Icma.az
close
up
RU
Uşaqlarımız ötən əsrin uşaqları deyil

Uşaqlarımız ötən əsrin uşaqları deyil

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı


Uşaq bağçası və ya məktəbəqədər təhsil müəssisəsinin müəllimləri müasir uşaqların anlayacağı dildə danışmağı, uşaqlarla dil tapmağı bacarmalıdırlar 



Məktəbəqədər təhsil sistemində son illərdə aparılan islahatlar bu sahədə müsbət dinamikaya səbəb olub. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, hazırda 1 669 uşaq bağçası aktiv fəaliyyət göstərir. MÜTDA-nın Məktəbəqədər təhsilinin təşkili şöbəsinin müdiri İlahə Rəsulova bildirib ki, bəzi bağçalar təmir səbəbindən bağlanıb. "Təmirə bağlanan bağçalarımızda ümumilikdə 119 min yer mövcuddur. Bu il isə 58 min 500 yer vakanta çıxarılıb, artıq 42 mini sistemə daxil edilib. Hazırda 22 minə yaxın uşaq növbədədir, təxminən 1 560 uşaq isə gözləmə vəziyyətindədir. Sistem yeniləndikcə və bağçalarda yer boşaldıqca, növbədə duran uşaqlar bağça sisteminə daxil olurlar", - deyə İ.Rəsulova əlavə edib. Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin sayı da artmaqda davam edir. Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunur ki, əsasən, 2025-ci ilin əvvəlinə olan göstəricilərə görə, Azərbaycanda qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin sayı 164-ə çatıb. Bu, 2006-cı illə müqayisədə əhəmiyyətli artım deməkdir. Belə ki, 2006-cı ildə cəmi 3 belə müəssisə mövcud idisə, son 19 ildə bu göstərici 54 dəfədən çox artıb. Ən çox artım körpələr evi və uşaq bağçalarının sayında müşahidə olunub. 2025-ci ilin əvvəlinə bu kateqoriyaya daxil olan müəssisələrin sayı 92-yə çatıb. Uşaq bağçalarının sayı isə 72-dir. Məktəb-uşaq bağçaları və sanator tipli müəssisələr üzrə fəaliyyət göstərən qeyri-dövlət bağçaları artıq mövcud deyil. Məktəbəqədər təhsil müəssisələrində təhsil alan uşaqların sayı da artmaqda davam edir. 2025-ci ildə bu müəssisələrdə 7312 uşaq təhsil alıb. Bu rəqəm 2006-cı illə (150 uşaq) müqayisədə 48 dəfə artım deməkdir. Ən çox artım uşaq bağçaları və körpələr evi-uşaq bağçalarında qeydə alınıb. 2025-ci ildə bu müəssisələrdə təhsil alan uşaqların 3547-si qızlardır. Bu da ümumi sayın təxminən 49 faizini təşkil edir. Hər 100 yerə düşən uşaq sayı isə 2025-ci il üçün 55 nəfər olub. Rəqəmlər mövcud reallığı əks etdirir. Azərbaycan dövlət siyasətində uşaqların sağlamlığına, təlim-tədrisə cəlb olunmasına xüsusi diqqət yetirilir, yeni tikilən uşaq bağçaları, orta məktəblərin sayı artır, təmirə ehtiyacı olanlarsa müasir standartlara uyğun təmir edilərək uşaqların ixtiyarına verilir. 

Uşaq və yeniyetmələrin həm fiziki, həm də əqli inkişafı, uşaqların sağlam, şən, intellektual, həmçinin təhlükəsiz şəraitdə böyüməsi Heydər Əliyev Fondunun da daim diqqət mərkəzindədir. Təsadüfi deyil ki, ölkədə uşaq bağçaları və orta məktəblərin bir çoxu məhz Heydər Əliyev Fondunun vəsaiti ilə tikilir və ya təmir olunaraq bərpa edilir. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci vitse-prezidenti  Mehriban Əliyevanın təşəbbüsü ilə bu günlərdə Bakının müxtəlif əyləncə məkanlarında uşaqlar üçün şənliklər keçirilib. Şənliklərdə torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin övladları, eləcə də valideyn himayəsindən məhrum, internat məktəblərində tərbiyə alan, sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlar iştirak ediblər. İstirahət məkanlarına xüsusi avtobuslarla gətirilən uşaqlar onlar üçün təşkil edilən əyləncələrdən zövq alıb, müxtəlif oyunlarda, ustad dərslərində iştirak edib, rəqslərə qoşulublar. İsti yay günündə uşaqlar həm də hovuzda doyunca əyləniblər, müxtəlif oyunlarda, o cümlədən köpük şouda iştirak ediblər. Günboyu davam edən tədbirlər çərçivəsində uşaqlar üçün nahar süfrəsi də təşkil olunub. Ad günləri bugünkü tarixə təsadüf edən uşaqlar isə bu özəl günü həmyaşıdları ilə birlikdə şənlənərək qeyd ediblər. Tədbirlərin yekununda gözəl istirahət günündən xatirə olaraq hər bir uşağa Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib. Bir neçə gün əvvəlsə Heydər Əliyev Fondu tərəfindən Şamaxının İkinci Cabanı və Böyük Xınıslı kəndlərində inşa olunan körpələr evi-uşaq bağçalarının açılışı olub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılışda iştirak edib. Leyla Əliyeva körpələr evi-uşaq bağçalarının otaqları ilə tanış olub, uşaqlar üçün yaradılan şəraitə baxış keçirib. L.Əliyevaya məlumat verilərək bildirilib ki, hər iki bağça kəndlərin mərkəzində yerləşir. Müasir və tam təchizatlı körpələr evi-uşaq bağçalarında balacalar üçün yataq və oyun otaqları, idman və musiqi zalları, tibb otağı, yeməkxana və digər inzibati, texniki otaqlar mövcuddur. Məktəbəqədər təhsil müəssisələri zəruri mebel və avadanlıqlarla tam təchiz edilib. Bağçaların həyətyanı ərazilərində yaşıllaşdırma işləri aparılıb, uşaq əyləncə qurğuları quraşdırılıb. İkinci Cabanı kənd körpələr evi-uşaq bağçasının rəhbəri Töfə Bəşirova jurnalistlərə açıqlamasında bildirib ki, bağça 41 ildir fəaliyyət göstərsə də, heç vaxt bu cür şərait olmayıb: “Köhnə bağça yararsız vəziyyətə düşdüyündən fərdi evdə fəaliyyət göstərirdik. Heydər Əliyev Fonduna müraciət etdik, qısa müddət ərzində yeni bağça inşa olunub təhvil verildi. Sabahdan yeni bağçada uşaqları qəbul edə biləcəyik. Yeni bağçada 1-3, 4-6 yaş arasında qruplar fəaliyyət göstərəcək. Qonşu kəndlərdən də bağçamıza müraciətlər var. Uşaqlarımız üçün yaradılan şəraitə görə Heydər Əliyev Fonduna dərin minnətdarlığımızı bildiririk”.


Sosioloq Mətanət Məmmədova Sherg.az-a açıqlamasında bildirdi ki, uşaqların sağlam inkişafı evdə ailədən nə qədər asılıdırsa, uşaq bağçaları, körpələr evi, sonra da orta məktəbdə aldığı təlim-tərbiyədən bir o qədər asılıdır: 

seeBaxış sayı:232
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 Avqust 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see244

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see236

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see230

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see229

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see227

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see224

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see224

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see224

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see218

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see202

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see199

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see198

Səhərlər qrip kimi oyanırsınız? Həkim AÇIQLADI

11 Sentyabr 2026 13:57see195

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see192

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see189

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see189

Trampdan İran bəyanatı Qərarından peşman deyil

11 Sentyabr 2026 04:09see186

Payızda orqanizmə güc verən 3 MƏHSUL

11 Sentyabr 2026 04:56see184

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see180

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri