Icma.az
close
up
RU
Uşaqlarda angina xəstəliyi Əməliyyatın hansı fəsadları var?

Uşaqlarda angina xəstəliyi Əməliyyatın hansı fəsadları var?

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tonzillit (angina) - udlaq badamcıqlarının iltihablaşmasıdır. Adenoid toxumalar kimi, bu badamcıqlar da xarici mühitdən mikrob və infeksiyaların insan orqanizminə daxil olmasının qarşısını alır.

Uşaq anadan olarkən bu badamcıqlar praktik olaraq olmur, çünki steril olan ana bətnində bunlar ona lazım deyil.

Böyüməkdə və inkişafda olan uşaq orqanizmi xarici mühitlə təmasda olarkən bir çox infeksiya və mikroblarla rastlaşmağa başlayır. Bunun nəticəsində müdafiə mexanizmi kimi, badamcıqlar böyüməyə başlayır. Belə böyümə cinsi yetkinlik dövrünə qədər davam edir. Bu dövrdə uşağın immun sistemi özünün formalaşmasını bitirir və adenoidlər, badamcıqlar və bütün limfa düyünləri normaya kimi kiçilirlər.

Badamcıqların böyüməsi normal fizioloji hal hesab olunur. Ancaq həddən artıq böyümüş badamcıqlar (həddən artıq böyümüş adenoidlər kimi) uşaq orqanizminə mənfi təsir göstərir. Çünki bu zaman uşaqlarda tənəffüs çətinləşməsi, qanın oksigenlə təchizatının pisləşməsi və s. mənfi hallar baş verir.

Angina hərarətin 380C-yə və daha artıq qalxması ilə başlayır. Uşaqlar baş ağrısından, udqunma zamanı ağrıdan, halsızlıqdan şikayət edirlər. Baxış zamanı əsnəyin bütün qövs boyu qızartılı olması, badamcıqların isə böyüməsi və şişməsi qeyd edilir. Badamcıqların iltihablaşması adi qızarma və şişkinlikdən başlayaraq, irinli formalaradək inkişaf edə bilər.

Bəzi uşaqlarda angina heç bir simptom olmadan (hərarətin yüksəlməsi, uşağın ümumi halının pisləşməsi və s.) keçir. Bu heç də yaxşı əlamət deyil. Səbəbi isə - uşaq orqanizminin immunitetinin çox zəif olması və infeksiya ilə mübarizə aparmaqdan “imtina etməsidir”. Anginalar il ərzində 3-4 dəfədən artıq təkrar olunarsa, bu artıq xroniki tonzillitdir. Bütün digər xəstəliklər kimi, anginanın da müalicəsi ilə yalnız həkim məşğul olmalıdır. Tez-tez angina ilə xəstələnən uşağın anası onun müalicə yollarını yaxşı bilsə də, yenə də həkimlə məsləhətləşmək tələb olunur.

Anginanın müalicəsi antibiotiklərin köməkliyi ilə aparılır. Çox vaxt valideynlər anginanın müalicəsində antibiotikləri “zərərli” sayıb onlardan imtina edirlər. Bunu qətiyyən etmək olmaz! Düzgün və vaxtında aparılmayan müalicənin zərəri antibiotiklərin mümkün zərərindən qat-qat çoxdur.

Böyüyərək tez-tez iltihablaşan (irinli nöqtələr) badamcıqlar uşağın ağız boşlugunda daimi infeksiya mənbəyinə çevrilir. Bu səbəbdən uşaqlar KRVİ, otit, ağ ciyər-bronx sisteminin xəstəlikləri ilə daha çox hallarda xəstələnirlər. Tez-tez anginaların keçirilməsi ürək (qazanılmış ürək qüsurlarınadək), böyrəklər, oynaqlar və digər orqanların da zədələnməsinə səbəb ola bilər. Tez-tez angina ilə xəstələnən uşaqların iştahası pis olur, onlar tez yorulur, hirsli olurlar.

Beləliklə, angina ağır fəsadları ilə qorxulu olan ciddi bir xəstəlikdir. Buna görə də onu səylə, diqqətlə, məsuliyyətlə müalicə etmək lazımdır.

Uşaqlar anginaya niyə tutulurlar? Axı uşaqların hamısı soyuq su içir və tərləyirlər, amma yalnız bir qismi angina ilə xəstələnir. İlk növbədə burada irsi faktor böyük rol oynayır. Bəzi ailələrdə bütün ailə üzvləri angina keçirir, digərlərində isə bu xəstəliklə heç zaman xəstələnmirlər.

İkinci növbədə uşağın immunitetindən də çox şey asılıdır. İmmuniteti zəif olan uşaqlarda angina daha tez-tez baş verir.

Tez-tez baş verən anginaların profilaktikası üçün xalq təbabəti üsullarından istifadə etmək olar. Ağız boşluğunu çobanyastığı, itburnu dəmləməsi, otaq temperaturunda olan mineral su və ya duzlu su ilə (1 stəkan suya ½ qaşıq xörək duzu+1 damcı yod) yaxalamaq yaxşı nəticə verir. Belə yaxalamaları 3 ay müddətində davam etmək lazımdır.

Əgər allergiyası yoxdursa, uşağa hər gün yeməkdən qabaq 1 çay qaşığı bal verin. Bal çox gözəl antiseptikdir. Belə uşaqların rasionunda meyvə-tərəvəzlər, sitruslar daha çox olmalıdır. Onları tez-tez təmiz havada gəzdirin, bədənlərini möhkəmləndirin. İmmunitetin qaldırılması üçün yaz-payız aylarında uşaqlara bitki mənşəli immunomodulyatorlar, vitamin-mineral kompleks həbləri, S vitamini vermək (həkimin məsləhəti ilə) yaxşı effekt verir.

Angina zamanı baş verə biləcək fəsadların vaxtlı-vaxtında diaqnostikası üçün onun müalicəsi başa çatan kimi, qan və sidiyin müayinəsini aparmaq vacib hesab edilir. Yadda saxlayın ki, hətta yüngül formada keçən angina da ciddi ağırlaşmalar verə bilər!

Bəzən uşaqlarda badamcıqları cərrahi yolla kəsib çıxarmaq lazım olur. Bu məsələyə çox ciddi yanaşmaq tələb olunur. Əgər anginanın profilaktikası üçün bütün (!) vasitələrdən istifadə edilibsə və buna baxmayaraq tez-tez xəstələnmə halları davam edirsə, bu zaman cərrahi əməliyyata göstəriş ola bilər. İstənilən halda böyümüş badamcıqların kəsilməsi qərarını həkim verir. Elə fikirləşməyin ki, əməliyyatdan sonra uşaq daha xəstələnməyəcək. İndi artıq müdafiəsiz dalmış boğazdan mikroblar bronx və ağ ciyərlərə daha asan şəkildə keçə biləcəklər. Bax elə buna görə də badamcıqlardan gələn zərər çox böyük olarsa, yalnız o zaman onları kəsmək məsləhət görülə bilər.

Əgər uşağınızın badamcıqları kəsilibsə, əməliyyatdan sonraki 2 həftə ərzində ona isti yemək və mayeləri gəbul etmək olmaz. Bütün yeməklər yüngül və yümşaq olmalı, qızardılmış və kəskin qidalar rasiondan çıxarılmalıdır. Yalnız əməliyyatdan 1 ay keçdikdən sonra uşağı adi qidalanma rejiminə keçirmək olar.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 20:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see241

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see233

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see184

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see167

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see155

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see152

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see149

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see142

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see140

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri