Icma.az
close
up
RU
Uşaqlarda boğulma zamanı YARDIM. Bunu hər bir valideyn bilməlidir!

Uşaqlarda boğulma zamanı YARDIM. Bunu hər bir valideyn bilməlidir!

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu, əsasən uşaqlarda olan problemdir. Yad cisim tənəffüs yollarının istənilən hissəsində - burunda, qırtlaqda, traxeyada, bronxlarda, hətta ağ ciyərdə də ola bilər.

Saglamolun.az bildirir ki, yad cismin qırtlaq və traxeyada olması ən təhlükəli hal hesab edilir.

Yad cismin tənəffüs yollarının bu hissələrində olması havanın ağ ciyərlərə daxil olmasını tamamilə dayandıra bilər! Uşağa dərhal müvafiq tibbi yardım göstərilməzsə, o, həlak ola bilər!

Bəzi hallarda uşağın tənəffüs yollarına düşən yad cisim xeyli müddət ərzində (günlər, həftələr, hətta illər) özünü heç bir əlamətlə büruzə verməyə bilər. Bir müddət keçdikdən sonra isə bu yad cisim ağ ciyər qanaxması və digər ciddi fəsadların yaranmasına səbəb ola bilər ki, onları da yalnız cərrahi yolla müalicə etmək olar.

Hörmətli valideynlər, uşağınızı yad cismin tənəffüs yollarına düşməsi nəticəsində yarana biləcək təhlükələrdən xilas etmək üçün, sadəcə olaraq 3-4 yaşınadək olan uşaqlara çox kiçik oyuncaqlar, əşyalar və qida məhsullarını (qoz, fındıq və digər ləpələr, noxud və s.) verməyin, onların əlləri çata bilən yerlərə heç bir kiçik əşyalar qoymayın, kiçik uşaqları hər zaman nəzarətiniz altında saxlamağa çalışın!

Beləliklə, yad cisim uşağın tənəffüs yolunu bağlayanda, o boğulmağa başlayır, qışqıra bilmir, nəfəsi fışıltılı olur, sifəti əvvəl qızarır, sonra göyərməyə başlayır. Bu halda ailə üzvlərindən biri dərhal “təcili yardım” çağırmalı, digəri isə uşağa ilk tibbi yardım göstərməyə başlamalıdır. İlk növbədə uşağın ağzına baxıb yad cismin orada olub-olmadığını təyin edin.Yad cisim görünürsə çıxardın. Görünmürsə və ya çox dərindədirsə çıxartmağa çalışmayın - siz onu daha da dərinə itələyə bilərsiniz.

Dərhal aşağıda qeyd edilən tədbirlərə başlayın. (Bu tədbirlər yalnız uşaq öskürməyə və nəfəs almağa bilmədiyi halda həyata keçirilir!)

1 yaşınadək olan uşaqlara ilk tibbi yardımın göstərilməsi:

1. “Təcili yardım” çağırın!

2. Uşağı üzü aşağı olmaqla qolunuzun üzərinə uzadın. Qolunuzu aşağı salın ki, uşağın başı onun gövdəsindən aşağıda olsun.

Barmaqlarınızla uşağın çənəsindən tutun. Sərbəst əlinizlə uşağın kürəkləri arasına 5 dəfə vurun. (şəkil 1) Sonra yad cismin xaric olub-olmadığını yoxlamaq üçün uşağın ağzına baxın. (şəkil 3)

3. İlkin cəhd nəticə verməzsə, uşağı üzü yuxarı olmaqla dizlərinizin üzərinə uzadın. Bu zaman uşağın başı onun gövdəsindən aşağıda yerləşməlidır, başını tutun. Sərbəst əlinizin 2 barmağını uşağın döş gilələrindən bir az aşağıda olmaqla döş sümüyünün üzərinə qoyun.

Barmaqlarınızla uşağın döş sümüyünü cəld hərəkətlə 2 dəfə elə sıxın (döş sümüyü 1,5 – 2 sm enməlidir). (şəkil 2). Uşağın qarnını sıxmayın! Bu hərəkətdən sonra uşağın ağzını yoxlayın - yad cisim görünərsə onu xaric etmək lazımdır. (şəkil 3)

4. Əgər yad cisim görünməzsə, uşağı üzü aşağı olmaqla digər qolunuzun üzərinə uzadıb onun kürəyinə daha 5 dəfə vurun.

Bu iki üsulu bir-birini əvəz etməklə (kürəyinə 5 dəfə döyəcləmək, döş sümüyünü 5 dəfə sıxmaq) yad cisim xaric olanadək təkrarlayın. Adətən yad cism 1-ci dəfədən çıxır.

Bir qədər böyük yaş qrupunda olan uşaqlarda və boyüklərdə, tənəffüs yollarına yad cisim düşməsi zamanı ilk tibbi yardım fərqli surətdə aparılır:

1. İlk növbədə “təcili yardım” çağırın!

2. Əvvəl zərərçəkmişi üzü aşağı və qarnı budunuza söykənməklə, dizdən bükülmüş sol ayağınızın üzərinə qoyun (şəkil 1) və kürəkarası nahiyəsinə bir neçə zərbə endirin.

3. Bu üsul kömək etmədiyi halda digər bir üsul istifadə olunur. Zərərçəkmişi arxadan qucaqlayıb  əlinizin birini yumruq şəklində sıxın və digər əlinizlə yumruğunuzu tutun. Yumruğunuzun baş barmağını zərərçəkənin göbəyindən bir qədər yuxarı olmaqla qarının ortasına (yəni döş sümüyündən xeyli aşağıda olmaqla) sıxın.

Dirsəklərinizi önə verərək, hərəkət istiqaməti dərinə və yuxarı olmaqla, tez və cəld hərəkətlərlə yumruğunuzla zərərçəkənin qarnına təzyiq edin.

Zərərçəkənin qarnına təzyiq edilməsini yad cisim tənəffüs yolundan çıxana qədər davam etdirmək lazımdır. Adətən 1-2 hərəkətdən sonra yad cism xaric olunur.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:373
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 01:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see297

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see280

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see263

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see251

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see235

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see232

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see230

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see223

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see215

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see214

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see211

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see210

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see206

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see205

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see201

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see199

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see196

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see195

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see192

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri