İstilik yoxdur, işıqları isə yandırmırlar Valideynlər Lənkəran Olimpiya Kompleksindən şikayətçidir FOTO
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Lənkəran Olimpiya İdman Kompleksində məşq keçən uşaqların valideynləri mövcud şəraitdən narazıdır.
Bununla bağlı Milli.Az-a şikayət daxil olub.
Valideynlərin bildirdiyinə görə, idman kompleksində istilik və işıqlandırma sistemi işləmir.
Şikayətçilər qeyd edir ki, idman zalı çox soyuq olur və uşaqlar məşq prosesi zamanı xəstələnir.
"Hava qaralmasına baxmayaraq, kompleksin dəhlizində işıqlar yandırılmır, bu da valideynlərin qaranlıqda gözləməsinə səbəb olur".
Valideynlərin sözlərinə görə, məsələ ilə bağlı kompleksin rəhbərliyinə müraciət edilib. Lakin onlara büdcə ayrılmadığı bildirilib. Valideynlər isə hesab edir ki, bu vəziyyət onların problemi deyil.
Məsələ ilə bağlı Lənkəran Olimpiya İdman Kompleksindən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, deyilənlərin heç biri həqiqəti əks etdirmir.
Valideynin redaksiyamıza göndərdiyi şəkilləri göndərdikdə isə, "Həmin şəkil bizə aydın deyil" cavabını aldıq. Əlavə olaraq bildirildi ki, şikayəti olan valideynlər kompleksə yaxınlaşaraq məsələni aydınlaşdıra bilərlər.
Redaksiya olaraq qeyd etdik ki, valideynlər rəhbərliyə müraciət etdiklərini və "büdcə ayrılmır" cavabı aldıqlarını bildirirlər. Qarşı tərəf isə rəhbərliyin bu məsələ ilə bağlı məlumatının olmadığını qeyd edib.
Mina Mikayılova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 06 Yanvar 2026 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















