Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

Liqa 1: PSJ dən geridönüş

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

Uşaqlara qışqırmayın, onları anlayın

Uşaqlara qışqırmayın, onları anlayın

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Uşaqlara kobud insanlarla ünsiyyət qaydalarını öyrətmək vacibdir

Davranışından asılı olmayaraq uşaqlar, böyüklərin - müəllimlərin, qonşuların, valideynlərinin və s. kobudluğu ilə qarşılaşa bilər. Uşaqlar özlərindən böyük olanların nəzakətdən kənar davranışlarına necə reaksiya verməlidirlər? Onlara qışqıran, kobudluq edən böyüklər bunu hansı səbəbdən edir? Bu barədə Gazeta.Ru-ya psixoloqlar maraqlı rəylər verib.

Psixoloq Yuliya Tokarçuk: “Təəssüf ki, gündəlik həyatda insan tez-tez digər insanların kobudluğu və nəzakətsizliyi ilə üzləşməli olur. Əksər vaxtlar böyüklər belə davranış əks etdirə bilirlər, hədəfdə ən yaxın adamlar olur. Böyüklər bəzən alışmış, öyrəşmiş ola bilirlər, amma uşaqlar buna hazır deyillər. Təhsil prosesində böyüklərin səlahiyyəti həmişə mühüm rol oynayır, buna görə bir çox uşaqlar qışqıran müəllim və ya valideyn ilə qarşılaşa bilirlər.

Belə vəziyyətlərin qaçılmazlığını başa düşərək, uşaqlara başa salmaq lazımdır ki, ona hansı hallarda, nə kimi davranış olarsa buna etiraz etsin. Məsələn, uşaqlar bilməlidir ki, ona əl qaldıran, nalayiq ifadələr işlədən böyüklərə qarşı məsafəli davransın. Birlikdə kitab oxuyarkən, izlədiyiniz bir filmi və ya sadəcə, həyatınızdakı situasiyaları müzakirə edərkən, uşağınıza başa sala bilərsiniz ki, hətta böyüklər də səhv edə bilər.

Bir insanla qarşılıqlı əlaqə qurmaq bacarığı uşaq üçün ünsiyyətin mühüm əsasıdır. Hər hansı bir insandan - həkimdən, qonşudan, mağaza işçisindən sizə ünvanlanan kobud və ya nəzakətsiz ifadələri eşitdikdən sonra ona kobudluqla cavab vermək lazım deyil, ən yaxşısı təmkinli davranmaq və mümkünsə mədəni formada qarşılıq bildirmək övladınıza öyrədəcəyiniz ən yaxşı davranışdır”.

Klinik psixoloq Anastasiya Savina: “Kobud insanlarla ünsiyyət qurmaq nəinki uşaqlar, böyüklər üçün də asan deyil. Yetkinlərin ilk etdiyi səhv də uşağı belə insanlardan təcrid etməkdir. Bu, doğru deyil. Bizim həmişə kiminlə ünsiyyət quracağımızı, kiminlə qurmayacağımızı seçmək imkanımız olmur. Gələcəkdə uşaq oxşar vəziyyətlərlə qarşılaşarsa, kobud insanlarla ünsiyyət qurmalı olarsa necə davranacağını bilməyəcək. Birincisi, uşağa izah etmək lazımdır ki, biz bəzi zamanlarda bir insanın niyə bizə qarşı kobud davrandığını başa düşməyə bilərik. Həmişə yaxşı davranan, yaxşı ünsiyyət quran insanlar olmaya bilər, bəzi hallarda kobud, aqressiv insanla məcburi ünsiyyət qura bilərik. Ona başa salmalıyıq ki, o insanın xarakteri və ya düşdüyü mühit onu belə edir, uşağın bunda heç bir günahı yoxdur.

İkincisi, yaş saxtakarlıq, fırıldaqçılıq, aqressiv davranış və ya kobudluq üçün bəhanə deyil. Uşaqlar erkən yaşlardan şəxsi sərhədlərin formalaşmasına diqqət yetirməyi öyrənməlidir. Uşaq başa düşməlidir ki, onun hansı haqları var və özünü necə qorumalıdır. Əlbəttə ki, əvvəlcə bir yetkin insanın köməyinə ehtiyac duyacaq, lakin bu, şəxsi sərhədlər mövzusunda maarifləndirici söhbətlərə mane olmamalıdır.

Üçüncüsü, seçimlərin nə olduğunu müzakirə etməkdir. Biz, digər insanların pis davranışlarının qarşısını ala bilmərik, lakin reaksiyalarımızı idarə edə bilərik. Seçimlərdən biri kobudluğa qəzəbli cavab vermək əvəzinə xeyirxahlıq göstərməkdir. Bu, kobudluğun pis aurasını qıra, qarşı tərəfi yumşalda bilər. Bu seçim işə yaramırsa, uşaq qarşılaşdığı vəziyyətdən onun üçün məqbul olan digər variantı seçərək ətrafından yardım istəyəcək.

Uşaqlara empatiya hissini öyrətmək onlara ən vacib sosial bacarıqlardan birini öyrətmək deməkdir. Uşağa başa salın ki, qarşıdakı insan niyə bu davranışı seçib. O anlamalıdır ki, böyük insanlar anadangəlmə belə kobud, aqressiv olmurlar, ola bilsin ki, o, pis bir gün keçirir, ola bilsin ya ailəsində, ya da işində çətin vəziyyət yaşayır”.

Ailə və klinik psixoloq, psixoanalitik Vera Zolotıx: “Uşaqlar onlara pis davranıldığını böyüklərin sayəsində anlamalıdır. Böyüklər onlara başa salmalıdır ki, pis davranan insan əslində doğru davranmayıb və uşaq bu davranışa layiq deyil. Belə olmasa uşaq özünə qarşı kobudluğa, zorakılığa normal baxacaq, çünki o hələ nəyin yaxşı, nəyin pis olduğunu bilmir. Normal vəziyyətin sakitlik, mülayimlik olduğunu anlayan uşaq onunla pis davranan hər hansı bir insana qarşı məsafəli davranacaq.

Bəzən uşaq böyüklərin onlara qışqırmasına, əsəbləşməsinə bir əsas tapa bilmir, çünki özünə normal gələn hər hansı bir davranışın əslində normal olmadığını anlamır. Ona görə özünə qarşı kobudluq edən böyüyə “mənə niyə qışqırırsan?" kimi sual da verə bilərlər. Bu zaman böyüklər düşünməyə məcbur olur, doğru davranmadıqlarını etiraf etməli olurlar və aramla, səbrlə səbəbini anlatmalıdır. Uşağın, böyüklərin kobudluğunun və nəzakətsizliyinin çox vaxt uşaqla əlaqəli olmadığını, özünün buna səbəb olmadığını bilməsi vacibdir. Əks halda, özünü həmişə günahkar kimi hiss edəcək”.

Lalə Mehralı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 28 Oktyabr 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see487

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see469

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see450

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see322

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see310

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see282

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see264

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see258

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see249

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see242

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see234

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see222

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see215

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see214

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see210

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see209

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see203

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see188

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see186

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri