Icma.az
close
up
RU
Uşaqlarım xəstədir, 180 manatla dolana bilmirəm” Tərtər sakininin şikayətinə baxılmır

Uşaqlarım xəstədir, 180 manatla dolana bilmirəm” Tərtər sakininin şikayətinə baxılmır

Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


"Uşaqlarım xəstədir, 180 manatla dolana bilmirəm”

Bu sözləri Yeniavaz.com-a müraciət edən Tərtər rayonu, Düyərli kənd sakini Yaşar Quliyev deyib.
Yaşar Quliyev bildirir ki, ailəsinin sosial vəziyyəti olduqca ağırdır və dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, problem həllini tapmayıb:  “6 nəfərlik ailəyik. Cəmi 180 manat yardım alıram. Başqa heç bir gəlirim yoxdur. Haraya üz tuturuqsa, bizi geri qaytarırlar. Dolanışığımız yoxdur, aclıq içində yaşayırıq”.
Yaşar Quliyevin sözlərinə görə, oğlu Quluzadə Vüqar Yaşar oğlu hərbi xidmətə yararsız hesab edilib və ona “ağ bilet” verilib: “İstəyirdim ki, oğlum əsgərliyə getsin, xidmət etsin, işləyib ailəsini dolandırsın. Amma onu yararsız deyib geri qaytardılar. Pensiya da vermirlər”.
Şikayətçi qeyd edir ki, övladlarının hər ikisi xəstədir və bunu təsdiqləyən rəsmi tibbi sənədlər mövcuddur.
Onun bildirdiyinə görə, 05.02.2025-ci il tarixində Mingəçevir Psixo-Nevroloji Dispanserinin Həkim-Psixiatriya Komissiyasının tibbi rəyinə əsasən, 2004-cü il təvəllüdlü qızı Quluzadə Səbinə Yaşar qızına “əqli geriləmə” diaqnozu qoyulub və stasionar müayinəyə ehtiyac olduğu qeyd edilib.
Həmin tarixdə 2002-ci il təvəllüdlü oğlu Quluzadə Vüqar Yaşar oğluna isə “yüngül əqli gerilik və davranış pozuntusu” diaqnozu qoyulub və onun Tibbi-Sosial Ekspert Komissiyasına (TSEK) göndərilməsi tövsiyə olunub.
Yaşar Quliyev bildirir ki, oğlu ilkin hərbi qeydiyyata alınarkən – 17.07.2018-ci il tarixində tibbi komissiyadan keçib və müayinəyə ehtiyaclı hesab edilib. Daha sonra isə 29.01.2021-ci ildə Kəlbəcər rayonu Hərbi Həkim Komissiyası tərəfindən xəstəliklər cədvəlinin müvafiq maddəsinə əsasən “yararsız və ya məhdud yararlı” kimi qiymətləndirilib.
Yaşar Quliyev aidiyyəti qurumlardan ailəsinin sosial vəziyyətinin araşdırılmasını, xəstə övladlarına görə müvafiq sosial müavinət və ya pensiyanın təyin olunmasını xahiş edir.
Məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyi ilə əlaqə saxlamağa çalışdıq. Agentliyin əməkdaşı Sərvər Abdullayev məsələni araşdırıb məlumat verəcəklərini bildirsə də, bununla bağlı heç bir cavab ala bilmədik.




Fəridə Əsədzadə
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 30 Dekabr 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see272

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see227

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see216

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see169

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see159

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see155

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see149

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see148

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see146

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see145

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see145

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see145

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see143

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see141

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see139

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri