Icma.az
close
up
RU
Uşaqlarımız üçün işıqlı və təhlükəsiz gələcək təmin edəcəyik”

Uşaqlarımız üçün işıqlı və təhlükəsiz gələcək təmin edəcəyik”

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"44 günlük Vətən müharibəsində və 24 saatlıq antiterror əməliyyatları nəticəsində əldə etdiyimiz parlaq qələbə Cənubi Qafqazın geosiyasətində əsaslı dəyişikliklərə səbəb olmaqla yanaşı ənənəvi güc balansını dəyişdi və regional sülh və təhlükəsizlik üçün yeni imkanlar, çağırışlar yaratdı".

Bunu "Xalq Cəbhəsi"nə YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev deyib.

O, qeyd edib ki, ərazi bütövlüyünü bərpa edən dövlətimiz Cənubi Qafqazda yeni bir dövrün, sülh və inkişaf üçün fürsət dövrünün başlanmasında əsas rol oynamaqdadır. Azərbaycan Respublikası hər zaman beynəlxalq hüquqa əsaslanaraq bölgədə sülh və təhlükəsizliyin bərpası üçün Ermənistanla sülh müqaviləsinin imzalanmasının tərəfdarı olub. Dövlətimizin başçısı dəfələrlə müxtəlif platformalarda bəyan etmişdir ki, ərazi bütövlüyünün tanınması, ərazi iddialarından əl çəkmək, kommunikasiyaların açılması, delimitasiya və gücün tətbiq edilməməsi Azərbaycanla Ermənistan arasında sülhün nizamlanması istiqamətində fundamental prinsiplərdir:
"Xüsusi qeyd etməliyik ki, Azərbaycan dövləti artıq postmüharibə dövründə fəaliyyətini yeni reallıqlar və yeni çağırışlar üzərində qurur. Bildiyimiz kimi 07 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə ABŞ-a, Vaşinqtona işgüzar səfərə getmiş və bu səfər müstəqillik tariximizin ən mühüm məqamlarından birinə çevrilmişdir. Səfər çərçivəsində ilk öncə dövlətimizin başçısı ABŞ Prezidentinin xüsusi elçisi Steve Witkoff ilə görüşmüş və həmin görüşdə bir sıra mühüm sənədlər imzalanmışdır. Səfərin ertəsi günü isə biz daha mühüm tarixi hadisələrə şahidlik etmiş olduq. Belə ki, 08 avqust 2025-ci il tarixində cənab Prezidentin təbirincə desək “dünyanın bir nömrəli paytaxtında, dünyanın bir nömrəli ofisində” Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Trump və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirildi və tarixi sülh bəyannaməsi imzalandı. Bütün dünyanın izlədiyi bu görüş, imzalanan Bəyannamə 30 ildən çox davam edən Azərbaycan–Ermənistan qarşıdurmasına siyasi dönüş nöqtəsi kimi qiymətləndirilməlidir".
Daha sonra mətbuata bəyanatla çıxış edən və jurnalistlərin məhdud sayda suallarını cavablandıran hər üç dövlət başçısı mühüm mesajlar verdi. Dövlətimizin başçısı öz çıxışında bu səfəri yüksək əhəmiyyətli və uğurlu səfər kimi dəyərləndirdi və ABŞ Prezidentinin bu prosesdə rolunu "çox mühüm diplomatik nailiyyət" kimi qeyd etdi. Cənab Prezident xüsusi olaraq vurğuladı ki, “Bu gün həqiqətən də tarixi gündür, çünki biz sülhü bərqərar edirik. Əminəm ki, biz qarşıdurma və qan tökülməsi səhifəsini çevirəcəyik, uşaqlarımız üçün işıqlı və təhlükəsiz gələcək təmin edəcəyik”.
Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp arasında imzalanan Sülh Bəyannaməsi, Cənubi Qafqazda onilliklərdir davam edən münaqişələrə son qoymaq istiqamətində tarixi dönüş nöqtəsi oldu. Bu sənəd 30 ildən artıq davam etmiş gərginliyin və hərbi qarşıdurmaların yerini diplomatiya, iqtisadi əməkdaşlıq və qarşılıqlı etimada əsaslanan münasibətlərə verməyi hədəfləyir. Eyni zamanda bu sənəd regionda sabitliyin bərqərar olmasına, enerji və nəqliyyat layihələrinin sürətləndirilməsinə xüsusi təkan verəcəkdir:

"Ermənistanla imzalanmış Sülh Bəyannaməsi yalnız iki ölkə arasında barışıq sənədi deyil, həm də Cənubi Qafqazın gələcək inkişaf strategiyasının əsas sütunlarından biridir. Bu sənədin uğurla icrası regionda dayanıqlı sülh, davamlı iqtisadi inkişaf və xalqlar arasında qarşılıqlı hörmətin bərqərar olması üçün mühüm zəmin yaradır. Vaşinqton səfəri və imzalanmış sənəd bir daha Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətin nə qədər qətiyyətli olduğunu bütün dünyaya nümayiş etdirdi. Sevindirici və qürurverici haldır ki, Möhtərəm cənab Prezidentin “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm" sözləri bu gün reallığda öz təsdiqini tapır".

Cavid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 11 Avqust 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see425

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see395

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see383

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see300

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see287

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see280

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see280

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see275

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see268

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see264

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see247

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see241

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see240

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see237

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see236

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see236

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see235

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see233

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see230

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri