Uşaqlarda əl ayaq ağız xəstəliyi Pediatrdan önəmli məsləhətlər
Icma.az, Medicina portalına istinadən məlumat verir.
Pediatr Vaqif Qarayev uşaqlarda əl-ayaq-ağız xəstəliyi ilə bağlı məlumat verib.

Medicina.az xəbər verir ki, həkim xəstəliyin səbəbinin viruslar (koksaki) olduğunu bildirib:
"Həm virusla çirklənmiş əşyalarla kontaktdan, həm də hava-damcı yolu ilə yoluxdurur.
Xəstəlik kifayət qədər sürətlə yayılır. Yüksək temperatur fonunda əldə, ayaqda spesifik səpkilər, ağız boşluğunda isə içi maye ilə dolu səpkilər müşahidə olunur. Səpkilərə sağrı nahiyəsində, dirsək və diz büküşlərində də rast gəlmək olur".

V.Qarayev əlavə edib ki, xəstəliyin spesifik müalicəsi yoxdur:
"Ortalama bir həftə ərzində keçir. Gigiyenik qaydalara ciddi əməl etmək lazımdır. Səpkiləri görsəniz mütləq həkimlə əlaqə saxlayın".
Aygün
Medicina.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 18 İyul 2025 16:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















