Icma.az
close
up
RU
Uşaqlara bağışla deməyi məcbur etməyin!

Uşaqlara bağışla deməyi məcbur etməyin!

Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.

Tez-tez oyun meydançalarında, bağçalarda və məktəblərdə bu hadisənin şahidi oluruq: böyüklərdən biri, bir uşağın elədiyi hərəkətə görə digərindən (və hətta böyüyün özündən) üzr istəməsi üçün israrla təkid edir.

Buna evlərdə də rast gəlmək olur: ata və ya ana bir övladının digərindən üzr istəməsi üçün az qala dəridən-qabıqdan çıxır. Əlbəttə ki, onlar bunu övladlarının tərbiyəsi istiqamətində mühüm bir addım kimi dəyərləndirirlər. Lakin, məsələnin əslinə baxsaq, əslində bunun yalnış bir üsul olduğunu anlayarıq. Uşaqların beyninin yeni qabığı bəzi həqiqətləri dərk edəcək qədər kifayət dərəcədə inkişaf etməyib. Odur ki, uşağı üzr istəməyə məcbur etməzdən əvvəl bəzi məsələləri diqqətə almaq lazımdır.

İlk öncə onu yadda saxlamalıyıq ki, uşaqlar səbəbsiz yerə heç bir pis davranışa yol vermir. Odur ki, məsələnin kökünü araşdırın. Uşağınızla söhbət edin, onu bu hərəkətə nəyin vadar etdiyini müzakirə edin.

Qarışıq hisslər keçirmək, uşağın inkişafında mühüm rol oynayır. Bu, uşağın vəziyyətə adaptasiya olunması üçün ən vacib amillərdən biridir. Odur ki, siz uşağınıza gülümsəyərək “Səhər qardaşınla (bacınla) nə yaxşı oynayırdız, indi isə dalaşırsız” deyərək, qarışıq hisslər keçirməyin normal olduğunu ona bildirin. Çünki, hər bir normal insan kimi, uşaqlar da vəziyyətdən asılı olaraq öz qəzəblərini və ya öz sevinclərini büruzə verə bilərlər. Sadəcə olaraq ona bu qəzəbini büruzə verməyin təhlükəsiz və alternativ yollarını təklif edin: məsələn, ürəkdən qışqırmaq, yastıqları yumruqlamaq və s. Uşaq özü qəzəbli ikən, qəzəbi soyumamış, onun başqasından üzr istəyəcəyini gözləməyə dəyməz. Özümüzü belə bir vəziyyətdə təsəvvür edək: hətta haqsız olduğumuzu bildiyimiz halda, biz böyüklər qəzəb anında üzr istəməyi təkəbbürümüzə sığışdırmırıq.

Psixoloq Laura Marxam hesab edir ki, uşaqlara bir-birilə ünsiyyət qurmağa, öz istək və ehtiyaclarını ifadə etməyə, bir-birinin sözünü dinləməyə onlara kömək etmək lazımdır. Psixoloqun sözlərinə əsasən, “qaydaları pozmuş” uşağın hirsi soyuduqda, ona öz bacı-qardaşı ilə münasibətlərini düzəltməsi üçün müəyyən üsullar da təklif etmək olar. Həmçinin psixoloq hesab edir ki, bir uşağı məcburən digərindən üzr istəməsinə vadar etmək, onu yalana öyrədə bilər. Çünki, həmin an uşaq üzr istəməyi ürəkdən və səmimi şəkildə istəmədiyi üçün, “məni bağışla” deməklə yalan danışmış olur.

Uşaqlar sərgilədiyi bütün davranışları bizdən öyrənir. Əgər biz böyüklər bilərək və ya bilməyərək bir-birimizi və ya uşağımızı incitdikdə, qəlbini qırdıqda üzr istəsək, uşaq da təbii olaraq bu davranışı nümayiş etdirəcəkdir. Odur ki, övladımızdan gözlədiyiniz bütün gözəl davranışlara məhz özümüz nümunə olmalıyıq.

Müəllif: Xumar Ərşadlı,

Gordon Neufeld institutunun tələbəsi

Tebiivalideynlik.az

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see328

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see288

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see274

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see272

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see266

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see262

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see258

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see243

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see241

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see237

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see233

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see230

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see228

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see227

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see220

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see215

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see215

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see185

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see180

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri