Icma.az
close
up
RU
Uşaqlarda QANAZLIĞI. Simptomlar və müalicə

Uşaqlarda QANAZLIĞI. Simptomlar və müalicə

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Uşağın qanında hemoqlobinin miqdarının 100 q/litrdən aşağı olması anemiya hesab olunur və müalicə tələb edir.

Qanda hemoqlobinin miqdarının 100-109 q/litr həddində olması subanemiya sayılır və xüsusi müalicə tələb etmədən pəhrizin köməyilə (meyvə, şirələr, ət, qarabaşaq və s.) qaydasına düşür. Həqiqi anemiyanı isə mütləq müalicə etmək lazımdır.

Anemiya orqanizmdə yalnız dəmir elementinin deyil, həmçinin fol turşusu, B12 vitamini, mis elementi və zülal çatışmazlığı nəticəsində də əmələ gələ bilər.

Anemiyanın səbəblərindən biri də az-az miqdarda olan daxili qanaxmalardır. Müəyyən müddət ərzində nə uşağın valideynləri, nə də həkimlər bundan şübhələnmirlər. Belə daxili qanaxmalar müxtəlif yırtıqlar, bağırsaq polipləri, mədə və 12-barmaq bağırsaq xoraları və s. xəstəliklər nəticəsində baş verə bilər. Bu halda anemiyanın müalicəsi onu törədən xəstəliyin müalicəsi ilə eyni zamanda aparılmalıdır.

Bəzi hallarda orqanizm qida ilə kifayət qədər dəmir, fol turşusu və digər anemiyaya qarşı olan maddələri almasına baxmayaraq onların bağırsaq tərəfindən sorulması prosesi pozulur.

Bəzən qurdlarla yoluxma da (məsələn, tükbaş qurd) anemiyaya səbəb ola bilər. Bu qurdlar qan ilə qidalanaraq daimi olaraq az da olsa qan itkisinə səbəb olurlar.

Anemiyalar bir çox kəskin infeksion xəstəliklər, xroniki xəstəliklər, zərərli ekoloji faktorların təsirləri nəticəsində də inkişaf edə bilər. Uşaqlar tərəfindən gün ərzində 0,5 litrdən artıq çiy inək südünün içilməsi də anemiyaya səbəb ola bilər. Buna görə də uşaqlara ancaq bişmiş süd vermək məsləhət görülür.

Qanazlığının ağır formalarında uşağın dərisi avazıyır, göz qapaqları, dodaqlar və agızın selikli qişaları isə daha avazımış rəng alırlar. Məhz selikli qişalardakı dəyişikliyə görə uşaqlarda anemiyadan şübhələnmək olar. Ancaq hemoqlobinin az miqdarda azalması uşağın xarici görünüşündə heç bir dəyişikliyə səbəb olmaya da bilər. Ona görə də uşaq poliklinikalarında profilaktik məqsədlə aparılan qanın müayinəsindən imtina etmək lazım deyil.

Cinsi yetkinlik dövründə (xüsusən qız uşaqlarında) uşaqlarda dəmir elementinə olan tələbat artır. Bu dövrdə qəbul edilən qidaların tərkibində dəmir elementi çatışmazlığı baş vermiş olarsa, yenə də dəmirdefisitli anemiya inkişaf edə bilər.

Uşaqlarda tezliyinə görə daha çox rast gəlinən ikinci anemiya - hemolitik anemiyalardır. Bu xəstəliklərdə eritrositlər (onlar sümük iliyində əmələ gəlir) müxtəlif səbəblər üzündən normal orqanizmdə olduğundan az yaşayır və tez parçalanırlar. Bütün növ hemolitik anemiyaların əlamətləri - dərinin avazıması, sarılıq, dalağın böyüməsidir. Hemolitik anemiyalar - genetik xəstəliklərdir. Vaxtaşırı olaraq belə xəstələrin halı kəskin şəkildə pisləşir, hərarət yüksəlir, dərinin avazıması və sarılıq əlamətləri artır. Belə hallarda xəstələrin kifayət qədər güclü müalicə alması, bir çox hallarda isə onlara qan köçürülməsi lazım gəlir.

Hemolitik anemiyanın bəzi növləri zamanı uşaq dalağın (eritrositlərin parçalandığı orqan) xaric edilməsindən sonra sağalır. Bir çox digər hemolitik anemiyalarda dalağın xaric edilməsi heç bir effekt vermir və ya az effekt alınmış olur. Bu xəstələrdə eritrositlərin parçalanması yalnz dalaqda deyil, digər orqan və toxumalarda da baş verir.

Hipoplastik və aplastik anemiya zamanı sümük iliyi (əsas qanyaradıcı orqan) zədələnmiş olur ki, bunun da nəticəsində onun qanyaratma funksiyası da pozulur.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:284
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 02:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see342

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see321

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see287

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see280

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see276

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see271

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see260

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see257

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see251

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see251

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see222

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see220

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see213

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see205

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see202

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see201

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see199

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see198

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see186

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri