Icma.az
close
up
RU
Uşaqlara peyvənd lazımdırmı?

Uşaqlara peyvənd lazımdırmı?

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

İsrailin Zehni və psixofiziki inkişaf pozğunluğu olan uşaqların müalicəsi və bərpası Mərkəzinin rəhbəri Lev Levit körpələrə vurulan peyvəndlərin uşaqları şikəst edə bilmə riski daşıdığını deyib.

Onun və bir çox avropalı mütəxəssislərin fikrincə, peyvəndlər uşaq orqanizmində sərt reaksiyalara səbəb ola, öskürək, qızdırma, qıcolma ilə müşayiət oluna bilər. Bu və bənzər fikirlər isə insanlarda səbəsiz qorxular yaradır. Valideynlər nə etməlidir? Uşaqlara peyvənd vurulmalıdır, yoxsa yox ?

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Afaq Əliyevanın sözlərinə görə, bu gün ölkədə istifadə edilən peyvəndlərin böyük əksəriyyəti Avropa ölkələrindən gətirilir və Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verir:

“Bəzən valideynlər uşaqların peyvənd hüququnu əlindən alır. İnternet üzərindən yayılan yanlış məlumatlar insanlarda ciddi qorxular yaradır ki, bunların da heç bir əsası yoxdur. Bəzən valideynlər peyvəndlərin uşaqların sağlamlığında nə dərəcədə önəmli rol oynadığını bilmir.

Bu da çox normaldır. Peyvəndlərin əsas hissəsi məhz doğum evlərində vurulur və daha sonra uşaqlar yaşadıqları ünvanların ərazi üzrə poliklinikalarına, rayon yerlərində isə tibb məntəqələrinə aparılmalıdırlar.

Ölkəyə gətirilən vaksinlər xüsusi soyuducu maşınlarla daşınaraq innovasiya mərkəzlərinə çatdırılır. Buradan isə vaksinlər respublika üzrə tibb məntəqələrinə, klinika və xəstəxanalara paylanılır”.

Afaq Əliyeva onu da əlavə edib ki, son dövrlərdə ölkə üzrə peyvəndlərlə idarə edilən infeksion xəstəliklərdə artım müşahidə edilməyib:

“Bu gün yalnız suçiçəyinə qarşı peyvəndlər yoxdur və biz bu xəstəliyi idarə edə bilmirik. Dünyada bu xəstəliyə qarşı peyvənd var, lakin hazırda respublikamızda bu vaksin proqramlı şəkildə tətbiq edilmir. Bəzən özəl klinikalarda bunu vurdura bilirlər.

Bir neçə ildən bir qeyri-immun təbəqə yığılanda suçiçəyinin qeydiyyatı aparılır və ciddi artım müşahidə edilmir. Son iki il ərzində göy öskürək, el arasında “svinka” adlandırılan epidemik parotit xəstəlik qeydə alınmır. Hazırda hava yolu ilə yoluxan kəskin respirator virus infeksionlarının mövsümü başlayıb. Hələlik ciddi artım qeydə alınmasa da, epidemioloji nəzarət aparılır.

1996-cı ildən bu günə qədər polimelit xəstəliyi üzrə, 2008-ci ildən bu günə qədər məxmərək xəstəliyi, 2010-cu ildən isə difteriya xəstəliyinə rast gəlinmir. Ümumilikdə bu, səhiyyənin uğurudur ki, bu gün ölkə ərazisində peyvəndlərlə infeksion xəstəliklərin qarşısını ala bilirik.

Peyvəndlər isə yalnız sağlam uşaqlara vurulmalıdır. Həmin an uşaqların heç bir ciddi narahatlığı olmamalı, yüksək temperatur və ya valideynin uşaqdan hər hansı bir şikayəti olarsa, əvvəl tam şəkildə həkim müayinələrindən keçirilməlidir. Allergik uşaqlara peyvəndlərin vurulması zamanı mütləq şəkildə həkim allerqoloqların icazəsi alınmalıdır. Əks təqdirdə ciddi əks reaksiyalar yarana bilər”.

Peyvəndlərin zərərləri haqqında səsləndirilən fikirlərə münasibət bildirən K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev isə bildirib ki, bu yalnızca fərqli insanların şəxsi düşüncələrinin məhsuludur:

“Peyvəndlər uşaqları şikəst edə bilməz. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qəbul olunan normaların tətbiqində bu günə qədər heç bir ciddi fəsad qeydə alınmayıb. Mən 45 ildir həkim işləyirəm və peyvənddən şikəst qalan uşaqla rastlaşmamışam.

Peyvəndə qarşı səsləndirilən yüzlərlə əks fikirlər eşidirik. Bu istiqamətdə polemika bitmək bilmir. Ölkə üzrə hazırda 11 yoluxucu xəstəliyə qarşı peyvəndləmə aparılır. 12-ci peyvəndin hazırlanması və tətbiqi üzərində danışıqlar davam etdirilir. Proses yekunlaşdıqdan və təsdiqini tapdıqdan sonra bu barədə ictimaiyyətə məlumat veriləcək”.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:264
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 01:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see488

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see245

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see232

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see228

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see222

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see214

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see203

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see196

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see189

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see187

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see186

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see183

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see182

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see178

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see178

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see178

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see174

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see174

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see166

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri