Uşaqlarda hərarət təhlükəlidirmi?
Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
“Valideynlər arasında virus infeksiyaları ilə bağlı müxtəlif yanlış düşüncələr yayılıb”.
“Cebheinfo.az” xəbər verir ki, bunu K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu-nun pediatrı Səbinə Cəfərova Səhiyyə Nazirliyinin “Instagram” hesabında keçirilən canlı yayımda bildirib.
O qeyd edib ki, ən çox rast gəlinən səhvlərdən biri uşağın hərarəti 38 dərəcəyə çatmamış qızdırmasalıcı dərman verilməsidir:
“38 dərəcəyə qədər olan temperatur zamanı orqanizm infeksiya ilə mübarizəni özü aparır və bu mərhələdə hərarəti süni şəkildə aşağı salmaq məsləhət görülmür.
Temperatur 38 dərəcəni keçdikdə qızdırmasalıcı vasitələrdən istifadə oluna bilər. Yalnız xüsusi hallarda əgər uşağın anamnezində yüksək hərarət fonunda qıcolma halları qeydə alınıbsa, həkim tövsiyəsi ilə daha erkən müdaxilə mümkündür".
Həkim vurğulayıb ki, bəzi valideynlər qonşu və ya tanışların məsləhəti ilə antiviral və ya antibiotik preparatlarını özbaşına tətbiq edirlər ki, bu da düzgün yanaşma deyil:
“Antibiotiklər virus infeksiyalarına təsir göstərmir və istənilən dərman uşağın yaşı, çəkisi və xəstəliyin xüsusiyyətləri nəzərə alınaraq yalnız həkim tərəfindən təyin edilməlidir”.
Gülər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:84
Bu xəbər 11 Fevral 2026 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















