Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

Hamilə qadınlar dişlərini müalicə etdirə bilər?

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Uşaqlarımızın başqa kluba transferinə imkan verilmir Valideynlər şikayətçidir

Uşaqlarımızın başqa kluba transferinə imkan verilmir Valideynlər şikayətçidir

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bir qrup valideyn AFFA-nın bayrağı altında keçirilən uşaq futbol liqalarında yarışan "İnter" Uşaq Futbol Klubundan şikayətçidir.

Həmin klubun üzvü olan 2012-ci il təvəllüdlü 9 futbolçunun valideyni QOL.az saytına müraciət edib. Müraciətdə qeyd edilir ki, övladları 1 aydan çoxdur "Fireland" Futbol klubunda məşq etsələr də, əvvəlki klubları "İnter" onların başqa komandaya transferinin gerçəkləşməsinə imkan vermir, bu haqda AFFA-ya ünvanlanan müraciət isə cavabsız qalıb.

"Biz valideynlər “İnter” Uşaq Futbol Klubunun rəhbəri Anar Bəkirovun övladlarımıza qarşı ədalətsiz münasibətindən, onların peşəkar futbolçu kimi yetişməsinə süni şəkildə maneə yaratmasından şikayətçiyik" - deyə şikayət müraciətdində bildirilir. Məktubda həmçinin bunlar qeyd edilir:

"Məlumat üçün bildiririk ki, ötən mövsüm adları yuxarıda qeyd olunan övladlarımız “İnter” uşaq futbol klubunda ödənişli əsaslarla məşğul olublar. Nəzərinizə çatdırırıq ki, həftədə 3 dəfə təşkil olunan məşqlər üçün aylıq hər birimiz kluba 70 manat pul ödəmişik. Uşaqlar üçün formaları, hətta çempionatda iştirak üçün tikilmiş geyimləri öz maliyyə vəsaitimizlə əldə etmişik. Klub övladlarımız üçün hansısa yoldaşlıq görüşləri təşkil etsə də, bu səfərlərin bütün vəsaiti tərəfimizdən maliyyələşib.

Klubla hər bir valideyn arasında imzalanan müqavilə uşaqların keçən ilki ölkə çempionatında klubu təmsil etmək üçün AFFA tərəfindən tələb olunan sənəd kimi tərəfimizdən imzalanıb. Övladlarımız iyul ayından etibarən “İnter” uşaq futbol klubunda məşğul olmurlar. Hazırda “Fireland” futbol klubunun üzvüdürlər. Klub növbəti respublika çempionatında iştirak etmək üçün AFFA-nın elektron sistemində qeydiyyatdan keçməli və övladlarımız “İnter” uşaq futbol klubundan “Fireland” futbol klubuna transfer olunmalıdırlar. “Fireland” futbol klubundan transferlə bağlı “İnter” klubuna sorğu göndərilsə də, klubun rəhbəri Anar Bəkirov süni şəkildə uşaqların transferinə maneçilik törədir. Valideynlərdən və klubdan uşaqların transferi üçün təzminat tələb edən Anar Bəkirov övladlarımızın peşəkar futbolçu kimi yetişməsinə və inkişafına haqsız olaraq müdaxilə edir".

Məktubda valideynlər həmçinin bildirib ki, avqust ayının ortalarından AFFA-ya rəsmi müraciət ünvanlasalar da, uşaqlarının problemi hələ də həll olunmayıb.

Bəs, "İnter" klubu nə deyir?

QOL.az saytı valideynlərin bu iddiası ilə əlaqədar əks tərəfin - "İnter" Uşaq Futbol Klubunun rəhbəri Anar Bəkirovun da münasibətini öyrənib. O deyib: “Bizim yetişdirdiyimiz uşaqlar başqa kluba gedəndə nə etməli idik? O, futbolçular 2-3 ildir bizimlədirlər. Bizdə bir məşqçi var idi. Həmin uşaqları da başqa komandaya aparan odur. Təəssüf ki, futbolumuzda belə mənfi hallar var. AFFA ilə görüşəndə də fikrimi bildirəcəyəm. Şəffaf işləyən klubları belə işlərlə məşğul olan məşqçilər incitməsinlər.

Bəli, bizim klubda məşqlər ödənişli olub. Amma biz turnirlər təşkil edirik, böyük meydançalar götürürük ki, uşaqlar inkişaf etsinlər. Bunların hamısının xərcini biz çəkirik. Heç kimdən bir qəpik almamışıq. Biz uşaqları səfərlərə sosiska-çörəklə aparmamışıq, soyuq və isti qəlyanaltısına qədər təşkil etmişik. Yəni bunları da qiymətləndirmək lazımdır. Xırda ödənişlərlə bu işlər görülə bilməz. İndi də başqa məşqçinin təşəbbüsü ilə komandadan getmək, klubu, digər uşaqları pis vəziyyətə qoymaq nə dərəcədə düzgündür?"

A.Bəkirov qeyd edib ki, əslində sözügedən futbolçuların sayı doqquz yox, yeddidir. “Çünki artıq ikisini biz buraxmışıq. Əgər digər klublarda daha yaxşı inkişaf edə bilərlərsə, getsinlər. Bizim futbolçular Respublika çempionatında iştirak edirlər. Şükürlər olsun ki, bizim klubda ab-hava da yaxşıdır. Özüm hər şeyə nəzarət edirəm. Sözügedən valideynlər bizə məktub yazıblar ki, uşaqları buraxın. Amma bizə heç birinin sənədi gəlməyib. Mən AFFA-da da bildirmişəm ki, hansı futbolçu qayıtsa, adları iştirak ərizəsinə salınacaq və çempionatda iştirak edəcək".

A.Bəkirov sonda onu da qeyd edib ki, sözügedən oyunçuların keçmək istədiyi “Fireland” klubundan onlara heç bir müraciət daxil olmayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://qol.az
archiveBu xəbər 26 Sentyabr 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see282

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see274

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see249

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see239

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see217

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see205

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see181

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see163

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see160

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see154

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see145

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see144

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see142

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see141

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see141

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see139

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see136

Hamilə qadınlar dişlərini müalicə etdirə bilər?

26 Dekabr 2025 06:14see134

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see134

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri