Icma.az
close
up
RU
Uşaqlarda yastıpəncəlik

Uşaqlarda yastıpəncəlik

Icma.az, Saglamolun portalına istinadən məlumat verir.

Yastıpəncəlik uşaqlarda dayaq-hərəkət aparatı xəstəlikləri arasında ən geniş yayılan patologiyadır. Yastıpəncəlik zamanı pəncə deformasiya olunur və ayaqaltı hissə bütün səthi boyu yerə dəyir.

Uşaqda yastıpəncəlik olub-olmadığını yalnız 5-6 yaşlarında dəqiq bilmək olar. Niyə?

Birincisi, bu yaşa qədər uşaqlarda pəncə sümükləri hələ tam bərkiməmiş və onların müəyyən hissəsi isə qığırdaq toxumasından ibarət olur; bağlar və əzələlər də zəif olaraq asanlıqla dartılırlar. Dayaq-hərəkət aparatın normal inkişafı zəminində 5-6 yaşlarında pəncə qövsu düzgün formasını alır. Lakin bəzi hallarda pəncənin inkişafında normadan kənar dəyişikliklər baş verir və nəticədə yastıpəncəlik əmələ gəlir.

Uşaqlarda yastıpəncəliyin əmələ gəlməsinə aşağıdakı faktorlar təsir edir:

- İrsi faktor – ailə üzvlərindən (və yaxın qohumlardan) kimdəsə yastıpəncəlik varsa və ya olubsa, çox diqqətli olmaq, uşağı tez-tez ortopedə göstərmək lazımdır;

- Uşağa “düzgün” olmayan ayaqqabı geydirilməsi (altı düz, arxa tərəfi yumşaq, dabansız, cox dar və ya cox geniş);

- Ayaqlara həddən-ziyadə yük düşməsi (məsələn, uşağın çəkisi çox olduqda);

- Raxit;

- Pəncə travmaları.

Tez-tez valideynlər yastıpəncəliyin müalicəsinə etinasız yanaşaraq onun uşağın sağlamlığına heç bir mənfi təsir etmədiyini düşünürlər. Bu çox təhlükəli səhvdir! Yastıpəncəlik zamanı pəncənin təbii amortizasiyası pozulur və gəzmə zamanı bud-çanaq oynağı, baldırlar böyük təzyiq altında qalır ki, bu da artrozlara (oynaqların patologiyaları) gətirib çıxara bilər.

Yastıpəncəli uşaqlar tez-tez baldır əzələlərində ağrılardan, ayaqlarda yorğunluqdan şikayət edir, gəzərkən xeyli narahatlıq hiss edirlər. Bundan başqa, yastıpəncəlik zamanı aşağı ətraflarda qan dövranının pozulması nəticəsində damarların varikoz genişlənməsi də baş verir.

Yastıpəncəlik zamanı onurğa sütunu daha çox təzyiqlərə məruz qalır ki, bu da gələcəkdə müxtəlif əyriliklərə, hətta skolioza da səbəb ola bilər.

Bütün bunları nəzərə alaraq, xəstəliyin profilaktikasını aparmaq, xəstəlik artıq mövcud olduqda isə onu müalicə etmək çox vacibdir.

Yastıpəncəliyin profilaktikası üçün uşağa həm evdə, həm də bayırda möhkəm, sərt ayaqqabı (həmçinin sərt dabanı olan) geyindirmək lazımdır. Ona evdə ayaqyalın, corabda gəzməyə, yumşaq ev şapşapları geyməyə icazə verməyin! Belə uşaqlar üçün ilıq sahil qumu və ya dəniz çınqılları üzərində yerimək, ayaqları növbələşdirməklə isti və soyuq su ilə yumaq, pəncənin ön tərəfi və ya daban üstündə, iç və ya bayır səthləri uzərində (“ayı kimi”) gəzmək, ayaqla yerdə top və ya qalın oxlovu diyirləmək, pəncəni yığıb-açmaq və s . bu kimi hərəkətlər etmək çox xeyirlidir.

Uşaqda yastıpəncəlik aşkar edilibsə, həkim-ortoped ona xüsusi ortopedik ayaqqabı geyinməsini məsləhət görə bilər. Bu ayaqqabılar təbii materialdan hazırlanmış, arxa tərəfi sərt, ayaqda yaxşı fiksə olunmuş, alçaqdabanlı olur. Bir çox hallarda isə həkimlər, sadəcə olaraq, arxa tərəfi sərt olan ayaqabı geyinməsini və onun içinə isə xüsusi supinator qoyulmasını məsləhət görürlər. Supinatorlar uşağın ayaq ölçüsünə uyğun xüsusi korsetlər, tibbi bandajlar, supinatorlar və s. bu kimi vasitələr istehsal edən şirkətlərdən alınır.

Yastıpəncəli uşaqların müalicəsində fizioterapiya, xüsusi müalicəvi idman, manual terapiya və masajdan da istifadə olunur.

Yastıpəncəliyin müalicəsi erkən yaşlarda başlanmış olarsa, pəncə qövslərini böyütmək mümkün olur. Təəssüf ki, bir qədər böyük yaş dövrlərində bu xəstəlik müalicəyə tabe olmur.

Valideynlər yadda saxlamalıdırlar ki, yastıpəncəlik ciddi xəstəlik olub vaxtında müalicə edilmədiyi hallarda, pəncə sümüklərinin güclü deformasiyası, onurğa sütununun müxtəlif əyrilikləri, artrozlar, aşağı ətraf venalarının varikoz genişlənməsinə və digər fəsadlara səbəb ola bilər.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 22:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see347

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see283

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see281

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see272

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see246

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see206

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see204

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see197

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see184

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see177

Mustafa Aşurov: Azərbaycan Özbəkistan mədəni əlaqələrində musiqinin xüsusi rolu var.

23 Avqust 2026 22:01see177

A Seriyası: Nəhənglər səfərdə sevindi

24 Avqust 2026 00:48see169

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see169

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see168

Yuri Vernidub: “Rəqibi doğru şifrələmək üçün yuxusuz gecələr keçirirəm”

23 Avqust 2026 23:53see167

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see158

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see158

Ceyhun Bayramov: Bakı və Daşkənd arasında əməkdaşlıq dinamikası artır

24 Avqust 2026 13:23see155

Qarabağın bərpasında ilk kömək edən ölkə... Prezident

24 Avqust 2026 01:00see154

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri