçün məsləhətlərə ehtiyac duyacaq, cinsi inkişafı ilə bağlı məlumatlar və məsləhətlər axtaracaq. Sosial şəbəkələrdə bunu təklif edən, öyrədən və yol göstərən sonsuz sayda insanlar olacaq, onlarla bunları müzakirə etmək daha rahat olacaq. Çünki valideyndəki kimi emosional gərginlik hissini verməyəcək, utancaqlıq yaratmayacaq.

Buna nəzarət necə olunmalıdır və ümumiyyətlə müdaxilə etmək nə qədər düzgündür? Burda ən vacib iş bu dövrə hazırlıqlı olmaqdır. Yəni, uşağınızın 16 yaşı varsa və siz əvvəlcədən sağlam səmimiyyətin və güvənin bünövrəsini qoymamısızsa, uşağınızla danışmaq çox çətin olacaq.6-7 yaşlardan başlayaraq, uşaqlar öz genderliyini dərk etməlidirlər. Bu məsələdə əsas iş tənqid etmədən, xoş niyyətlə, maraqlı görünərək, hörmətlə onların sosial şəbəkədəki fəaliyyətləri və virtual dostları haqqında danışmaq lazımdır.

- Ailədaxili münasibətlər sistemi necə olmalıdır ki, yeniyetmələr şəxsi inkişaf böhranı zərərsiz keçə bilsin?

- Hər bir ailədə fərdlərin özünəməxsus adətlər və şəxsi modellər sistemi var. Vacib olan məsələ təkcə valideynlərin necə biri olması və bu valideynlərin necə bir övlad yetişdirmək istəməsi deyil. Eyni zamanda, vacibdir ki, valideynlər bunun üçün nələr etməyə hazırdırlar və kömək üçün kimlərə, hansı qurumlara müraciət edə bilərlər. İlk vacib bağ burda ata-ana bağıdır. Bu, hər zaman sabit və standart olmur. Əgər bir valideyn özü sosial psixoloji böhranları aşa bilmirsə, bu, problemin bir tərəfidir.

Valideynlərin hər ikisi, yaxud biri özü yeniyetməlik böhranlarını pis keçirdibsə və vaxtında psixoloji dəstəkdən imtina edibsə, onun özünün psixoloji vəziyyəti qənaətbəxş olmayacaq. Təəssüf ki, çox zaman psixoloqa mənasız dəstək kimi yanaşırlar və ən son anda artıq heç bir dərman kömək etməyəndə ona müraciət edirlər.

Digər vacib əlaqə valideyn və uşaq arasındakı bağdır: valideyn nə qədər uşaq üçün əlçatandır, ünsiyyətləri hansı formada davam edir, mənəvi-emosional mübadilə nə qədər sıxdır. Ailədə iki və daha çox uşaq varsa, onlar arasında münasibətlər, valideynlərin öz bacı-qardaşları ilə ünsiyyətləri önəmlidir. Bunları nəzərə alaraq, ailə birliyi amilinə diqqət yetirilməlidir və ailənin hər bir fərdi sevildiyini hiss etməlidir. Eyni zamanda, öhdəliyi yerinə yetirmək həm özünə, həm ətrafa hörmət əlaməti olmalı, edilən səhvlərin ailədaxilində müzakirəsi aparılmalıdır. Bundan başaq, ailə üzvlərinin özünəməxsus hobbi, maraq və zövqləri təhqir obyekti olmamalı, uşaqların həyatına daxil olan yeni dost və sevimli obrazların seçimi kəskin tənqid edilməməlidir.

- Hər bir valideynin öz övladına verəcəyi ən vacib tərbiyə bacarıqları hansılardır?

- Yeni bilik, bacarıq və məlumatlar gərəklidir. Valideynin ilk işi özünün nümunəsidir. “Mən etdim - sən etmə, “Mən edirəm, çünki asılılığım var”, “Siqareti ata bilmirəm - sən başlama” kimi cümlələri deməklə problem həll olunmur.

Valideynlər səmərəli və əyləncəli məşğuliyyətlər haqda maraqlanmalı, bunları böyük həvəslə evdə tətbiq etməlidirlər. Hətta uşaq başlanğıcda qatılmaq istəməsə də, müşahidəçi kimi qala bilər. Heç kim ideal deyil, eləcə də valideynlər. Lakin bu düşüncə heç kimə haqq vermir ki, öz üzərində işləməsin və səhvlərini təkrarlasın. Dəyişilmək, başqa biri olmaq, güzəşt etmək heç də zəiflik demək deyil. Əlbəttə ki, müəyyən yaşa qədər insan orqanizmi böyüyür və onunla birgə bizim psixologiyamız da inkişaf edir. Amma müəyyən yaşdan sonra bədən böyümür, lakin psixologiyamız davamlı inkişaf ehtiyaclı olaraq qalır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://lent.az
archiveBu xəbər 05 Yanvar 2026 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see370

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see223

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see215

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see200

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see192

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see183

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see178

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see174

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see173

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see150

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see146

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see140

Hərbçilər və ədliyyə əməkdaşları üçün müavinət ödənişlərində YENİLİK VİDEO

04 Yanvar 2026 23:21see139

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see138

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see137

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see136

“Heç kimin tanımadığı bu gəncləri Azərbaycan futboluna qazandırmaq böyük fədakarlıqdır“

04 Yanvar 2026 22:01see135

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri