Icma.az
close
up
RU
Qızdırması olan uşaqlara bunları QƏTİ ETMƏYİN

Qızdırması olan uşaqlara bunları QƏTİ ETMƏYİN

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son günlər ölkə üzrə uşaqlar arasında yüksək qızdırma, ürəkbulanma, qusma və halsızlıqla müşayiət olunan yoluxucu xəstəlik halları artıb. Uşaqların bir çoxunda həm tənəffüs, həm də mədə-bağırsaq şikayəti əlamətləri müşahidə olunur və bu, əksər hallarda mövsümi respirator virus infeksiyaları ilə bağlıdır.

Turkustan.az xəbər verir ki, əlamətlər arasında 40°C ə qədər yüksələn qızdırma, bədən ağrısı, halsızlıq və iştahasızlıq yer alır, bəzi uşaqlarda pnevmoniya kimi ağırlaşmalar da qeydə alınıb.

Valideynlər bəzən xəstəliyin gedişində dərman istifadəsi əvəzinə və ya onunla bərabər ənənəvi türkəçarə üsullarına müraciət edirlər. Bunlara sirkə ilə bədəni silmək, banka qoymaq, spirtlə masaj etmək kimi tətbiqlər daxildir.

Lakin pediatrların fikrincə, bu cür metodların effektivliyi elmi olaraq sübut olunmayıb və bəzi hallarda uşaq üçün təhlükəli ola bilər. Məsələn, sirkə və spirtlə bədənə sürtmək dəridə qıcıqlanma, yandırma və toksik reaksiyalara səbəb ola bilər; pediatrlıq mənbələrində də bu cür tətbiqlərin uşaq üçün məsləhət görülmədiyi vurğulanır.

Pediatrlar da bu cür yanlış yanaşmalardan xəbərdardırlar. Onlar bildirir ki, sirkə və digər xalq təbabəti üsullarının qızdırmanı azaltmaq üçün heç bir etibarlı elmi təsdiqi yoxdur və dəridə istifadə edildikdə, xüsusilə konsentrə sirkə və ya spirt dəridə ağır qıcıqlanma yarada bilər. Bunun əvəzinə uşaqda səmərəli və təhlükəsiz tədbirlər kimi:

otağın temperaturunu 21 22°C səviyyəsində saxlamaq,

uşaqı nazik və rahat geyindirmək,

ilıq (soyuq deyil) su ilə silmək,

bol maye qəbulunu təmin etmək,

lazım gəldikdə pediatr tərəfindən təyin olunmuş qızdırma salan dərmanlardan istifadə etmək tövsiyə edilir.

Həkimlər valideynləri xəbərdarlıq edirlər ki, heç bir xalq təbabəti metodu uşaq xəstəliyini müalicə etmir. Xüsusilə qızdırma 3 gündən artıq davam edərsə, uşaq nəfəs çətinliyi çəkirsə, dərhal pediatrla əlaqə saxlamaq vacibdir. /yenisabah.az/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 27 Dekabr 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri