Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Dünyamızı uşaqlarımız yaşadacaq

Dünyamızı uşaqlarımız yaşadacaq

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Biz də onları qoruyaq, böyüdək, fəal həyata hazırlayaq

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklər uşaqların fiziki və mənəvi toxunulmazlığının təmin edilməsi istiqamətində olduqca mühümdür. Bu hüquqi tənzimləmələr iki əsas istiqaməti əhatə edir. Qanunvericilik uşağa qarşı törədilən zorakılıq aktlarına qarşı səssiz qalma amilini inzibati xəta kimi təsnifləndirir, eləcə də istismara cəlb edilən uşaqların hüquqlarını bərpa etmək məqsədilə cəzaları sərtləşdirir. Bu dəyişikliklər uşaq hüquqlarının müdafiəsini fərdi məsuliyyət müstəvisindən çıxararaq kollektiv və hüquqi vəzifəyə çevirir.

İnsanlığın ən böyük sınağı acı fəryadları ailə sirri pərdəsi altında gizlədərək laqeydliyə bəraət qazandırmaqdır. Biz illərdir “mənə toxunmayan ilan min yaşasın” deyib gözümüzün önündə solan körpələrin göz yaşlarına səssiz qalmışıq. Düşünməmişik ki, o ilanlar bir gün bütün cəmiyyəti zəhərləyə bilər. Bu qorxaq və bəsirətsiz yanaşma insanları bir-birinə yadlaşdırmış, bir-birinin ağrısına kar kəsilən ruhsuz kölgələrə çevirmişdi. Biz “şəxsi həyatın toxunulmazlığı” ilə “cinayətə göz yummaq” arasındakı o incə, lakin həyati sərhəddi itirmişdik.

Halbuki, susmaq heç vaxt bitərəf qalmaq deyil. Susmaq zülmə şərik olmaqdır. Cəmiyyət illərlə bu səssizliyin yükünü daşıdı. Zorakılığın izlərini gizlədən divarlar, qorxudan və utancdan danışa bilməyən uşaqlar, “qarışmayın” deyən böyüklər …Bütün bunlar birlikdə, sanki, amansız sistem qurmuşdu. Elə buna görə də qanunvericilikdə edilən son dəyişikliklər həm də hər bir vətəndaşın üzərinə haqsızlıq qarşısında səssiz qalmamaq üçün birbaşa hüquqi öhdəlik qoyur. Çünki bir uşağın həyatından, ləyaqətindən və təhlükəsizliyindən söhbət gedəndə cəmiyyətin susmaq haqqı yoxdur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova bildirdi ki, valideyn tərbiyəsi ilə zorakılıq arasındakı hüquqi sərhəd yeni qanun layihəsində ayrıca təsbit edilir:

– İlkin olaraq, qeyd etmək istəyirəm ki, son 5 ildə uşaq hüquqları sahəsində islahatların həyata keçirilməsində Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın böyük rolu olub. Bu il martın 3-də qəbul edilən yeni qanun layihəsi də uşaqlara dair dövlət strategiyasının müvafiq bəndlərinə əsasən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanıb.

Qanunun əsas məqsədi uşaqların müdafiəsi mexanizmini daha da təkmilləşdirmək, bu sahədə yeni yanaşmalar müəyyən etmək, çətin həyat şəraitində yaşayan uşaqlarla bağlı yeni müdafiə mexanizmlərinin tətbiqidir.

Bu layihəyə bir neçə mühüm hüquqi yeniliklər əlavə edilib. Onlardan biri uşaq hüquqları ilə bağlı bir sıra yeni anlayışların dəqiq hüquqi tərifinin verilməsidir. Xüsusilə “uşağın üstün mənafeyi” anlayışı ilk dəfə ətraflı şəkildə izah edilir və qanunun digər fəsillərində də bu prinsipə istinad edilir. Digər tərəfdən, uşaqlara qarşı zorakılığın formaları da genişləndirilib. Fiziki, cinsi və psixoloji zorakılıqla yanaşı, uşaqlara qarşı etinasız rəftar, onları təhlükədə qoymaq, istismar etmək, davamlı təzyiq və aqressiv davranışa məruz qoymaq da zorakılığın formaları kimi müəyyən edilib.

Qeyd edək ki, uşaq hüquqları haqqında yeni qanun İnzibati Xətalar Məcəlləsinə uşaqların müdafiəsi ilə bağlı 4 yeni maddənin əlavə edilməsini nəzərdə tutur. Hazırda bu qanun layihəsi Milli Məclisdə komitə səviyyəsində müzakirə olunur.

İlk növbədə, zorakılığa məruz qalmış uşaqlar barədə məlumatı olduğu halda bunu aidiyyəti qurumlara bildirməyən şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi planlaşdırılır. Söhbət uşaqda zorakılıq əlamətlərinin aşkar edilməsi barədə məlumatın valideynlər, onları əvəz edən şəxslər, eləcə də uşaqlara nəzarət etmək vəzifəsi daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət və penitensiar müəssisələrin əməkdaşları tərəfindən hüquq-mühafizə orqanlarına və ya uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyalara təqdim edilməməsindən gedir. Belə hallara görə həm fiziki, həm də vəzifəli şəxslər üçün cərimələr müəyyən edilib.

Digər mühüm məsələ isə uşaqlar arasında davamlı təzyiq və aqressiv davranışların qarşısının alınmaması ilə bağlıdır. Uşaqlar arasında davamlı təzyiq və aqressiv davranış – yəni tez-tez təhqir etmək, qorxutmaq, lağa qoymaq, kənarlaşdırmaq və ya fiziki zorakılıq göstərmək təkcə bir anlıq mübahisə deyil. Bu, uşağın psixoloji dünyasında uzun kölgə buraxan bir prosesdir. Bu cür davranışlar çox vaxt “zarafat”, “uşaq davaları” kimi qiymətləndirilsə də, əslində onların təsiri daha dərin və uzunmüddətlidir. Üçüncü təklif uşaqlara qarşı cismani cəzanın tətbiqi ilə bağlıdır. Cismani cəza dedikdə uşağın tərbiyəsi və ya intizam tədbiri adı altında ona qarşı fiziki və ya psixoloji zorakılığın tətbiqi nəzərdə tutulur. Bu hallar həm ailədə, həm də uşaqlara xidmət göstərən müxtəlif müəssisələrdə baş verə bilər.

Cismani cəzanı digər zorakılıq formalarından fərqləndirən cəhət ondan ibarətdir ki, burada valideyn və ya tərbiyəçi çox vaxt bunu tərbiyə məqsədilə etdiyini düşünür. Lakin bu yanaşma yolverilməz hesab olunur və uşağa qarşı zorakılığın bir forması kimi qiymətləndirilir. Beynəlxalq təcrübədə də bu məsələyə ciddi yanaşılır. Hazırda dünyanın 70-ə yaxın ölkəsində uşaqlara qarşı cismani cəza qanunla qadağan edilib və uşaqların hüquqlarının qorunması istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Dördüncü təklif isə uşaqların dilənçiliyə cəlb edilməsi, eləcə də dilənçilik məqsədilə istifadə olunması ilə bağlıdır. Bu halda həm fiziki, həm də hüquqi şəxslər üçün inzibati cərimələr tətbiq olunacaq. Ümumiyyətlə, uşaqların dilənçiliyə cəlb edilməsi uşaq hüquqları ilə bağlı qanunvericilikdə qadağan edilsə də, bu sahədə inzibati məsuliyyətin ayrıca maddə ilə müəyyən edilməsi mühüm əhəmiyyət daşıyır. Qanun layihəsinə əsasən, uşağın dilənçiliyə cəlb edilməsi, eləcə də uşaqdan dilənçilik məqsədilə istifadə olunması halları aşkar edildikdə həmin şəxslər inzibati məsuliyyətə cəlb olunacaq və cərimə ediləcəklər.

Təcrübə göstərir ki, bu cür hallara tez-tez rast gəlinir. Bəzən uşaqların təkbaşına dilənçilik etməsi, bəzən isə valideynlərin uşaqları yanlarında dilənçilik etməsi halları müşahidə olunur. Bu isə uşaqların hüquqlarının kobud şəkildə pozulması deməkdir. Layihədə uşaqların psixoloji rifahına xüsusi önəm verilir. Uşaqlar barəsində mülki və cinayət işləri üzrə proseslərdə psixoloqun məcburi qaydada iştirakı tələb ediləcək. İcraatı aparan şəxslərin uşaqla iş üzrə bilik və bacarıqlara malik olması əsas tələblərdən biri kimi göstərilir.

Unutmayaq ki, qanunlar cəmiyyətin təhlükəsizliyi və xoşbəxtliyi üçün qalxandır. Hər birimiz bu qaydalara həssas yanaşaq ki, övladlarımız qorxu və travmalardan uzaq, sevgi dolu mühitdə yetişsinlər.

Fidan ƏLİYEVA
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Mart 2026 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see669

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see637

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see635

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see505

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see466

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see448

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see425

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see398

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see352

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see347

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see344

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see334

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see330

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see327

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see325

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see321

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see315

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see314

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see309

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see291
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri