Icma.az
close
up
RU
Uşaqlarımız təhlükədə ola bilər KSENOFOBİYA NƏDİR?

Uşaqlarımız təhlükədə ola bilər KSENOFOBİYA NƏDİR?

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ksenofobiya nədir, bu nə deməkdir? Ksenofobiya nəyə səbəb olur?

Zenofobiya sosial mediada və internetdə istifadəçilərin ən çox maraqlandığı və araşdırdığı sözlər arasında yer almağa başlayıb. Yad adamlardan qorxma xəstəliyi olaraq bilinən ksenofobiya ilə bağlı təfərrüatlar sual altındadır. Ksenofobiya nədir, bu nə deməkdir?

Ksenofobiya nifrət deməkdir və yunanca (xenos, yad) və (phobos, qorxu) sözlərinin birləşməsindən əmələ gəlib. Bir insanın yad insanlara və ya ondan müəyyən mənada fərqli olan insanlara qarşı qorxu və nifrətinə verilən addır. Fərqlinin təhlükəli olduğu düşüncəsidir.

İrqçilik bəzən ksenofobiyanın ifrat forması kimi də təsvir edilir. Elmi fantastikada bu həm də yadplanetlilərdən qorxu deməkdir.

Amerika Psixiatriya Dərnəyinin "Ruhi Xəstəliklərin Diaqnozu və Statistikası Təlimatına" görə, bu fobiya xəstənin fobiyanın obyekti ilə qarşılaşdıqda həddindən artıq həyəcanlanmasına, qorxmasına səbəb olur. Ksenofobiyanın iki növü var.

Birincisi, cəmiyyətdə olan, lakin bu cəmiyyətin bir hissəsi sayılmayan bir qrupdan qorxmaqdır. Bu adətən immiqrantlar və ya azlıqlardır, lakin bəzən əsrlər boyu bir yerdə olan bir qrup ola bilər.

Bu tip ksenofobiya həmçinin deportasiya və ən pis halda soyqırım kimi qəddar və aqressiv reaksiyalara səbəb ola bilər.

İkincisi, əsasən mədənidir və bu halda qorxu obyekti yad hesab edilən mədəni fərqliliklərdir. Bütün mədəniyyətlər xarici təsirlərə məruz qalır, lakin mədəni ksenofobiya adətən müəyyən şeylərə, məsələn, başqa dillərdən gələn sözlərə, yaşadıqları cəmiyyət tərəfindən qəbul olunmağa başlayan münasibətlərə yönəlir.

Bu, nadir hallarda insanlara qarşı hücuma çevrilir, lakin mədəni və ya linqvistik təmizlənmə kimi siyasi kampaniyalarla nəticələnə bilər.

Sevinc Hüseynova 

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 04:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see363

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see350

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see247

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see247

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see236

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see232

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see224

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see223

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see192

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see189

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see177

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see176

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see169

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see166

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see165

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

14 Oktyabr 2026 01:35see160

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see152

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see150

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see150

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri