Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Diş minasını bu üsulla bərpa etmək OLAR

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Uşaqlarda inkişaf ləngiməsi Erkən diaqnoz niyə vacibdir?

Uşaqlarda inkişaf ləngiməsi Erkən diaqnoz niyə vacibdir?

Icma.az xəbər verir, Medicina saytına əsaslanaraq.


Uşaqların sağlam inkişafı valideynlərin ən çox diqqət yetirdiyi mövzulardan biridir. Lakin bəzən inkişaf gözlənilən sürətlə getmir və uşaq yaşıdlarından geri qalır.


Bu vəziyyət inkişaf ləngiməsi adlanır və həm fiziki, həm də psixoloji sahələrdə özünü göstərə bilər. Ən önəmlisi isə inkişaf ləngiməsi nə qədər erkən aşkarlanarsa, müalicə və reabilitasiya prosesində bir o qədər uğur qazanmaq mümkündür.


Medicina.az xəbər verir ki, uşaq nevroloqu Dr. Ülkər Mürsəlova təcrübəsinə əsasən, inkişaf ləngiməsinin vaxtında diaqnozu uşağın gələcək həyat keyfiyyətini qorumaq üçün həlledici rol oynayır. Çünki erkən müdaxilə ilə uşağın danışma bacarıqları, motor qabiliyyətləri və sosial uyğunlaşması əhəmiyyətli dərəcədə yaxşılaşa bilər.

İnkişaf ləngiməsi nədir?

İnkişaf ləngiməsi uşağın yaşına uyğun bacarıqları qazana bilməməsi və ya bu prosesin

nəzərəçarpacaq dərəcədə yavaşlamasıdır. Bu ləngimə danışıq, hərəkət, sosial ünsiyyət,

öyrənmə və emosional davranış sahələrində özünü göstərə bilər. Məsələn, bir uşaq yaşıdları

danışmağa başladığı halda hələ də söz ehtiyatı çox azdırsa və ya normalda bir yaşda yeriməli

olduğu halda hələ də yerimir, bu inkişaf ləngiməsinə işarə ola bilər.


Əsas səbəblər

İnkişaf ləngiməsinin səbəbləri çox müxtəlif ola bilər.

Ən çox rast gəlinən amillər bunlardır:

● Genetik pozğunluqlar və xromosom anomaliyaları – Daun sindromu, Frajil X sindromu kimi xəstəliklər.

● Doğuş zamanı oksigen çatışmazlığı və erkən doğum – Beyin inkişafına mənfi təsir göstərə bilər.

● Sinir sistemi xəstəlikləri və infeksiyaları –

Meningit, ensefalit kimi xəstəliklərdən sonra geriləmələr yarana bilər.

● Autizm spektr pozuntuları – Sosial ünsiyyət və dil bacarıqlarında gecikmə ilə özünü göstərir.

● Ətraf mühit faktorları – Kifayət qədər stimulyasiya və ünsiyyətin olmaması uşağın inkişafını ləngidə bilər.

Bəzi hallarda isə inkişaf ləngiməsinin səbəbi tam olaraq aşkarlanmasa da, erkən diaqnoz və

müalicə yenə də müsbət nəticə verir.


Valideynlərin diqqət etməli olduğu siqnallar

Valideynlər uşağın inkişaf mərhələlərinə diqqət yetirməlidir.


Məsələn:

● Uşaq 6 aylığında başını tam saxlaya bilmir və ya göz kontaktı zəifdir.

● 12 aylığında hələ oturmur və ya yerimir.

● 18 aylığında sadə sözləri demir və jestlərlə ünsiyyət qurmur.

● 2-3 yaşda cümlə qura bilmir, sosial münasibətlər qurmaqda çətinlik çəkir.

Bu əlamətlərin mövcudluğu mütləq şəkildə uşaq nevroloquna müraciət etmək üçün siqnaldır. “Gözləyək, keçər” yanaşması vaxt itkisinə səbəb ola bilər.


Diaqnoz və müalicə yanaşması

Dr. Ülkər Mürsəlova inkişaf ləngiməsinin qiymətləndirilməsində hər uşağı fərdi şəkildə araşdırır.

Diaqnoz prosesində uşağın inkişaf tarixi, fiziki müayinə, nevroloji qiymətləndirmə, lazım gələrsə

beyin görüntüləmələri (MRT) və laborator analizlərdən istifadə olunur. Bu yanaşma inkişaf ləngiməsinin səbəbini dəqiq müəyyənləşdirmək və uyğun müalicə planı hazırlamaq üçün çox vacibdir.

Müalicə adətən multidissiplinar şəkildə aparılır. Loqoped terapiyası, fizioterapiya, psixoloq

dəstəyi və xüsusi təhsil proqramları uşağın inkişafını sürətləndirə bilər.

Həkim həmçinin valideynləri evdə uşağa necə dəstək olmaq barədə maarifləndirir.




Erkən müdaxilənin əhəmiyyəti

İnkişaf ləngiməsində vaxt çox önəmlidir. Araşdırmalar göstərir ki, həyatın ilk illərində başlayan düzgün terapiya beynin adaptasiya qabiliyyətini artırır və uşağın gələcəkdə məktəb və sosial mühitə uyğunlaşmasını asanlaşdırır. Nə qədər erkən diaqnoz qoyulsa, müalicənin effektivliyi bir o qədər yüksək olur.


Valideynlər üçün çağırış

Əgər övladınız yaşıdlarından geri qalır, danışıq və hərəkət bacarıqları gecikir və ya sosial

ünsiyyət qurmaqda çətinlik çəkirsə, gecikmədən uşaq nevroloquna müraciət edin. Uşağın inkişafını düzgün qiymətləndirmək və vaxtında müalicə başlamaq üçün peşəkar dəstək vacibdir.

Dr. Ülkər Mürsəlova uşaq nevroloji inkişafında geniş təcrübəyə malikdir və fərdi yanaşma ilə uşaqların inkişafında müsbət dəyişikliklərə nail olur. Gecikmədən müayinəyə yazılmaq uşağınızın gələcəyi üçün çox böyük bir addımdır.

Unutmayın: “Gözləyək, keçər” yanaşması vaxt itkisinə səbəb ola bilər. İnkişafda hər

hansı ləngimə hiss etdikdə, mütləq Dr. Ülkər Mürsəlovanın qəbuluna yazılın və

uşağınızın gələcəyinə vaxtında dəstək olun.

Medicina.az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:400
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 07 Oktyabr 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see776

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see315

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see312

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see281

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see268

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see266

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see263

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see258

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see256

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see253

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

06 Noyabr 2026 16:14see247

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see244

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see233

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see229

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see224

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

06 Noyabr 2026 14:09see212

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see211

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see209

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see204

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri