Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

ChatGPT də problem yarandı

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Samiq Sadıxov vəzifəsindən azad edildi

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Azərbaycanda kişilər daha çox nəyə görə zorakılığa əl atır? psixoloqla müsahibə

Azərbaycanda kişilər daha çox nəyə görə zorakılığa əl atır? psixoloqla müsahibə

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi Azərbaycanda vacib bir layihə reallaşdırır.

“Azərbaycanda gender əsaslı zorakılıqla mübarizənin gücləndirilməsi” adlı layihə BREN tərəfindən dəstəklənir və ölkəmizdə ilk belə layihədir. Nəzərər alsaq ki, ölkəmizdə boşanma, ailələrin dağılması halları sürətlə artır, belə layihənin reallaşdırılmasının əhəmiyyəti böyükdür. Layihə çərçivəsində zorakılığa əl atan kişilərin psixoloji reablitasiyası istiqamətində fəaliyyət həyata keçirilir.

AFN.az zorakılığa əl atan kişilərlə iş aparan klinik psixoloq Orxan Məcnunovla müsahibəni təqdim edir:

- İndiyədək neçə nəfərlə işləmisiniz? İşlədiyiniz kişilər hansı meyarlarla seçilir?

- Proqramın əsas məqsədi zorakılıq göstərən kişilərin reablitasiyası, onların zorakılıq göstərməsinin qarşısını almaq, aqressivliklərini müəyyən qədər azaltmaqdır. Hədəfimiz budur və buna görə də biz seansların əvvəlində də sonradan da onların aqressiyasını ölçürük, müqayisə aparırıq ki, əvvəl necə idi vəziyyət, sonra necə oldu. Burada qeyd etdiyim kimi, əsas məqsəd kişi zorakılıqlarının qarşısının alınmasıdır. Biz hələ ki, 4 aya yaxındır davam edirik, bu müddət ərzində 68 müraciət olub. Sözün düzü, iştirakçıları hansısa meyarlarla seçmirik. Özləri bizə müraciət edirlər. Yaxud da sığınacaqda olan qadınların həyat yoldaşları barışmaq üçün müraciət edirlərsə, biz onlara təklif edirik ki, əvvəlcə psixoloji reablitasiyadan keçsin.

- Əsasən hansı problemləri aşkarladınız?

- Söhbət etdiyimiz kişilərdə hisslərini, emosiyalarını ifadə və idarə edə bilməmək problemi var. İdarə edə bilməmək odur ki, mən ifadə edə bilmədiyim hissi başqa yerdə ifadə etməyə çalışıram. Məsələn, işdə stresslə, problemlə qarşılaşır, müəyyən səbəblərdən hisslərini, emosiyasını büruzə verə bilmir, gəlir evdə aqressiyasını göstərməyə başlayır. Ev onun komfort zonasıdır və burada rahatdır. Bu, ailədə konfliktlərin səbəbi olur. İkinci sırada dayanan səbəb bizim qısqanclıq adlandırdığımız güvən məsələləridir. Hansı ki, insan güvənməyi uşaqlıqdan öyrənir: valideyn uşağa güvənir, uşaq valideynə, zaman keçdikcə valideynlə arasında olan güvən modelini başqa insanlara tətbiq etməyə başlayır. Əgər bu modeldə uğursuzluq olarsa, yetkinlik yaşına çatdıqdan sonra digər insanlara güvənməkdə çətinlik çəkirlər. Dolayısı ilə əslində özləri özlərinə güvənməkdə çətinlik çəkirlər. Bu da müəyyən qədər qısqanclığa, konfliktlərə gətirib çıxaran səbəblərdəndir. Digər səbəb isə ailələrin qurulma forması ilə bağlı olur. Ailə qurulduqda sərhədlərin müəyyənləşdirilməməsi nəticəsində müəyyən kənar müdaxilələr baş verir: qaynata, qaynana, yaxud hansısa qohumun müdaxiləsi. Bunlar ailə quran zaman sərhədlərin müəyyənləşdirilməməsi ilə bağlı olan hallardır. Ailənin sərhədləri olmalıdır, ora kənar müdaxilələr olmamalıdır. İkinci bir tərəfdən, ailə strukturunun ünsiyyətdir, emosional yaxınlıqdır, rolların, məsuliyyətlərin bölünməsidir, bu kimi faktorlarından kənara çıxdıqda, problemlər yaranır. Məsələn, evdə lampa xarab olubsa, kişi o lampanı dəyişə bilmirsə, dəyişmirsə, bu zaman qadın bunu etməyə başlayır. Bu isə qadında kişiyə qarşı aqressiya yaradır. Bizim cəmiyyətdə, bizim mədəniyyətdə bu, kişinin üzərinə düşən məsuliyyətdir, bunu yerinə yetirə bilmədiyinə görə ailələrdə aqressiya müşahidə edilməyə başlayır.

- Kişilər zorakılır etmələrini nə ilə izah edirlər?

- Bu sualı, demək olar ki, mən bütün seanslarda verirəm ki, həmin anda nə hiss edirdiniz, nə düşünürdünüz? Demək olar ki, cavab əksəriyyətində eynidir: həmin an nə etdiyimi bilmirəm, düşünmürəm ki, bunu etmək lazım deyil, olmaz. Sonradan peşiman oluram, amma yenə də əsəbiləşəndə özümü idarə edə bilmirəm, təkrarlanır həmin hal. Bu, onu göstərir ki, insanlar stresli və gərgin anlarda öz emosiyalarını idarə etməkdə çətinlik çəkirlər. Bunun da əsas səbəblərindən biri hisslərimizi lazımı situasiyada ifadə edə bilməməyimizdir. Məsələn, axşam saat 8-də evə gəlmişəm, buna qədər mənim 3 dənə stresli situasiyam olub, amma heç birində öz aqressiyamı göstərə bilməmişəm. Bunun hamısı yığılıb, nəticədə evə gələndə bunu evdə ifadə etmə başlayıram. Düzdür, bunu bu tərzdə izah etmirlər, amma əsas səbəblərdən biri də budur. Özləri isə bildirirlər ki, zorakılıq etmələrinin əsas səbəbi ailədə qayda-qanunu bərpa etməkdir, kobud da olsa bəzən hətta qadını “əhilləşdirmək” də deyirlər buna. Hətta gender əsaslı zorakılıqla bağlı bəzi stereotiplər var ki, bunlardan da istifadə edirlər, “qadın döyülər də, bu, ailənin dağılmasına səbəb olmamalıdr, ata-babadan belə görmüşük” və s. Yəni bu kimi fikirlər də eşidirik bəzən.

- Hansı nəticələr əldə edildi bu proqramdan? Ümumi qənaət nədən ibarətdir?

- Mənim hazırda seanslarda ən çox üzərinə fokuslandığım gələn şəxslərin öz hisslərini və emosiyalarını, stressini idarə etməsi ilə bağlıdır. Bunları bacardıqdan sonra artıq davranışlarındakı aqressivliyin səbəbi müəyyən qədər azalır. İkinci bir tərəfdən aqressivlik müəyyən qədər özgüvənlə bağlı olduğuna görə, biz həmin şəxslərin özgüvəni, özünə inamı üzərində işlədikdə yenə də uğurlu nəticələr əldə edirik. Görürük ki, şəxs özünü qəbul etməyə, özgüvənini inşa etməyə başladıqdan sonra aqressiv davranışlar müəyyən qədər azalmağa başlayır. Digər bir tərəfdən, ailə modelləri ilə bağlı onlara məlumat verdikdən, ailələrdə nələrin olmaması hansı konfliktlərə səbəb ola bilir, ailədə ünsiyyətin rolu nədən ibarətdir, ailədə emosiyaların rolu nədir, uşaqların rolu nədir, yaxud da rolların sərhədi, məsuliyyəti haqda pedoqoji maarifləndirmə apardıqda müsbət təsir göstərir. Həmin insanlarda müəyyən qədər fərqindəlik yaranır. Biz bunları etdikdə uğurlu nəticələr əldə edirik. Bizim sığınacaqdan artıq bir neçə ailə öz davamlılığını bərpa edib, barışıblar, birgə yaşayışa başlayıblar yenidən.

Ən maraqlısı da bəzən ailədəki konfliktlərin səbəbi tərəflərdən birinin hansısa çətinliyi ilə bağlı olur. Məsələn, kişidə obsessiv-kompulsiv pozuntu var və o, evdə davamlı olaraq aşırı təmizlik, yüksək mükəmməlçilik tələb edir. Bu, ailədə konfliktlərə səbəb olur. Çünki obsessiv-kompulsiv pozuntusu olan bir şəxsin gözləntilərini hər zaman qarşılamaq mümkün deyil. Ona görə də bu, konfliktlərə səbəb olur. Bizim 3 belə keysimiz vardı, müəyyən işlər apardıq, terapiyalar keçdik, həm də psixiatr dəstəyi göstərildi və bu simptomlar aradan qalxdıqdan sonra ailələrdə konfliktlər azalmağa, hətta müşahidə edilməməyə başladı. Burdan da biz görürük ki, ailələrdə konfliktlərin yaranma səbəblərindən biri də psixi sağlamlıqdır.

- Proqrama cəlb olunan kişilərin təhsili məsələsi də maraqlıdır: neçəsi ali təhsilli idi və onlarda əsasən hansı problemlər müşahidə edilirdi?

- Biz müraciət edənlərin hər birinin statistikasını götürürük. Demoqrafik informasiyalardan əlavə, təhsil alıb-almadığını hər zaman soruşuram. Müraciət edənlərdən cəmi 8 nəfəri ali təhsilli idi. Qalan heç birinin ali təhsili yoxdur, hamısı orta təhsillidir. Bunun özü də göstərir ki, təhsilin insanın davranışlarına nə qədər təsiri var. Bu bizə bir daha mesaj verir ki, əslində ali təhsil almağın özü belə insanın davranışlarına nə qədər müsbət təsir göstərir. Maraqlıdır ki, işləyən və işləməyən şəxslərdə də fərq var. Biz bunun da qeydiyyatını aparırıq. Müraciətçilərdən 18 nəfəri işləyirdi. Qalanları isə işsizdir. İqtisadi böhranın insanları nə ədər aqressivləşdirdiyi, gərgin situasiyaya saldığı istiqamətində bu da bir göstəricidir. Fərdin iqtisadi böhranı var: işləmir, heç bir gəlir əldə etmir və bu, onun özgüvəninə, davranışına təsir edir, ailədə konfliktlərin yaranmasına səbəb olur.

Əsas vurğulamaq istədiyim məsələlərdən biri də budur ki, ailələr böhran vəziyyətini sağlam keçirə bilmirlər. Məsələn, dünyaya yeni uşaq gəlir, bu, normal bir böhran dövrüdür, müəyyən çətinliklər olmalıdır. Yaxud uşağın məktəbə getməsi ilə bağlı ola bilər bu dövr. Yeni evlənmək dövründə ola bilər. Bu kimi dövrləri sağlam keçirə bilməyəndə əksər ailələr boşanma ilə üzləşirlər. Düşünürəm ki, bu da ailələrin həmin böhran dövrü ilə bağlı maarifləndirmə səviyyəsinin aşağı olmasından irəli gəlir. Bütün bunlarla bağlı geniş maarifləndirmə işləri aparılsa, əslində ciddi nəticə əldə etmək olar. Burada fərqindəlik ciddi rola sahibdir.

- Ümumiyyətlə, Azərbaycanda kişilərin daha çox nəyə görə şiddətə əl atdığını demək olar? İlk 3 səbəbi sıralasanız, maraqlı olar.

- Azərbaycanda kişilərin şiddətə əl atmasının əsas səbəblərindən biri ümumiyyətlə bizim cəmiyyətdə genderlə bağlı stereotiplərin olmasıdır. Qadın döyülər, kişi qadını döyə bilər, evin hökmdarı kişidir, kişi evi istədiyi kimi idarə edə bilər və s. bu kimi stereotiplər gətirir gender əsaslı zorakılıqlara çıxarır. İkinci bir tərəfdən, bizdə kişilər anaları tərəfindən elə yetişdirilirlər ki, onlar qadınlarla sağlam münasibətə girə bilmirlər. Məsələn, bağlanma nəzəriyyələri var, dünyaya gəldikdən sonra uşağın anası ilə arasında güvənli yaxud da güvənsiz bağlanma formalaşa bilər. Güvənli bağlanma formalaşanda artıq o uşaqlar böyüdükcə ətrafdakı insanlara güvənməyə, inanmağa başlayırlar, gələcəkdə bu kimi problemlər yaşamırlar, yaxud çox az hallarda yaşayırlar. Lakin güvənsiz bağlanma formalaşanda kişilər daha çox yanında, ətrafında olan qadınları hər hansı vasitə ilə tutub saxlamağa çalışırlar. Çünki itirmək qorxusu olur. Dolayı yolla, burada yenə özünə və insanlara güvənməklə bağlı problemlər olur. Müxtəlif paranoyalar, sayıqlamalar, özünü başqaları ilə müqayisə etmək halları olur. Bu kimi halların yaşanmasının səbəbi bizim cəmiyyətdə kişilərə uşaq vaxtından aşılanan düşüncələr, onlara qarşı olan münasibət, onların əks cinslə münasibətlərinin təməllərinin hansı tərzdə atılmasıdır. Bunların hamısı ayrı-ayrılıqda sonrakı yaşam tərzinə təsir göstərir.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Noyabr 2024 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see260

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see229

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see219

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see204

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see203

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see181

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see179

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see164

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see154

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see145

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see134

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see132

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see132

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see131

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see124

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see123

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see123

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see122

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see122

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri