Icma.az
close
up
RU
Uşaqlarda bu əlamətlər SƏTƏLCƏMDƏN xəbər verir

Uşaqlarda bu əlamətlər SƏTƏLCƏMDƏN xəbər verir

Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Havalar bir az  soyuyan kimi uşaqlarınəksəriyyəti öskürməyə başlayır.

Təbii ki, valideynlər də dərhal təşvişə düşərək, uşağa soyuq dəydiyini zənn edir və öskürəyin keçməsi üçün hər vasitəyə əl atır. Lakin nəzərə almaq lazımdır ki, öskürək heç də hər zaman soyuqdəymənin əlaməti deyil. Bəzən bu düzgün nəfəs almamağın, virusun, allergiyanın və digər ciddi xəstəliklərin nəticəsi ola bilər.

Saglamolun.Az medicina.az-a istinadən bildirir ki, pediatr Günay Rəsulova bu haqda açıqlama verib. Onun sözlərinə görə uşaqlarda öskürək hətta sətəlcəmin əlamətləri ola bilər: "Soyuq hava ilə əlaqədar olaraq uşaqlarda üst tənəffüs yolu xəstəliklərinin sayı artıb. Bu xəstəliklərdən daha çox biz bronxit, rinit, sinusit, tonzilit (angina) kimi infeksiyalara rast gəlirik. Bu infeksiyalar uşaqlarda əvvəlcə yüksək qızdırma, halsızlıq, iştahsızlıq, qusma, yeməkdən imtina etmə və öskürəklə özünü büruzə verir. Əgər uşaqlarda öskürək aparılan müalicələr baxmayaraq keçmir və qızdırma halı müşahidə olunursa, biz belə uşaqlarda artıq pnevmoniyadan şübhələnməyə başlayırıq".

Pediatrın sözlərinə görə, pnevmoniya çox ağır xəstəlikdir: "Pnevmoniya ağciyərlərin iltihabı xəstəliyidir. Adətən el arasında "sətəlcəm" də deyilir. Bu xəstəlik zamanı uşaqda tənginəfəslik, xışıltılı tələffüs, halsızlaşma və boğulma halları müşahidə edilir.

Belə uşaqları xüsusilə gecə saatlarında boğucu öskürək tutur. Əgər uşaqda  bu sadalanan əlamətlər varsa mütləq pediatra müraciət etmək lazımdır. Sətəlcəm hətta uşaqlarda ağciyər çatışmazlığına və ölümə də gətirib çıxarır. Ona görə zamanında həkimə müraciət edib, uşaqda sətəlcəm olub-olmamasını müəyyənləşdirmək lazımdır. Xüsusilə əgər ev şəraitində aparılan müalicə effekt vermir və uşağın hərarəti getdikcə yüksəlirsə həkim müayinəsi qaçılmazdır".

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 21:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see967

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see427

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see381

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see290

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see274

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see262

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see220

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see219

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see213

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see212

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see209

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see205

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see192

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see189

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see188

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see182

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see176

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see170

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see160

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri