Icma.az
close
up
RU
Uşaqlara öskürəyə qarşı dərmanlar verilməlidirmi? Pediatr RƏYİ

Uşaqlara öskürəyə qarşı dərmanlar verilməlidirmi? Pediatr RƏYİ

Icma.az, Saglamolun portalına istinadən məlumat verir.

"Son zamanlar öskürəklə müşahidə olunan xəstəliklər artmaqdadır. Öskürmək bizim müdafiə mexanizmimizdir.

Öskürməklə biz tənəffüs yollarımızda olan maddələri, virusları, selik, bəlğəm və sair şeyləri kənarlaşdırırıq. Bu vasitə ilə tənəffüs yollarımız təmizlənir. Ona görə öskürəyi mütləq olaraq pis deyə dəyərləndirə bilmərik. Hətta bu, bizim xeyrimizədir, deyə bilərik. Ona görə də öskürək başlayan kimi onun əleyhinə dərhal dərmanlar vermək doğru deyil".

E-tibb.az bildirir ki, bunu pediatr-neonatoloq, uzman həkim Altay Abdullaoğlu açıqlayıb.

Həkim bildirib ki, xüsusilə də, körpələrə öskürək əleyhinə dərmanların verilməsi tövsiyə olunmur. Onun sözlərinə görə, digər bir əhəmiyyətli məqam isə öskürək dərmanlarını uşaqlara verməzdən öncə araşdırılmasıdır: "Uşaq niyə öskürür və səbəbi nədir? Bu sinuzitlə, boğaz iltihabı, qırtlaq, traxeya, bronx və yaxud ağciyər xəstəlikləri, viruslar, göyöskürək, xüsusi atipik mikroblar, bakterial infeksiyalarla əlaqədar ola bilər. Ona görə dönə-dönə vurğulayırıq ki, səbəb araşdırılmalı və səbəbə görə də dərman təyin olunmalıdır. Müalicə səbəbə yönəlik aparılmalıdır. Bəzi xəstəliklər müalicə olunmur.

Məsələn, göyöskürək xəstəliyi uşaqlarda uzun müddət davam edən fasiləsiz öskürəyə səbəb olur. Bu xəstəliyin köklü müalicəsi yoxdur. Ona qarşı yazılan dərmanlar ancaq şikayətləri bir az azalda bilər. Virus infeksiyalarında da belə ola bilər. Bəzən 1 ay davam edən öskürək halı olur. Bu zaman həkimin edəcəyi heç bir iş olmur. Sadəcə olaraq, gözləmək lazım gəlir. Amma mikrob və bakteriyalar zamanı antibiotiklərin təyini ilə bunun öhdəsindən gəlmək olur. Valideynlərin bunu bilməsi çox əhəmiyyətlidir, çünki bəzən uşaq göyöskürək xəstəliyinə yoluxur, valideyn isə onun müalicə olunmadığından xəbərsiz olduğundan çoxlu həkimlər gəzir və dərmanlar istifadə edir. Nəticə olaraq deyə bilərik ki, bir az öskürmək normaldır, bir həddə kimi öskürək bizim üçün faydalıdır, bizi qoruyur. Öskürək siroplarının hər zaman və həmin an verilməsi doğru deyil, xüsusilə azyaşlı körpələrə tövsiyə olunmur. Öskürək siropları hər zaman öskürəyin qarşısını ala bilmir, çünki bəzi xəstəliklərdə nə etsək də, öskürək müəyyən vaxta qədər davam edəcək. Öskürəyi deyil, səbəbi tapmaq və mümkünsə onu müalicə etmək lazımdır".

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 20:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri