Icma.az
close
up
RU
Qızdırması olan uşaqlara bunları etməyin PEDİATR MƏSLƏHƏTİ

Qızdırması olan uşaqlara bunları etməyin PEDİATR MƏSLƏHƏTİ

Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.

Bir çoxumuz qızdırmalı uşağa yanaşma mövzusunda təxmini məlumatlara sahibik. Bir az da ordan-burdan eşitdiyimiz məlumatlarla hərəkət edirik ki, bu da bəzən temperaturun daha da yüksəlməsinə səbəb olur.

Temperatur zamanı necə etməli, hansı vasitələrə əl atmalı kimi məsələlər haqqında isə hər birinizə ümumi məlumatlar lazımdır.

Qışla birlikdə, xüsusilə məktəb dövründəki uşaqların çoxunda qızdırmalı xəstəliklər dövrü başlayır. Uşağın hərarəti isə, ümumiyyətlə, ana-atalarda çaxnaşma yaradır. Halbuki qızdırma hər zaman qorxulu bir vəziyyət deyil. Əhəmiyyətli olan qızdırmalı uşağa necə yanaşmaq və nə lazım olduğunu bilməkdir.

Uşaqlarda hərarət qısa müddət içində özbaşına yaxşılaşan sadə virus xəstəliklərdən qaynaqlanır. Qızdırmalı uşaqların yalnız az bir qismində antibiotik müalicəsi ehtiyacı olan bakterial infeksiyalar olur. Qızdırmanın müalicəsində əsas məqsəd uşağın rahatladılması və narahat edilməməsidir.

Hərarətin normala düşməsi, hərarətə səbəb olan xəstəliyin müalicəsi mənasını vermir. Simptomatik müalicədə məqsəd bədən temperaturunu normal səviyyəsinə salmaq olmamalıdır. Böyük uşaqların özünü yaxşı hiss etdiyi, kiçik uşaqların isə rahatladığı bir bədən temperatur səviyyəsi müalicə üçün kafidir. Yəni qızdırmanın müalicəsi üçün bədən istiliyinin mütləq 36 dərəcəyə düşmüş olması lazım deyil.

Yüksək hərarətə zamanı görülən ilk 5 tədbir:

- Paltarlarına diqqət edin: 38.5 dərəcə hərarəti olan uşağınızın üzərindəki çox geyimləri çıxarın.

- Maye qəbuluna diqqət edin: Bol miqdarda su və sulu qidalar qəbul etməsini təmin edin.

- Mühitin istiliyini nəzərə alın: Olduğu mühitin istiliyini 21-22 dərəcə arasında saxlamağa çalışın.

- İlıq duş aldırın: 29-32 dərəcə istilikdəki ilıq suyla duş aldırın və ya yaş bezlə kompress edin.

- Hərarət salan həblər verməyin: Qızdırmanın 39 dərəcəyə çıxması vəziyyətində həkiminizlə məsləhətləşib uşağa hərarət salan həblər verə bilərsiniz.

Yüksək hərarət zamanı edilməməsi lazım olan 5 hərəkət:

1. Üşüyən və titrəyən qızdırmalı uşağınızın üzərini örtməyin.

2. Qalın paltarlar geyindirməyin.

3. Soyuq suyla duş etdirməyin.

4. Spirt və sirkəli suyla kompres etməyin.

5. Fasiləsiz olaraq hərarət salan həblər verməyin.

Bir çox ana-ata tərəfindən edilən bu səhv addımlar qızdırmanın daha da yüksəlməsinə, dərman və spirt zəhərlənməsi kimi nəticələrə yol aça bilər.

3 aylıq körpələrdə hərarətə diqqət edin!

Uşaqlarda hərarət, ümumiyyətlə, 2-3 gün içində özbaşına yaxşılaşan sadə virus xəstəliklərdən qaynaqlanır. Ancaq qızdırmalı uşağın yaşı burada çox əhəmiyyətlidir. Xüsusilə 3 aylıq qızdırmalı uşağı vaxt itirmədən mütləq həkim nəzarəti altında saxlamalı, hərarətə yol açan vəziyyəti araşdırmalı və müalicəsi xəstəxana şəraitində aparılmalıdır.

Qızdırma üçün kritik müddət 3 gündür.

3 aydan böyük uşaqlarda hərarətin dərəcəsi və müddət vaxtına xəstənin ümumi vəziyyəti göz qarşısında saxlanılaraq nəzarət edilməlidir. Ümumi vəziyyəti yaxşı, qidalanması pozulmamış, hərarəti 38.5 dərəcənin altındakı uşaqlar evdə 3 gün simptomatik müalicə ala bilər. Əgər hərarətin müddəti 3 günü keçirsə, həkim müayinəsi mütləq lazımdır.

2 yaşından kiçik uşaqlarda əhəmiyyətli olan simptomlar

Qızdırmalı uşaqlarda və xüsusilə körpələrdə aşağıdakı simptomlardan biri və ya bir neçəsi qızdırmaya yoldaşlıq edirsə, həyatı təhdid edən ciddi bakterial infeksiya ehtimalı səbəbiylə vaxt itirmədən bir həkimə müraciət edilməlidir.

Mütləq həkiminizə bildirməlisiniz:

- Hərarətin 40 dərəcəyə yüksələrsə və 72 saatdan daha uzun müddət davam edirsə;

- Qızdırmayla birlikdə uşağınızdan davamlı ağlama, inləmə və toxunulduğunda narahatlıq halı varsa;

- Hərarətin düşməsinə baxmayaraq narahatlığı davam edirsə;

- Davamlı mürgüləmə halı, şüur bulanıqlığı və sayıqlama kimi hallar varsa;

- Əmgəyində atma və qabarıqlıq varsa;

- Hərarətlə birlikdə dərisində bənövşəyi ləkələr əmələ gəlirsə;

- Ağızda quruluq, göz yaşının olmaması, göz kürəsində və əmgəydə çöküklük kimi maye itkisi simptomları varsa;

- Çətin və tez nəfəs alırsa, öskürək, sinə ağrısı, qulaq ağrısı, qarın ağrısı, boğaz ağrısı, davamlı qusma, ishal, sidik çıxararkən yanma, sidik rəngində dəyişmə kimi simptomlar varsa

Uşaqlarda hərarətə gətirib çıxaran 15 səbəb:

1. İnfeksiyalar: zökəm, üst tənəffüs yolu infeksiyaları, qızılca, su çiçəyi, tonzillit, sinusit, orta qulaq iltihabı, sətəlcəm, sidik yollarının infeksiyaları, qastroenterit, meningit, ensefalit, myokardit, endokardit, perikardit, artrit, osteomyelit, sepsis kimi

2. Peyvəndlər: körpəlik dövründə reallaşdırılan xüsusilə qarışıq peyvəndlərdən sonra

3. Zədə, əzələ içi iynəsi, diş çıxarma, yanıq kimi

4. Su itkisi: İshal, qusma, yanıq və s.

5. Xəbis hadisələr:lenfoma, metastatik xəstəliklər

6. Dərmanlar: Antibiotiklər, atropin, amfetamin, amfoterisin kimi

7. Qan tranfüzyonları

8. Baş travmaları

9. Bioloji agentlər

10. İmmunoloji xəstəliklər: artrit, sistemik lupus eritomatozus

11. İltihab xəstəliklər: iltihab bağırsaq xəstəliyi

12. Endokrin xəstəliklər

13. Metabolik xəstəliklər

14. Zəhərlənmələr

15. Səbəbi bilinməyən xəstəliklər

Pediatr Günay Rəsulova

Aile.lent.az

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:327
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 04 Noyabr 2024 21:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri