Icma.az
close
up
RU
Uşaqlarda dəri xəstəlikləri niyə yaranır? Pediatrdan AÇIQLAMA

Uşaqlarda dəri xəstəlikləri niyə yaranır? Pediatrdan AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Uşaqlarda dəri xəstəlikləri valideynlərin ən çox qarşılaşdığı problemlərdən biridir.

Bəs uşaqlarda dəri xəstəliklərinin yaranma səbəbləri nələrdir?

Redaktor.az-a mövzu ilı bağlı açıqlama verən pediatr Məhbubə Quliyeva bildirdi ki, uşaqların dərisi böyüklərə nisbətən daha həssas və zərifdir.

Onun sözlərinə görə, müxtəlif xarici təsirlər, allergiyalar və ya infeksiyalar uşaqların dərisində tez-tez problemlərə səbəb ola bilir.

"Ən çox görülən dəri xəstəliklərindən biri atopik dermatit, yəni ekzema hesab olunur. Adətən körpəliyin ilk aylarından başlayır, qaşınma, quruluq, qızartı ilə müşahidə olunur. Çox vaxt allergiya fonunda inkişaf edir. Körpələrdə tez-tez rast gəlinən başqa bir hal isə diaper dermatit, yəni bezi səpgisidir. Bəzi bölgəsində qızartı və qıcıqlanma ilə özünü göstərir, səbəbi isə əsasən nəm və istilik olur".

Müsahibimiz diqqətə çatdırdı ki, uşaqlarda göbələk və bakterial infeksiyalar da müşahidə edilə bilər:

"Xüsusilə dəri büküşlərində əmələ gələn bu infeksiyalar qaşınma, qızartı və bəzən irinli yaralarla özünü göstərir. Həyatın ilk aylarında uşaqlarda hormonal dəyişikliklərə bağlı olaraq sızanaqlar da yarana bilər. Digər tərəfdən, bəzi uşaqlarda qida, dərman və ya digər allergenlərə qarşı qəfil səpgilər meydana çıxır.

Valideynlər bu cür hallarda diqqətli olmalıdır. Uşağın dərisi daim təmiz və nəmli saxlanmalı, yalnız uşaq üçün nəzərdə tutulmuş hipoallergen gigiyena vasitələrindən istifadə olunmalıdır. Səpkiləri sıxmaq və ev üsulları ilə müalicə etmək olmaz. Əgər səpkilər uzun müddət keçmirsə, irinləyirsə, sürətlə yayılırsa, mütləq pediatr və dermatoloqa müraciət edilməlidir".

Pediatrın sözlərinə görə, uşaqlarda dəri xəstəlikləri çox zaman ciddi problemlərin göstəricisi olmasa da, düzgün müalicə və profilaktika aparılmadıqda ağırlaşa bilər:

"Valideynlər özbaşına müalicəyə başlamamalı, mütləq həkim məsləhəti ilə hərəkət etməlidirlər".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:234
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 Avqust 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri