Icma.az
close
up
RU
Hərarət, halsızlıq, tənəffüs çətinliyi: “Məktəb və bağçaya gedən uşaqlarda…”

Hərarət, halsızlıq, tənəffüs çətinliyi: “Məktəb və bağçaya gedən uşaqlarda…”

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son günlər ölkədə uşaqlar arasında müşahidə olunan yüksək hərarət, halsızlıq və kəskin qızdırma ciddi narahatlıq yaradır. 

Bəzi simptomlar qrip virusuna bənzəsə də, xəstəlik bir çox hallarda daha ağır və uzunmüddətli formada özünü göstərir. 

Valideynlər tərəfindən uşaqlar arasında yayılan xəstəliyin yeni virus olduğu ehtimal olunur. Yoluxmanın qarşısını almaq üçün valideynlər nə etməlidir? 

Mövzu ilə bağlı “Cebheinfo.az” –a açıqlamasında pediatr Şəlalə Poluxova bildirib ki, virus bir neçə simptomla özünü göstərir: 

“Son günlər uşaqlarda yüksək hərarət, halsızlıq, baş, əzələ, boğaz ağrısı kimi simptomlarla kəskin respirator infeksiyalar daha çox müşahidə olunur. Bu infeksiyaların hamısı qrip virusu deyil, amma simptomlar qripə bənzəyir. 

Ümumilikdə, bu hallar qrip kimi qiymətləndirilir. Bu xəstəliklər müxtəlif respirator viruslarla əlaqədardır, məsələn, adenoviruslar, rinoviruslar, parainfluenza viruslar, insan metapneumovirusu. Bəzən nadir hallarda digər viruslar da oxşar simptomlarla özünü göstərir. 

Əsl qrip isə influenza virusudur, hazırda bu virusların fəaliyyəti artmağa başlayıb. Bu yeni xəstəlik deyil, mövsüm keçidləri zamanı aktivləşən virusların yaratdığı vəziyyətdir”. Onun sözlərinə görə, risk qruplarında simptomlar sürətlə inkişaf edir: “Hər il hər mövsümdə rast gəlinir. 

Xüsusilə 5 yaşdan kiçik uşaqlarda, 2 yaşınadək körpələrdə, xronik xəstəliyi olanlarda və immun sistemi zəif uşaqlarda xəstəlik ağır keçir. Məktəbə və bağçaya gedən uşaqlarda isə daha uzun və ağır olur. Yüksək hərarət, halsızlıq, tənəffüs çətinliyi və maye qəbulunda çətinlik (dehidratasiya) müşahidə olunur. 

Valideynlərə tövsiyə olunur ki, uşaqların əllərini tez-tez yuyub otaqları havalandırsınlar, xəstə uşaqları kollektivə buraxmasınlar, xəstəlik əlaməti olanlarla yaxın təmasdan çəkinsinlər və həkim məsləhəti olmadan antibiotik verməsinlər, çünki virus infeksiyalarında antibiotiklərin təsiri yoxdur”. 

Pediatr qeyd edib ki, hazırda mövcud olan virus uzun illərdən bəri mövcud olan mövsümi respirator infeksiyalardır: 

“Uşaqların immun sistemini gücləndirmək üçün balanslı qidalanma, kifayət qədər yuxu və istirahət, açıq havada aktiv hərəkətlər, həkim məsləhəti ilə vitamin və digər vasitələrin istifadəsi vacibdir. Təqvimə uyğun peyvəndlər vaxtında vurulmalıdır. Hazırda yayılan infeksiyalar yeni xəstəlik deyil, panikaya səbəb olmamalıdır. 

Bu, uzun illərdən bəri mövsümi respirator infeksiyalar, əksər hallarda düzgün simptomatik müalicə ilə heç bir ağırlaşma olmadan sağalırlar. Lakin yüksək hərarət 3 gündən artıq davam edirsə, uşaq halsızdırsa, nəfəs darlığı və maye qəbulunda çətinlik varsa, həkimə müraciət edilməlidir”. 

Gülər Həsənli 
“Cebheinfo.az”

Açar sözlər: yüksək hərarət halsızlıq kəskin qızdırma Şəlalə Poluxova

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Dekabr 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see159

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see155

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see146

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see144

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see136

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri