Icma.az
close
up
RU
Qanazlığı olan uşaqlara bunları yedizdirin PEDİATR SADALAYIR

Qanazlığı olan uşaqlara bunları yedizdirin PEDİATR SADALAYIR

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qanazlığı uşaqlarda ən ciddi sağlamlıq problemlərindən biridir. Əksər uşaqlar qan azlığından əziyyət çəkir.

Bəs valideynlər uşaqda rast gəlinən qan azlığının aradan qaldırılması üçün nələrə diqqət etməlidir? Əsasən hansı yaş aralığında uşaqlarda qan azlığı daha çox müşahidə edilir? Milli.Az ailem.az-a istinadən mövzu ilə bağlı pediatr Aytən İsmayılzadənin fikirlərini diqqətinizə çatdırır.

A.İsmayılzadə məlumat verir ki, uşaqlarda qan azlığı-anemiya daha çox dəmir əskikliyi ilə bağlı yaranır: "Əsasən 6-24 aylıq körpələrdə, məktəbəqədər uşaqlarda və yeniyetməlik dövründə rast gəlinir. Əgər hamilə və süd verən qadının dəmiri azdırsa, bu, körpədə də belə olacaq. Uşaqlarda inkişaf sürətli getdiyindən qida ilə alınan dəmir bu ehtiyacı ödəmir. Uşaq 6 ayadək dəmiri yetərli olan ananın südü ilə bəslənirsə, onun bu problemi olmur".

Pediatr bildirir ki, körpələrdə 6 ayından sonra əlavə qidalara keçildiyində taxıllı məhsullara, çaya üstünlük verildikcə dəmirin sorulması azalır və qan azlığı inkişaf edir: "Qidalardakı dəmirin 90 faizi inorqanikdir, onların yalnız 5 faizi sorula bilir. Qidalardakı dəmirin 10 faizi orqanikdir. Onun isə sorulması 20-30 % səviyyədədir. Qidalardakı dəmirin yalnız 10 faizi sorulduğundan 1 mq dəmir almaq üçün 10 mq dəmir qəbul edilməlidir. 10 yaş ətrafında inkişaf edən uşaqların dəmirə tələbatı hamilə qadınla eynidir - 18 mq. Ana südü laktoferrin və askorbin turşu hesabına dəmirin sorulmasında idealdır. İnək südü və süd məhsulları isə əksinə, sorulmasına mane olar".

A. İsmayılzadə xəbərdarlıq edir ki, valideynlər aşağıdakı məsələlərə diqqət etməlidirlər:

- Körpəni mümkün qədər ana südü ilə qidalandırmağa çalışmaq. Əsasən də ilk dövrlərdə

- Əlavə qidaya keçərkən nələrin verildiyinə diqqət etmək

- Düzgün bəslənmədikdə asanlıqla anemiyanin inkişaf edəcəyini bilmək

- Buna görə artıq bir yaşadək qan testini etdirmək

"Uşağınızın hüceyrəsinin yaşamasını və onun da uşağınızı yaşatmasını istəyirsinizsə, onun dəmirini verəcəksiniz", - deyən pediatr vurğulayır ki, 8-15 aylıq körpədə dəmir azlığı onun psixomotor inkişafında geri dönməz iz qoya bilər: "Dəmiri az olan uşaq tez-tez xəstələnir, yorulur, yuxulayır, iştahı olmur, infeksiyalar qarşısında zəif olur. Həmçinin, öyrənmə qabiliyyəti və yaddaşı zəif olur, fiziki inkişafda geri qalır, əhvalsız, təngnəfəs, ürəyi tez çırpınan olur. İnək südü xüsusən dəmir azlığına gətirir. Həm kalsiumun dəmirin sorulmasına mane olması hesabına, həm də bağırsaq divarında inək südünə qarşı yaranan reaksiyada gizli qanama hesabına. C vitamini ilə zəngin məhsullar gün ərzində yeyilərsə, dəmirin sorulması da artar. Uşaqlarda sürətli inkişafla bağlı dəmir azlığını önləmək üçün 4-6 aydan etibarən 3 yaşına kimi 1mq/kq/ gün dozası ilə dəmir verilir. Vaxtından qabaq doğulan uşaqlarda isə dəmir depoları daha tez boşaldığından 2 aydan etibarın 2 mk/kq/gün olmaqla 3 yaşadək verilir. Dünyaya gələcək körpənin dəmir deposu hamilə qalmadan öncə nəzərə alınmalıdır. Gözün və ağızın selikli qişasının avazıması dəmir azlığına bağlı anemiyanın təzahürüdür. Uşağınızı özünüz də müayinə edib, ümumi qan analizi verə bilərsiniz".

A. İsmayılzadə tərkibində dəmir çox olan qidaların siyahısını təqdim edir:

- Ət, balıq

- Yumurta sarısı

- Yaşıl tərəvəz və meyvələr

- Qaraciyər, böyrək

- Keçibuynuzu bəhməzi

- Üzüm bəhməzi

- Mərci, noxud, lobya

- Qarabaşaq

- Kişmiş, qoz, fındıq

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:355
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 04 Noyabr 2024 23:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri