Icma.az
close
up
RU
Uşaqlarda immunitetin gücləndirilməsi üçün nələr edilməlidir? Pediatrdan vacib məsləhətlər

Uşaqlarda immunitetin gücləndirilməsi üçün nələr edilməlidir? Pediatrdan vacib məsləhətlər

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Uşaqların sağlam böyüməsi və xəstəliklərə qarşı müqavimətli olması üçün güclü immun sistemi əsas şərtlərdəndir. İmmunitet zəif olduqda uşaq tez-tez yoluxucu xəstəliklərə tutulur, sağalma müddəti uzanır.

Uşaqlarda immunitetin gücləndirilməsi üçün təbii və tibbi yollarla nələr etmək lazımdır?

Redaktor.az-a danışan pediatr Şəlalə Poluxova bildirdi ki, immunitetin gücləndirilməsi üçün təbii yollar dedikdə ilk növbədə balanslı və sağlam qidalanma nəzərdə tutulur.

"Yəni həm zülal, həm yağ, həm karbohidratlardan təşkil olunmuş, vitamin və minerallarla zəngin, tam balanslı qidalanma uşaqlara təmin olunmalıdır. Həmçinin vitamin və minerallarla zəngin qidalar, ət məhsulları, süd məhsulları, paxlalılar yeymək tövsiyə olunur.

Yuxu rejiminə əsas vurğulamaq istərdim ki, burada yuxu çox vacibdir. Uşaq kifayət qədər yuxu qəbul etməlidir. Gün ərzində yaşına uyğun olaraq, əlbəttə ki, ortalama bir uşaq 10-12 saat yuxu yatmalıdır.  Xüsusən axşam saat doqquzdan gec olmayaraq yuxuya getməlidir. Bu vərdişlər, yuxu vərdişlərinin formalaşması immun sisteminin üzərində çox böyük rol oynayır".
 

Pediatr qeyd etdi ki, uşaqlar fiziki aktivliklə məşğul olmalıdır:

"Açıq havada oyun ola bilər, gəzinti ola bilər, velosiped sürmək və s ola bilər. Bunlar hamısı immun sisteminə müsbət təsir göstərir. D vitamininin, günəş şüalarının, əlbəttə ki, immunitet üzərində artıq faydasını deməyə ehtiyac yoxdur. Burada D vitamini  çox vacibdir. Qısa müddətli də olsa, günəş altında vaxt keçirmək, xüsusən səhər saat 10:00-11:00 radələrinə qədər, axşam saat dörddən sonra günəş altında oyunlar oynamaq uşaqlar üçün çox faydalı ola bilər. Xüsusən də yay mövsümündə, dənizdə, qumda belə vaxt keçirmək çox faydalıdır. Həmçinin gigiyena qaydaları uşaqlara təşviq olunmalıdır. Əllərin tez-tez yuyulması, xüsusən yeməkdən öncə, tualetə getdikdən sonra uşaqlara kiçik yaşlarından öyrədilməlidir".

Müsahibimizin sözlərinə görə, stress səviyyəsinə çox fikir vermək lazımdır.

"Uşaqlarda psixoloji gərginlik, təəssüf ki, immuniteti zəiflədir. Uşaqlarla mehriban münasibət, sevgi dolu, təhlükəsiz bir mühit təşkil, təmin etmək lazımdır ki, uşaqlar belə mühitdə sağlam böyüyə bilsinlər.

Uşaqlar daha çox qumda, torpaqda, təbiətdə, təbiət qoynunda vaxt keçirsinlər. Əlbəttə ki, biz burada peyvəndi olunan uşaqları nəzərdə tuturuq.Bəs tbbi yollarla immuniteti necə gücləndirə bilərik? Burada, birinci növbədə mən vaksinasiyanı vurğulamaq istəyirəm. Peyvəndlər immunitetin gücləndirilməsində ən böyük  silahımızdır. Bəzi xəstəliklər var ki, qarşısı alına bilən, təhlükəli xəstəliklərdir və bunların qarşısının alınması üçün, uşaqlarımızın bu xəstəliklərə yoluxmaması üçün yeganə yolumuz peyvəndlərdir. Peyvəndləri vaxtı-vaxtında, peyvənd cədvəlinə uyğun olaraq, uyğun şəkildə etdirmək lazımdır".
Pediatr vurğuladı ki, D vitamini tibbi yolla immunitet gücləndirilməsində vacibdir.

"Burada, xüsusən də, sıfır yaşdan, yəni yenidoğulmuş dönəmindən iki yaşa qədər uşaqlara profilaktik dozada D vitamini verilir. Qalan yaşlarda isə, xüsusən də qış aylarında, günəş şüalarına daha az məruz qaldıqda, zaman-zaman ehtiyac duyulur. Buna görə də yalnız həkim məsləhəti ilə D vitamini və digər vitamin-mineral əlavələrinə üst tutula bilər".

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:244
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 01 Avqust 2025 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri